Şəkidə möhtəşəm musiqidostluq bayramı

 

VIII "İPƏK YOLU" BEYNƏLXALQ MUSİQİ FESTİVALI UĞURLA KEÇİRİLİB

 

Aysel KƏRİM

Bəstəkar, musiqişünas

 

Azərbaycan tarixində mühüm yer tutan, qədim sənət mədəniyyət mərkəzlərindən sayılan Şəki şəhəri  yenidən "İpək yolu" VIII Beynəlxalq Musiqi Festivalına ev sahibliyi etdi. Bu gözəl önəmli musiqi bayramı artıq ənənə halına çevrilib.

 

Festivalın "İpək Yolu" adlandırılmağı heç təsadüfi  deyildir. Əsrlər  boyu  qədim gözəl Şəki  şəhəri Böyük "İpək  Yolu" üzərində yerləşən mühüm sənət ticarət mərkəzi olub. Konsertlərin memarlıq abidələri önündə  təşkil edilməsi düşünülmüş gözəl addımlardan biridir. Belə ki, bununla da Şəkinin tarixi, memarlığı, folkloru geniş şəkildə təbliğ edilir. Bir məqama xüsusilə toxunmaq vacibdir ki, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın təşəbbüsü  ilə,  Şəki Xan Sarayı da  daxil olmaqla, bir çox tarixi abidəmiz UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmək üçün təqdim olunub.

 

Mədəniyyət Turizm Nazirliyi, Azərbaycan  Bəstəkarlar  İttifaqı Şəki  Şəhər İcra Hakimiyyətinin  birgə  təşkilatçılığı  ilə  keçirilən  Şəki  "İpək  Yolu"  VIII Beynəlxalq Musiqi Festivalında Türkiyə, Yaponiya, Polşa, Macarıstan, İran Gürcüstandan  gələn  rəqs musiqi  qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış  musiqi  kollektivləri iştirak ediblər. Festivala xarici ölkələrdən gələn dövlət sənət  adamlarının iştirakı ilə bu il möhtəşəm incəsənət bayramı çox yüksək səviyyədə qeyd  olunub.

 

Qeyd  edək ki,  Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin "İslam  Həmrəyliyi İli" elan  edilməsi  ilə bağlı builki  festivalda məhz müsəlman  ölkələrindən olan iştirakçılar üstünlük təşkil  edib. Yenidən bu  əlamətdar musiqi hadisəsi ilə  bağlı görkəmli musiqi xadimləri çoxsaylı musiqisevərlər bir araya gəliblər. Ötən il Şəkinin TÜRKSOY tərəfindən  "Türk dünyasının mədəniyyət paytaxtı"  "Paytaxt ili" çərçivəsində keçirilən  Şəki İpək Yolu VIII Beynəlxalq  Musiqi Festivalı Şəki şəhərinin, eyni zamanda Azərbaycan mədəniyyətinin təbliğində inkişafında əhəmiyyətli rol oynayıb.

 

Tədbirin bədii  rəhbəri, Azərbaycan  Bəstəkarlar İttifaqının sədri, görkəmli  bəstəkar Firəngiz Əlizadə çıxışında  möhtəşəm musiqi bayramı kimi gözəl  bir ənənəyə  çevrilən    artıq  səkkizinci dəfə keçirilən  Şəki "İpək Yolu" Beynəlxalq Musiqi  Festivalının bu dəfə   qonaqlara Şəki sakinlərinə unudulmaz gözəl anlar yaşadacağını bildirib.

 

İyunun 27-də Şəkidə, "Marxal" Yay Teatrında festivalın  təntənəli  açılış  mərasimi  keçirilib. Mərasimdə  festival  qurumlarının rəhbərləri, şəhər ictimaiyyətinin  nümayəndələri, musiqisevərlər, bir sözlə festivala  önəm verən hər kəs yaxından iştirak edib. Rəsmi açılışdan sonra təqdim olunan ilk konsert proqramı Əməkdar İncəsənət Xadimi Aygün Səmədzadənin müəllif gecəsi olub.

 

Festival çərçivəsində bir çox rəngarəng konsert proqramları keçirilib. "Va-Liga" musiqi-qrupunun  konsertinin yaddaqalan məqamlarından biri yaponiyalı musiqiçinin Azərbaycan Dövlət himninin musiqisini səsləndirməsi olub. Bu təqdirəlayiq məqam hər kəs tərəfindən çox rəğbətlə qarşılanıb. Dinləyicilər yaponiyalı musiqiçiyə qoşularaq ayaq üstə himnimizi səsləndiriblər. Daha sonra Ania Broda Guessous Mesi Trio qrupunun konserti uğurla keçirilib.

 

Hər kəsdə xoş ovqat yaradan konsertlərdən  biri görkəmli Azərbaycan bəstəkarı, İctimai xadim pedaqoq, SSRİ Dövlət mükafatları Laureatı, Xalq artisti, professor Cövdət Hacıyevin 100 illiyinə həsr edilmiş konsert olub. Təbriz rəqs qrupunun konserti böyük marağa səbəb olub. Həmçinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Nümunəvi-Hərbi Orkestrinin konserti dinləyicilərdə xoş hisslər yaradaraq maraqlı anlarıyla yadda qalıb.

 

Beləliklə, təqdim olunan sonuncu konsert proqramı  "İzmir Devlet Türk Dünyası Dans ve Müzik Topluluğu"nun konserti  olub. İnsanlara  böyük zövq  bəxş edən, mədəniyyətləri  bir  araya  gətirən  Şəki İpək Yolu VIII Beynəlxalq Musiqi Festivalı yenə maraqlı unudulmaz xatirələrlə yaddaşlara  həkk olunub. Festival uğurla  yekunlaşıb.

 

Şəkinin mədəni inkişafının sürətləndirilməsinə göstərdiyi böyük dəstəyə, şəhərin  zəngin mədəni irsinin dünya  səviyyəsində  tanıdılması təbliği  sahəsində  xidmətlərinə  görə "Şəkinin fəxri  vətəndaşı"  adına  layiq  görülməsi  münasibətilə  Xalq artisti, professor  Firəngiz Əlizadəni  ürəkdən təbrik edir, Azərbaycan mədəniyyətinə göstərdiyi misilsiz xidmətlərinə görə alqışlayırıq.

 

İnanırıq  ki, bu  qürurverici dostluq musiqi  bayramı  dünyanın  müxtəlif  ölkələrindən  gələn  festival  iştirakçılarına    turistlərə, o  cümlədən, Şəki  sakinlərinə yüksək zövq bəxş etdi.

 

525-ci qəzet  2017.- 4 iyul.- S.7.