Din və məhəbbət - faciələrə
aparan ziddiyyət
(Əvvəli
ötən şənbə saylarımızda)
Mən səni sevməmişdən əvvəl hər
şeyi etdim, lakin onların hamısı əbəs oldu. Sənə
müxalif olan hər şey uğursuz oldu.
Mən sevməyən adamların xoşbəxtliyinə
qibtə edirəm. Onlar necə də sakit və ruhlarına
görə necə də yüngüldürlər. Baxmayaraq ki, mən artıq məhəbbət tərəfindən
aldadılmıram, ancaq sağalmamışam, bu qədər
çox şəraitlərdə ehtiraslarla bacarmıram, bu
yer, şəxsən özüm və
biabırçılığım məni məhv etməyə
yönəlmişdir. Digərləri ilə
müqayisədə bizə fəlsəfə böyük
fayda verə bilər.
Məhəbbət necə də bir əziyyətdir. Bizim üçün necə
böyük bir xoşbəxtlik olardı ki, bizim
alçaldılmamız və göz yaşlarımız
tövbəmizə əminlik versin. Könüldən
həzz sevgisi qeyri-adi cəhdlərdən savayı heç nə
ilə silinmir. Mən bilmirəm ki, bu necə baş verdi ki, sevən adam üçün daim
ağlamaq bir həzzə çevrilir. Allahın
məhəbbəti başlanğıcında öz
yaratdıqları məxluqların məhəbbətini
heç də bütünlüklə yoxa
çıxarmır.
Faydasız şərəf, əziyyət verən
var-dövlət heç vaxt məni şirnikləndirməmişdir. Lakin həmin
lətafətləri, o gözəlliyi, o havanı ki, mən
bu məsafədə hiss edirəm, onlar mənim məğlubiyyətimə
səbəb olur. Sənin
baxışların mənim təqsirimin
başlanğıcı idi, sənin gözlərin, sənin
mülahizələrin ürəyimi parçalayırdı.
Bizi müdafiə etməyə
çalışan ambisiyanın və şərəfin əksinə,
məhəbbət tezliklə ağa oldu. Allah
buna görə məni cəzalandırdı, məni tərk
etdi. Sən artıq dünyanınkı
deyilsən, sən ondan imtina etdin. Sən mənim
dindarlığımı körpəlik vəziyyətində
məhv edəcəksənmi? Mən öz
andlarımdan imtina etməliyəmmi? Mən
onları Allahın qarşısında and içmişəm.
Mənim məhəbbətim məni əhatə
edənlərin xoşbəxt laqeydliyi qarşısında gur
yanır və ürəyim sənə və özümə
məxsus kədərlər ilə tikə-tikə olana bənzəyir.
Mən bu zəifliyimi sənə etiraf etməyə
borclu deyiləm. Mən hiss edirəm ki, səhv etmişəm.
Əgər mən öz zəifliyimi məhəbbət
şərqilərində və şeirlərdə dərc
etdirsəm, bu binanın qaranlıq zirzəmiləri
möminliyin üzə çıxması xüsusiyyətini ən
azı gizlətməyəcəkdirmi? Mən meyl və
borc arasında daim gedən mübarizəni hiss edirəm.
Mən səfil günahkaram, hakimim qarşısında
uzanıram. Üzümü yerə dayamışam, göz
yaşlarım torpağa qatışıb.
Gəl, əgər
sən bunu yararlı sayırsan
sa,
müqəddəs adətinlə özünü Allahımla
mənim aramı sox və bizi ayıran sədd ol.
Mən səni özünün bütün
andlarından və öhdəliklərindən azad edirəm.
Öz ləyaqətini adamlara və mələklərə
layiq olan tamaşaya döndər.
Günahkarların qədəhi şirinliyi vəsf etməklə
dolub daşır və biz onun dadını bilməyə meyl
edirik. Həm də bunu ilk dəfə sənə verdiyimə
görə məni qorxaqlıqda qınama.
Kilsə bizim bədbəxtliyimizə qısqancdır.
Göylər Eloizanı unutmağı, onu bir daha
görməməyi Abelyardan tələb edir. sən məni,
hətta bir ideya kimi də unut.
Məhəbbət, əminlikdən çox
etibarsızlığa malikdir.
Mən
necə rahat ola bilərəm ki, sənin
dinmədiyini görürəm, mənim təhqir
olunmağımdan sonra artıq sən dünyada hansısa bir
məmnunluq gözləməkdə davam etməyəcəksən
və sən bir daha ona qayıtmayacaqsan.
Lakin mən hələ də şübhələnməkdəyəm. Mən təxəyyül
edirdim ki, qadınlar andların zərurətinin məcburiyyəti
olmadan öz möhkəm qərarlarını verməyə
qadir deyillər. Din və möminlik sənin daş qəfəsinin
və divarlarının ətrafında möhkəm
mühafizə qurmuşdur. Mən hər gün
titrəyirəm ki, özünü qurban verməyə səni
inandırdım. Mən bunu
xatırlamağa cəsarət etmədən, əvvəllər
heç vaxt görmədiyim səndəki gözəlliyin
parlaqlığına heyran olmuşdum, vurulmuşdum. Mən səni öz təqsirimə görə rahibə
olmağını cinayətkar bir rüşvətlə yoluna
qoydum, bu da, əslində, səni dəfn etməyi satın
almaqdır. Monastırı açıq
etiraf etmək rüşvət verməyə bənzəyir və
mənim niyyətlərim səndən, onların bütün
şübhələri və iyrəncliyi ilə birlikdə
gizlədildi. Mən hər yerdə sənin
arxanca getməyi qərara aldım. Mənim
kölgəm daim sənin addımlarını izləyəcəkdir.
Ancaq Göylərə minnətdaram ki, sən andlar
içməyi qərara aldın. Mən səni
mehrabın yanınadək müşayiət etdim və sən
müqəddəs süfrəni tutmaq üçün əlini
uzadanda sənin həmin məhvedici sözlərini aydınca
eşitdim. Sən mənim təxəyyülümdə
işıq və dəyişilən bir məxluq idin.
Mən sənin gözlərini, hər hərəkətini,
sənin havanı müşahidə etdim. Hər
şeydən titrədim. Sən adamın
öz mənafeyi naminə olan bir davranışını
satqınlıq, xəyanət və qətl adlandıra bilərsən.
Məhəbbət nifrət etməyə elə
oxşardır ki, ən ciddi mənfur münasibəti və qəzəbi
də doğurur.
Mənim məhəbbətimə nəhayətsiz layiq
olduğunu gördükdə güman etdim ki, səni artıq
sevə bilmərəm. Mən sənə özümün
vurğunluq əlamətlərimi göstərməklə, səni
tərk etməyin vaxtı çatdığını
düşündüm. Mənim
qısqanclığım sönən kimi görünür.
Təkcə Allahın bizə rəqib olduğu
bir vaxtda biz heç nədən qorxmamalıyıq. Mən, hətta ona dua ilə müraciət etməyə
cəsarət etdim ki, səni mənim gözlərimdən
uzaqlaşdırsın. Allah mənim
xahişimi və duamı rədd etdi və məhəbbətimin
yaşaması hesabına əzab çəkmək yolu ilə
mənim cəzamı davam etdirdi. Beləliklə,
mən sənin andlarına bənzər təqsiri
daşıyıram və həyatımın bütün
günlərində işgəncəyə məruz
qalmalıyam.
Hər ikimiz məhəbbət təqsirinin qurbanları
kimi görünməklə, bu məhəbbət bizim əsl
adətlərimizdə isə təhqir kimi görünür və
bizim bir-birimizə vurğunluğumuz pozğunluqdur, bunlar məni
dəhşətə gətirir və titrəməyə məcbur
edir.
O vaxta qədər
ki, mərhəmət tərəfindən bizə işıq
salınır, biz deyə bilərik ki, məhəbbət zəhərdir
və sərxoşluqdur.
Allah öz varlığı ilə adamlara onların bədbəxtliklərini
yumşaltmaq üçün ənam verə bilər. Mən sənə
yazdım, sən isə mənə heç bir cavab vermədin,
onda sənin ürəyin bağlı imiş, lakin sənin ərinin
bu bağının qapısı indi
açılmışdır. O, (Allahı nəzərdə
tutur - tərcüməçi) oradan çəkilmişdir
ki, səni tək qoysun. Səndən
uzaqlaşmaqla O, səni mühakimə etmişdir. Onu geri çağır və çalış
yenidən Onu əldə edəsən. Biz
Allahın köməyinə malik olmalıyıq, bununla biz
öz zəncirlərimizi qıra bilərik. Biz özümüzü azad etmək
üçün çox dərin məhəbbətdəyik.
Biz həmişəlik gənc
olmamağımıza görə təskinlik tapmalıyıq.
Bizdən sonra kimlər ki, belə hərəkət edəcəkdir,
onlar özlərini az təqsirkar hesab edəcəklər.
Biz tövbəsi gecikən cinayətkarlarıq,
qoy, bunu səmimi etiraf edək. Gəl, biz
etdiyimiz şər işləri nə qədər
mümkünsə, düzəldək və qoy cinayətlərimizə
şahid olan Fransa bizim tövbəmizdən heyrətlənsin.
Qoy, biz ürəklərimizdən gələn
bu qurbanı verməklə xəcalətdən qızaraq və
ağlayaq. Əgər bu zəif
başlanğıclarda, ey Allah, bizim ürəklərimiz
bütünlüklə Səninki deyilsə, qoy, onlar ən
azı nə etmək lazım olduğunu hiss etsinlər.
Eloiza,
özünü dərin kök salmış ehtirasın
biabırçı qalıqlarından azad et.
Yadda saxla ki, Allahdan başqa hansısa digər biri barədə
ən az düşüncə belə,
zinakarlıqdır. Mən xaç altında
deyil, məhəbbət altında itaətdə idim. Mənə
yazığın gəlsin və özünü də azad et. Allahdan qorx, bununla öz zəifliklərindən
azad dola bilərsən. Onu sev, bununla sən
ləyaqətlərində irəliləyə bilərsən.
Dini cəmiyyətin başında qul olma və digər
kraliçalar üzərində idarəetmə hüququna
malik olanda birinci növbədə özünü idarə etməyi
öyrən.
Ən azı, sən öz hisslərinin
üsyanına görə utan. Dünyada əbəs yerə
keçirdiyin həyatının bütün anlarına və
həzzə görə tövbə et,
onları məndən də tələb et.
Mən həqiqətən sənin müəllimin idim,
lakin bu, təkcə günahı öyrətmək idi. Sən məni
atan adlandırırsan. Əvvəllər
bu titula mənim hansısa bir iddiam var idi. Nəyinsə
qarşısını aldığıma görə buna layiq
idim. Mən sənin qardaşın idim,
lakin bu günaha bənzərlik idi və bu ehtiramı mənə
gətirdi. Mən sənin ərin
adlanıram, lakin bu, ictimai mərəkədən sonra oldu.
Əgər sən məktubunda məni şərəfləndirir
və öz ehtirasını tərifləyirsənsə,
onları qarala, at kənara və yerlərinə qatil, əclaf
və düşmən sözlərini qoy, çünki o, sənin
şərəfinə qarşı qəsd düzəltdi, sənin
sakitliyini pozdu və sənin günahsızlığına xəyanət
etdi. Qeyri-adi mərhəmət aktı ilə sən
xilas ola bilərsən.
Məhəbbət sözündən fərqli olaraq,
dünya sözünü tələffüz etmək min dəfə
asandır. Mən məhəbbət adlanan bu aldadıcı,
dinsiz sözə nifrət edirəm. Mən
o barədə daha düşünmürəm, lakin mənim sərgərdan
ürəyim hələ də əbədi olaraq səni
axtarır və səni itirməyimin ağrısı ilə
doludur. Sənin ürəyini ələ
keçirmək üçün son dünyəvi cəhdlərimi
xatırla. Mənim nəzərdə
tutduqlarımı və səninlə olmağımı əzizləyirdim.
Elə adamlar vardır ki, onları Allah əzab verməklə
xilas edir. Qoy, sənin dualarının bəhrəsi mənim
xilasım olsun. Qoy, mən sənin göz
yaşlarına və sənin müqəddəslik nümunənə
borclu olum. Allah, mənim ürəyim Sənin
yaratdığının məhəbbəti ilə doludur.
Sənin əlin, bu lazım olanda, Səndən
başqa, məndən bütün məhəbbətləri
boşalda bilər. Eloizanı sevmək, əslində,
onu tərk etməkdir. Mən bu qərara gəlmişəm,
bu məktub mənim son səhvim olacaqdır. Əlvida. Əgər mən
burada ölsəm, göstəriş verəcəyəm ki, mənim
cəsədim Parakletdəki evə (Eloizanın olduğu yeri nəzərdə
tutur - tərcüməçi) aparılsın. Sən məni bu vəziyyətdə görəcəksən,
səndən heç də göz yaşları tələb
etmirəm, çünki bu, artıq gec olacaqdır. Yaxşı olar ki, mənim üçün indi
ağlayasan və məni yandıran odu söndürəsən.
Mənim ölümüm sənə bəlağətlə
deyəcəkdir ki, sən bir kişini sevəndə, həqiqətən,
igid olmusan. Mən ümid edirəm ki, sənin
iradən bu ötəri həyatı başa
çatdıranda qərara gələcəkdir ki, mənim
yanımda dəfn olunasan. Sənin soyuq küllərin
o vaxt heç nədən qorxmayacaqdır və mənim sərdabəm
isə daha zəngin, həm də məşhur olacaqdır.
III məktub. Eloizadan Abelyara
Səndən aldığım məktubu səbirsizliklə
oxudum; bütün bədbəxtliklərimə baxmayaraq, mən
nəsə bir rahatlıq arqumentləri tapmağa heç də
ümid etmirdim. Lakin sevgililər özlərinə
işgəncə verəndə necə də səmimi olurlar.
Niyə sən Eloizanın adını
Abelyarınkından qabaqda qoyursan? Bu, yeganə
bir addır ki, - ata və ər adı - səbirsiz gözlərim
yalnız onu axtarır.
Bunları xoşbəxtliyimi viranəyə döndərən
qəddar taledən əvvəl sən mənə
ünvanlamışdınmı? Mən görürəm
ki, sənin ürəyin məni tərk etmişdir. Sən məni tərk etmək qəddarlığına
maliksənmi? Bundan qorxu mənim ürəyimə
xəncər soxur. Qəddar Abelyar! Sən
mənim göz yaşlarımı dayandırmağa borclusan,
ancaq əksinə, sən onları sel kimi axmağa məcbur
edirsən.
Sənin ölümündən sonra mənim sənin
külünə qayğı göstərməyimi və ona
axırıncı borcumu verməyimi arzu edirsən. Heyif! Sən
bunu mənə necə yaza bildin? Mənim
qəflətən ölməyimdən qorxu sənin əlindən
qələmi salmayacaqmı? Mən
güman edirəm ki, bütün bu işgəncələri mənə
vermək istədiyini sən hiss etmirsənmi? Göylər
mənə nə qədər sərt olsa da, o qədər
laqeyd olmayacaqdır ki, mənə səndən bir an da olsun artıq yaşamağa icazə versin.
Abelyarsız yaşamaq dözülməyən
bir cəza olardı və mənim onunla birləşməyim
mənasında ölüm ən müstəsna xoşbəxtlik
olardı. Əgər Göylər mənim
davam edən harayımı eşitsə, sənin ömrün
xeyli uzanacaq və sən məni dəfn edəcəksən.
Ona görə də narahatlıq doğuran şeylər
barədə bir daha mənə yazma. Çünki biz artıq kifayət
dərəcədə səfil insanlarıq, bizim kədərlərimizin
az da olsa çoxalmasına
ehtiyacımız yoxdur. Bizim buradakı həyatımız
əriməkdə olan, yavaş-yavaş gedən
ölümdür, sən onu tələsdirəcəksənmi?
Biz gələcək qorxu üçün də
yeni səbəblər axtarmalıyıqmı? Seneka, öz hissləri ilə şərin gəlməsindən
məsafə saxlamaq üçün səbəbdən necə
qaçmaq və ölümdən əvvəl
ağrını qəbul etmək üçün həyatın
bütün sevinclərini necə itirməyin yollarını
göstərirdi.
Sənə görə mən yaşamağı qərara almışam. Əgər sən məni tərk etmək istəyirsənsə, son ayrılmağımız barədə düşünəndə səfil günlərə ehtiyac duymayacağam. Mən bütün ölümcül zərbələri hiss edirəm.
Sən mənə özümü bütünlüklə Allaha həsr etməyimi arzulayırsan, mən bunu necə edə bilərəm ki, sən gecə və gündüz daim ağlıma sahib olan təhlükələrlə məni qorxudursan. Səni itirdikdən sonra mən nəyə ümid edə bilərəm? Mən çətinlik çəkmədən həyatın bütün məlahətlərindən imtina etdim, təkcə məhəbbətimi və sənin sağ-salamat olmağını eşitməyimi saxladım.
Mən özümü öyməyə cəsarət etmirəm ki, səni nə vaxtsa görmək ümidi ilə yaşayım. Bu, mənim bədbəxtliklərimdən ən böyüyüdür. Əgər sən məni öldürməyi arzu etmirsənsə, mənim yaralarım artıq digər başqa növlər üçün heç bir yer qoymamışdır.
Əziz Abelyar, mənim ümidsizliyimə
yazığın gəlsin. Görən, belə səfil olan
başqa biri varmı? Sən məni digər qadınlardan
yuxarı qaldırdın, onlar sənin məhəbbətinə
görə mənə paxıllıq edirdilər. Mən öz xoşbəxtliyimin zirvəsində
şadlananda, yalnız daha dəhşətli qaydada
yıxılmalıydım, heç bir şey mənim həzlərimlə
müqayisə edilə bilməzdi və indi də mənim bədbəxtliyimə
bərabər olan heç nə yoxdur. Mənim
taleyim daim təhlükəli vəziyyətdə idi. O,
məni ən böyük xoş münasibətlə yükləmişdi
və həmin vaxt məni ən böyük qüssənin
içərisinə atdı. Mənə ayrıca əzab verdi, mənim sevinc xatirələrimi tale,
axını dayanmayan göz yaşları bulağında
itirdi. Malik olduğun sevgi mənim ən sevincli
hədiyyəm idi. Qısası, onun qəzəbi
bütünlüklə uğur qazandı və mən indiki kədərlərimin,
mənə valeh olmağının şirinliyinə mütənasib
olan bir acı olduğunu hiss etdim.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.- 2017.- 8 iyul.- S.22.