İranda Azərbaycan mədəniyyəti günləri uğurla davam edir

 

 

İyulun 3-də İranda başlanan Azərbaycan mədəniyyəti günləri paytaxt Tehrandakı tədbirlərlə yanaşı, İsfahan şəhərində davam edib.

 

İyulun 5-də Azərbaycan Respublikasının mədəniyyət turizm naziri Əbülfəs Qarayev nümayəndə heyəti İsfahan şəhərinə gəlib.

 

Ə.Qarayev İsfahan vilayətinin valisi Rəsul Zərgərpur ilə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

 

İki ölkə arasında mədəni, tarixi, coğrafi dini bağlılıqlardan söz açan vali Rəsul Zərgərpur son illər ərzində əlaqələrin yüksək templə davam etdiyini, İran Prezidenti Həsən Ruhaninin Azərbaycanla münasibətlərin genişləndirilməsinə yüksək önəm verdiyini bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdırıb.

 

Ölkəmizə səfərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xatırlayan Rəsul Zərgərpur bildirib ki, qarşılıqlı səfərlər mövcud əlaqələrin daha da inkişafına imkanlar yaradır.

 

Vali onu da vurğulayıb ki, İsfahan şəhərinin müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmış əlaqələri var gələcəkdə bu səpkidə Azərbaycanın şəhər rayonları ilə müvafiq saziş hazırlana bilər. Bu da öz növbəsində iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən, mədəniyyət turizm sahəsində əməkdaşlığın genişlənməsinə əlavə zəmin yaradar.

 

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev 2010-cu ildə ilk dəfə İranın Tehran Təbriz şəhərlərində Azərbaycanın mədəniyyəti günlərinin təşkil olunduğunu qeyd edərək bildirib ki, bu gün iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün kifayət qədər imkanlar mövcuddur. Bunun nəticəsidir ki, İranın bir sıra şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilir, konsertlər, sərgilər, filmlər  nümayiş olunur.

 

Əbülfəs Qarayev son illər Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Qeyd edib ki, ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda, yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına müsbət təsir göstərir.

 

Görüşdə iki ölkənin ticarət palataları arasında əməkdaşlıq, turizm sahəsində əlaqələr, sərgilər digər mədəniyyət tədbirlərinin keçirilməsində əməkdaşlıq kimi məsələlər müzakirə edilib. Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

 

Həmin gün İsfahan şəhərində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər baş dirijor - Xalq artisti Ağaverdi Paşayev) konserti olub. Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunan növbəti musiqi proqramı böyük maraqla qarşılanıb.

 

Azərbaycan nümayəndə heyəti İsfahanın qədim tarixi məkanları ilə tanış olub. Məlumat verilib ki, İranın Tehran Məşhəddən sonra üçüncü böyük şəhəri sayılan İsfahanda dünyanın ən gözəl memarlıq inciləri var. Şəhərin Nəqşicahan meydanı UNESCO-nun Dünya mədəni irsi siyahısına daxildir.

 

Qeyd edək ki, Azərbaycan mədəniyyəti günlərinin proqramı paytaxt Tehranda da davam edir. ŞəhərdəkiArasbaranMədəniyyət mərkəzində filmlərimiz nümayiş olunur. Kino proqramınaAzərbaycanfilm”də son illərdə istehsal olunmuş beş ekran əsəri - “Nabat”, “Buta”, “Çölçü”, “Yarımçıq xatirələrDərsbədii filmləri daxildir.

 

İyulun 7-də isə Tehranda Azərbaycan Dövlət Musiqili Teatrının heyəti Üzeyir Hacıbəylinin “Ər və arvadmusiqili komediyası əsasında hazırlanmış eyniadlı tamaşanı təqdim edib.

 

525-ci qəzet.- 2017.- 8 iyul.- S.12.