"Kardeş kalemler"in yeni sayı
"Kardeş kalemler"
dərgisinin iyun sayı Qazaxıstan Yazarlar Birliyinin sədri, şair Nurlan Orazalinin 70 illik yubileyinə həsr olunub.
Dərginin "Qazaxıstan" bölümü
Ataman Kalebozanın tərcüməsində
N.Orazalinin şeirləri
ilə açılır. Şeirləri şairin qısa tərcümeyi-halı izləyir.
Qazaxıstanın Türkiyədəki
səfiri Abzal Saparbekulinin "Yanık Yürek", Qazaxıstanın
Xalq yazıçıları
Abiş Kekilbayevin
"Ədəbiyyatın gələcəyi
üçün", Sayın
Muratbekovun "Ufku geniş şair", Qırğızıstan və
Qazaxıstanın Xalq
yazıçısı Çingiz
Aytmatovun "Uzaylı
şeirlər", Qazaxıstanın
Xalq şairləri Oljas Süleymanovun "Günəş adına açılan əllər",
Fariza Onqarsınovanın
"Bozkırın qırmızı
boyaları" yazıları
da bu bölümdə
yer alıb. Rubrikanı professor Serik Kirabayevin "Ruh azadlığının şairi",
yazıçı-publisist Ötegen
Oralbayulının "Gevher
Yır Sadık Sır", şair Rafael Niyazbekin "Ər şairin səsi", Tursın Jurtbayın "Şanlı yolçu-
VI" (Anayurt gündəliyi)
yazıları davam etdirir.
"Türkiyə" bölməsində Avrasiya
Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun "Qazax
təbiətini misralarına
daşıyan şair:
Nurlan Orazalin",
"İslam Türklüyünün
qalxanı", Ataman Kalebozanın
"Qara Körük yüz il ilə
"Ervah-ı Salih Olanın arasında doğulmuş bir şair: Nurlan Orazalin", Cəmilə Kınacının "Alğa
Qazaxıstan! Elbaşının
"Gələcəyə baxış: Kamu bilincinin modernizasyonu" bildirgesi", Onur Görkem Bekcibaşının
"Yeni bir kitab yeni bir
"Osman Çeviksoy"
yazıları yer alıb.
Rahmi Ali "Xatirələrlə
yaşamaq" yazısıyla
"Batı Trakya"dan
qatılıb.
"Xəbər" rubrikasında "Bengü"
yayınlarının qatıldığı
kitab sərgiləri,
"TÜRKSOY 25-ci il" medalı
ilə təltif olunan ziyalılar, qazax yazarlarının və qırğız yazar Keneş Yusufun Ankara görüşü
haqqında məlumatlar
var.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 4 iyul.- S.7.