Zəhram, heyy!
4 iyul 2017-ci ildə Qarabağın Alxanlı kəndində Ermənistan
ordusunun atəşindən
həlak olmuş ikiyaşlı Zəhra Quliyevanın adına.
Bu Günəş niyə qaralıb
Kömür olub tökülmür
üstümüzə?!
Bu Göylər necə tab eyləyir
Odlu, atəşli
tüstümüzə?!
Niyə
dağlar, qayalar
bomba
olub partlamır?!
Ürəyimiz partladı axı!
Yaxıb-yandırdı bizləri
İkiyaşlı Zəhranın
ağrısı,
ahı...
Evi, yurdu viran olmuş
Mənim
anam da Zəhraydı
O da Yer üzündən
küsüb
gedib
Yoxdu daha
neçə
ildi, neçə aydı...
Çocuq Zəhram, anam Zəhram,
Zəhram, heyy!...
Allah keçməz bu dəhşətdən,
Vətən oğlu unudammaz
Belə
vəhşi cinayəti!
Erməninin Yer üzündə
Yaşamağa haqqı yoxdur!
Qəti,
qəti!
Cəlladları bu torpaqdan,
Qarabağdan
Silmək gərək.
Hər xainə dar ağacı,
Hər xainə ilmək gərək!
Başqa nicat yolun varmı?
Ruhun bizi bağışlarmı?
Çocuq Zəhram, körpə
Zəhram
Zəhram, heyy!...
Sən ki zərif bir
çiçəkdin
Sən ki hələ Alxanlının
Cənnət çağın görəcəkdin...
Sabahını, o gələcək günlərini
qara
fələk apardı.
Göylər, Yerlər gördü
səni
gördü
şivən qopardı.
O xain güllənin səsi
oynatdı
yerindən
Tüfəngə döndərdi
ormanları,
dağı, daşı...
Mən səngərə, döyüşlərə
çağırıram
damarından
Zəhramızın
qanı
axan
Hər igidi, vətəndaşı!
Layla, Zəhram, körpə Zəhram
Zəhram, heyy!...
Şüvəlan
5 iyul 2017-ci il
Ramiz
MƏMMƏDZADƏ
525-ci qəzet.- 2017.- 8 iyul.- S.13.