“Ulduz”
jurnalının növbəti sayı çıxdı
DƏRGİNİN
“OXUCULARA KİTAB HƏDİYYƏSİ” OLARAQ BU DƏFƏ
SONA VƏLİYEVANIN “DÜNYA TANRI
BİÇİMDƏDİR” ŞEİRLƏR TOPLUSU
SEÇİLİB
Bugünlərdə “Ulduz” jurnalının iyun sayı işıq üzü
görüb.
Jurnalın bu sayı da
ənənəvi olaraq,
ekspet rəyi ilə başlayır. Tanınmış
şair və nasir Sona Vəliyeva
“Yolçu yolda gərək...” yazısı
ilə “Ulduz”un
50 illiyi və may sayı haqqında düşüncələrini bölüşüb.
Qeyd edək
ki, “Ulduz”un oxuculara kitab hədiyyəsi” layihəsi
xoş bir ənənə halını
alıb. Bu layihə
üzrə hər ay bir yazıçının
kitabı jurnalı əldə edən oxuculara hədiyyə olunur. Yazıçılarla jurnalın redaksiya
heyətinin birgə təşəbbüsü ilə
gerçəkləşdirilən layihədə bu dəfə Sona Vəliyevanın “Dünya
Tanrı biçimdədir”
kitabı oxuculara hədiyyə edilib. “Vektor” nəşriyyatında
çap olunan kitabda müəllifin son illərdə yazdığı
şeirləri toplanıb.
“Ulduz”un “Özüylə
söhbət” rubrikasının
qonağı yazıçı
Alpay Azərdir. Onun “özüylə
söhbəti”ni “Bubu və müharibə”, “Susanlar və danışanlar” hekayələri
izləyir. Şair Elşən
Əzim “Bir gün sonra” poeması ilə bu sayda çıxış
edib. “Qısa fikirlər xəzinəsi”
rubrikasında bu dəfə C.Məmmədovun
təqdimatında A.Şopenhauer,
N.Berdyayev, M.Haydegger, V.Nalimov, Y.Lotman, X.A.Livraqa, Y.Tuvim, A.N.Asya, K.Kastaneda, Q.Laub və U.Eko kimi mütəfəkkirlərin
aforizmləri yer alıb.
Bu sayda BDU-nun Filologiya
fakültəsində fəaliyyət
göstərən “Söz”
Yaradıcılıq Birliyinin
üzvlərinin yaradıcılıq
nümunələri ədəbiyyatşünas
Məti Osmanoğlunun
təqdimatı ilə
çap olunub.
Vüsal Nuru jurnalda bu
dəfə “Zamanın
arxasında” yazısı
ilə çıxış
edib. “Tərcümə saatı” rubrikasında Xatirə Nurgülün tərcüməsində Mariya
Svetayevanın “Dəfnə
çələngi” əsəri,
Leyla Əsədullayevanın
tərcüməsində Edgar Allan Poe və Robert Burnsun şeirləri dərc olunub.
Təranə Vahid “İtki” xüsusi rubrikasında “Ayaq səsləri, səsi və səssizliyi” essesi ilə “Ulduz” jurnalının mərhum əməkdaşı Rəfiqə
xanımı xatırlayıb.
Elmar Vüqarlı
“Elməddin Nicatın
gecikməsi” məqaləsində
şairin yaradıcılığını
təhlil edib.
“Şeir vaxtı”
bölməsində Əntiqə
Səməndər, Vasif
Süleyman və Faiq Balabəylinin şeirləri çap olunub.
Elxan Yurdoğlunun
mərhum şair İlqar Qulusoyla bağlı “Ölümlə
əylənən şairim,
ölümünlə əyləndirmədin
bizi” adlı xatirələri dərc olunub.
Ruhəngiz Sultanova “Elm, fantastika və uşaq təxəyyülü” məqaləsi,
Firuz Mustafa “Fantast yazıçının
Marsda dəfni” yarımçıq povest haqda hekayəsi, Zaur Sahil “Əsgər
məktubu” çıxış
ediblər.
“Söz” jurnalının baş redaktoru Sevda Əlibəylinin mərhum şair Allahverdi Məmmədli haqqında yazdığı
“Göz açıb görərsən” yazısı
və şairin şeirləri də jurnalın bu sayında yer alıb.
“Debüt” rubrikasında Lamiyə İsazadə öz şeirləri, “Nəsr” bölməsində
Təranə Fazilqızı
“İlan ovsunu”, “Avtobusda hadisə”, “Bataqlıq”, Aləm Kəngərli “Velosiped” hekayələri ilə çıxış ediblər.
“Tribuna”da professor Aynur Sabitovanın “Amerika maarifçiliyi” məqaləsi,
“Yeni imzalar” rubrikasında Nahidə Sabirlinin və Nuranə Abbaslının şair İslam Sadiq haqqında təqdimat yazıları yer alıb.
“Dərgidə kitab”
rubrikasının qonağı
gənc şair Xəzər Süleymanlı
“Günahkar” başlığı
altında şeirləri
ilə çıxış
edib.
ŞAHANƏ
525-ci qəzet 2017.- 1 iyul.- S.13.