Görünmür
Gəlib
çatdım ömrün
payız fəslinə,
Ağartdığım saç gözümə görünmür.
Seyrəkləşib can söyləyən
ətrafım,
Kölgəm belə heç gözümə görünmür.
Fərqi
yoxmuş: ağlayan ol, gülən ol,
Bu dünyanın hər üzünü bilən ol,
Nə gətirir, nə ötürür o ağ yol,
Gedən karvan, köç gözümə görünmür.
Vaxt var idi sanırdım
ki, dağam mən,
Heç
bilmirəm indi varam, yoxam mən,
Gecə-gündüz qəm yeyirəm, toxam mən,
Yetim-yesir, ac gözümə görünmür.
Çox
dedilər, içində
dərd daşıma,
Yandım
gedən torpağıma,
daşıma,
Mənası yox, qoysalar da başıma,
İnnən belə tac gözümə görünmür.
Dərdi-qəmi uşaq ikən
qanmışam,
Gözüm görən dəhşətlərdən
donmuşam,
Üzdə gülüb içimdə
çox yanmışam,
Daha bayır,
iç gözümə
görünmür.
Hara qoydum ləl
saxlayan sədəfi?
Seçəmmirəm yaxın, uzaq hədəfi,
Dolaşdırıb, düyün saldım kələfi,
İtirmişəm, uc gözümə görünmür.
Amil, itik birmi, beşmi - axtarım?
Uçub
getdi neçə durna qatarım,
Gedənləri necə geri qaytarım,
Ha baxıram, güc gözümə görünmür.
Ərk qalası
Divar-tağı yerindədi ,
Solu, sağı yerindədi,
Hələ yağı yerindədi,
Dayanıbdı bərk qalası,
Təbrizimin Ərk qalası.
Səttarxana sipər oldu,
Bağırxana səngər oldu,
Hər daşı bir əsgər oldu,
Etməz
türkü tərk qalası,
Təbrizimin Ərk qalası.
Nə vaxt əski çağa döndüm,
Kövrəldim, uşağa döndüm,
Dağ önündə dağa döndüm,
O bir məğrur Şərq qalası,
Təbrizimin Ərk qalası.
Məscid
kəsib qabağını,
Zülmət edib sabahını,
Zaman töküb suvağını,
Vurmur daha bərq qalası,
Təbrizimin Ərk qalası.
Elxani şahından qalıb,
Qacar topxanası olub,
Yeddi əsrlik yoldan gəlib
Basılmayan türk qalası,
Təbrizimin Ərk qalası.
Haray sallam dörd bir yana,
Kim yatıbdı, kim
oyana,
Min il də
bundan o yana
Düşmənlərə görk qalası,
Təbrizimin Ərk qalası.
Yol birdi
Dövran
bizi pərən-pərən
salsa da,
Vətən birdi, millət birdi, yol birdi.
Dəyişməyib qara bulud, qasırğa,
Üstümüzdən əsib keçən yel birdi.
Gördüyünə göz yumubdu babalar,
Biz də yatdıq, kaş yatmaya nəvələr,
Gizli-gizli
tələ quran qüvvələr,
Əzəl gündən şeytan ilə dilbirdi.
Başımıza nələr gəldi,
kim bilmir,
Elə dərd var özgələrə
deyilmir,
Sənin
dərdin mənim dərdim deyilmi,
Göz yaşından
o yaranan göl birdi.
Doğru
bilmə hər deyilən yalanı,
Öz başına özün açma bəlanı,
Mən verəndə sən almırsan salamı,
Ətrafında yağı düşmən
əlbirdi.
Amil, elin, vətəninlə fəxr elə,
Pərvanə tək ətrafında
dövr elə,
Tutacaqdır haqq yerini, səbr elə,
Görəcəksən zaman özü xəlbirdi.
Sən niyə yatmırsan,
bülbül?
Hələ sabah açılmayıb,
Sən niyə
yatmırsan bülbül?
Mən yatmıram, dərdim çoxdu,
Sən niyə
yatmırsan, bülbül?
Ən gözəl fəsil sənindi,
Cəh-cəh vuran dil sənindi,
Bu bağdakı gül sənindi,
Sən niyə yatmırsan, bülbül
Bilirsənmi ağrı nədi?
Həsrət nədi, ayrı nədi?
Səsində bu yanğı nədi?
Sən niyə
yatmırsan, bülbül?
Könlünü açmazmı bağlar?
Köksündə çarpazmı dağlar?
Vətən, torpaq dərdinmi var?
Sən niyə
yatmırsan, bülbül?
Bu nə nisgil, bu nə qubar,
Bir yerdə tutmursan qərar,
Yuvanı
dağıdanmı var,
Sən niyə
yatmırsan, bülbül?
Bu bağın sahibi xəstə,
Həkim
gəlir hər gün üstə,
Sən azadsan, o "qəfəsdə",
Sən niyə
yatmırsan bülbül?
Göz yaşına batıb aləm,
Yarpaqlar
şeh, budaqlar nəm,
Dərdlərin yiyəsi mənəm,
Sən niyə
yatmırsan, bülbül?
Sən niyə
yatmırsan, bülbül?
Bu sevgi mənə tanış
Nakam eşqinə ağlayan qız,
Bir az da gül, danış.
Bu sevgi Leyli sevgisidi,
Bu sevgi mənə tanış.
Bu nə görkəm, nə bənzəyiş,
Mənim yadıma o qız düşür.
Onu payızda sevmişdim,
İndisə ömrümə payız düşür.
Yenə
payız havasıdı,
Sənsə onun o zamankı qız yaşıdı.
Göydən yağan da leysan deyil,
Hər ikinizin göz yaşıdı.
Səni
bir də o cür kim
duyacaq,
Baxışlarından qopan harayı
Kim eşidəcək?
Axan bu isti göz
yaşların
Olsa-olsa yastığını isidəcək.
Tarix dönür, təkrarlanır,
Nə olsun ki, bir
az eyni,
Bir az yanlış.
Bu sevgi mələk sevgisidi,
Bu sevgi mənə tanış.
Al, oxu
Gecə
yazdım bu şeiri səninçün,
Xeyirli bir sabah
üçün al, oxu.
Baxışların can qoymayıb canımda,
Nə çəkirəm
agah üçün
al, oxu.
Soruşmursan içimdəki nə
ahdı,
Dərd
əhlindən xəbər
tutmaq savabdı,
Yananlara
gendən baxmaq günahdı,
Elədiyin günah üçün
al, oxu.
Qan salıbdı dörd bir yana
gözlərin,
Heç
gəlməyir din-imana
gözlərin,
Dedim bəlkə qıymaz mənə gözlərin,
Gətirdiyim pənah üçün
al, oxu.
Elə bilmə Amil daşdı, qayadı,
Hər bayramda üzü axar suyadı,
Bu şeirin hər misrası duadı,
Heç olmasa Allah üçün
al, oxu.
Amil AVOĞLU
525-ci qəzet.- 2017.- 11 iyul.- S.7.