Talelər qovuşarmış...

 

Əkrəm Qaflanoğlunun indiyədək bir neçə kitabı işıq üzü görüb maraq doğurub. Onun "Talelər kəsişəndə" povestini birnəfəsə oxudum.

 

Povestdəki şirin təhkiyə axıcılıq oxucunu özünə elə cəlb edir ki, bir an belə kitabdan ayrılmaq istəmirsən. Şübhəsiz, belə bir maraqlı povestin ərsəyə gəlməsi kitab müəllifinin səriştəli bir yazar olmasından soraq verir.

 

Kitaba ön söz yazan professor Nizaməddin Şəmsizadə əsərin bədii məziyyəti qayəsini düzgün müəyyənləşdirib povesti haqlı olaraq çağdaş dövrümüzdəki "Cəmiyyətin sosial ifliclərini təcəssüm etdirən psixoloji əsər" adlandırıb.

 

Povestin süjet xətti gənc həkim Azərlə universitetin jurnalistika fakültəsinin tələbəsi Tuti - Bikə adlı bir qız arasındakı məhəbbət macərası üzərində qurulub. Ancaq yazıçı bu süjet xətti ətrafında yadda qalan, öz daxili keyfiyyətləri ilə seçilən insan xarakterləri yarada bilib. Müəllif dostluğa möhkəm insanlara sədaqəti ilə seçilən gənc doktor Fərid, öz oğlunun xoşbəxtliyi barədə düşünən Aysima xanım, Azərin qəlbində əbədi iz buraxan çox sevdiyi Tuti-Bikənin anası Nərgiz xanım, laübalı sərbəst bir həyat tərzi keçirən ərköyün inadkar Qacar, cəmiyyətdə yerini tapa bilməyən, gənc yaşlarında həyatda haqsızlıqlarla üzləşərək həbsxanaya düşən Qayanar kimi bir-birindən fərqli xarakterlər yaradıb.

 

Povestdə öz vəzifəsindən sui-istifadə edərək, əziyyətsiz pul qazanmaq üçün şantaj yaramaz əməllərə əl atan İsabəy onun əlaltıları əsasən mənfi planda verilib.

 

Bütün dövrlərdə öz nəfsinin qulu olan insanlar olub onlar öz yaramaz hərəkətləri ilə nüfuzlarını itirərək cəmiyyət üçün "ağır bir yük"ə çevriliblər.

 

Əsərin aktuallığı ondadır ki, yazıçı yaratdığı İsabəy surəti ilə qloballaşan dünyamızda son onilliklərdə baş verən olayları oxucuya xatırlatmaqla bu cür antipodların varlığının yaşadığımız cəmiyyət üçün böyük bir ləkə olduğunu sərgiləyir.

 

Həyat təsadüflərlə doludur. Bəzən bir təsadüf insan həyatında mühüm rol oynayaraq onun hədəfə çatmasını reallaşdırır. Gənc həkim Azər metroda təsadüfən rastlaşdığı bir baxışla vurulduğu Tuti-Bikə adlı bir qızla ibrətamiz unudulmaz bir sevgi macərası yaşayır. Azərin təmiz qəlbindən süzülüb gələn səmimi təbii duyğuları onu tərk etməyərək daim narahatlıq yaradır, o öz "təsadüfü" sevgisinə qovuşmağa tələsir. Elə bunun nəticəsidir ki, Tuti-Bikənin oxuduğu universitetə, fakültəyə baş vuraraq onun haqqında müfəssəl məlumat toplayır. Məlum olur ki, bu qız jurnalistika fakültəsinin tələbəsidir. Anası Nərgiz xanım evdar qadın, qardaşı Qacar mühafizəkar, aqressiv təbiətli bir gəncdir. Deyilənə görə, dünyasını dəyişmiş atası respublikada məşhur rəssamlardan biri olmuşdur.

 

Azərdə Tuti-Bikənin qardaşı Qacarın dəlisov olması barədə məlumat olsa da, məhəbbəti onu bütün sədləri aşaraq sevib hələ "" cavabı ala bilmədiyi bir qızın evlərinə gətirir. Anası Nərgiz xanım da, sevdiyi qızda Azərin məhəbbətinə inansalar da, Qacarın qorxusundan evlərinə daxil olan bu ailədən cavab gözləyən gəncə müsbət bir söz deyə bilmirlər.

 

Nəhayət, Qacarın dalaşqanlığı ağla söykənməyən hərəkətləri onu həbsxanaya aparır. Həbsxanada o, Qayanar adlı bir gənclə tanış olur. Tibb universitetinin I kursunda oxuyan Qayanarın həbsxanaya düşməsi "planlı" şəkildə edilmişdir. Bu ailənin  atadan qalan böyük bir mülkünü ələ keçirmək istəyən polis rəisinin müavini İsabəy onun əlaltıları onu şərləyərək həbs edirlər. Guya ki, Qayanar oğurluq hadisəsində əli olan cinayətkar bir şəxsdir. Ən pis cəhət odur ki, polislər Qayanarın günahkar olduğunu sübut edə bilməyəndə onu möhkəm döyür, şikəst vəziyyətə salırlar. Həbsxana həyatının çirkin üzü ilə qarşılaşan Qacar Qayanar bu həyat tərzinə yavaş - yavaş uyğunlaşmalı olurlar. Belə ki, hər iki gəncin qumar oynaması sonradan Qacarın qumarda bacısını uduzması ilə nəticələnir. Şərtə görə həbsxanadan çıxandan sonra, Qacar bacısını öz əli ilə Qayanara təslim etmək məcburiyyətindədir.

 

Həbsxanadan çıxandan sonra Qacar verdiyi sözə əməl edərək yeganə bacısı Tuti-Bikəni öz əli ilə aparıb yenicə azadlığa çıxmış Qayanara təhvil verir. Ancaq polislər tərəfindən döyülərək şikəst vəziyyətə düşən Qayanarın Tuti-Bikə ilə bir ailə kimi yaşaması mümkün deyil. Qayanarın povestin sonlarında etiraf etdiyi kimi, o, bu qıza qulluqçu gözü ilə baxır. Elə bunun nəticəsidir ki, əsəblərini cilovlaya bilməyərək evdə dava-dalaş salaraq yazıq qızın gününü qara edir. Belə dava-dalaşın birindən xəbər tutan Qacar Qayanargilə gedərək bacısını günahsız olduğu halda vəhşicəsinə döyən Qayanarı öldürür, özü bu davanın qurbanı olur.

 

Tuti-Bikəni ağır vəziyyətdə, sir-sifəti tanınmaz bir şəkildə təcili yardımla xəstəxanaya gətirirlər.

 

Yazıçı burada da uğurlu bir təsadüfün baş verməsini təsvir edir. Xəstəni doktor Fəridin qəbuluna gətirirlər. Bu ərəfədə Azər Ankarada müdafiəsini başa çatdıraraq Bakıya qayıdır. Xəstənin üz-gözünün, xüsusən, çənəsinin tanınmaz hala düşməsini nəzərə alan Fərid dostu Azərin Ankaradan Bakıya məzuniyyətə gəldiyini bilərək onu köməyə çağırır. Alt-üst çənə üzrə mütəxəssis cərrah Azərin köməyə gəlməsi doktor Fəridi bir qədər ruhlandırır. Əməliyyat çox uğurlu keçir. Xəstə ölümdən qurtarır.

 

İnsanın dünyasında elə sirlər gizlənib ki, bəzən onu açmaq, aşkarlamaq mümkün olmur. Həyatda hər şeyin oxşarı var. Bəzən rastlaşdığın adamda sənin üçün doğma olan şəxsin surətini görüb ona rəğbət bəsləyirsən.

 

Bu mənada doktor Azərin yaralı halda xəstəxanaya gətirilən sevdiyi Tuti-Bikəni tanımaması heç "göydəndüşmə" süni bir təsir bağışlamır, əksinə, təbii səslənir. Ancaq daxili bir hiss, intuisiya xəstəni Azərə doğma yaxın bir adam kimi yaxınlaşdırır. Bu hissiyat o qədər güclüdür ki, yaxın adamları əməliyyata gəlib çıxmayanda o, kimsəsiz təsiri bağışlayan bu qıza  anasına yemək bişirtdirərək xəstəxanaya gətirməli olur.

 

Povestdə rəğbətlə təsvir olunan, zarafatları ilə dostluqda özünü sübut edən Fərid oxucuda xoş duyğular oyatdığı halda, əksinə, insanlara tələ qurmaq onları şərləyərək həbsxanaya saldıran pul düşkünü, insanlıq ləyaqətini itirən İsabəy isə hər kəsdə nifrət hissi oyadır.

 

Əsərdə o da vurğulanır ki, İsabəy onun kimi korrupsiyaya uğrayan insanların cəzası hüquqi müstəvidə verilməsə , uca yaradan belələrini gec-tez haqlı olaraq rəzil edəcək. Belə ki, İsabəy qanun qarşısında cavab verməkdən qaçarkən öz ailəsi ilə birlikdə qəzaya düşərək ölür. Əsərdə belə bir ştrixin verilməsi tərbiyəvi mahiyyət kəsb edərək, haqqın, ədalətin sonda qalib gəlməsinə inam yaradır.

 

Artıq Azərin Tuti-Bikəyə qovuşmasına elə bir maneə qalmır. Tuti-Bikə Qayanarın evinə köçəndən sonra Qayanarın başına gələnləri bu gəncin psixoloji sarsıntı keçirərək özündə olmamasını, yersiz dava-dalaş salaraq özünü həlak etməsini inandırıcı dəlillərlə nəql eləyir.

 

Aysima xanımın Nərgiz xanımla qarşılaşdığı səhnə diqqəti cəlb edir. Hər iki ananın həyatda baş verən hadisələrə ayıq münasibətləri, Azərlə Tuti-Bikənin təmiz sevgisinə sanki "yaşıl işıq" yandıraraq onların bir-birinə qovuşmasına razılıq vermələri tutarlı şəkildə əsaslandırılır.

 

Beləliklə, iki gəncin mənəvi sarsıntı ilə keçən keçməkeşli həyat yolu onların talelərinin qovuşması ilə başa çatır.

 

Əsərin dili aydın anlaşıqlıdır. Burada çətin başa düşülən söz ifadələrlə rastlaşmırsan. Kitabda obrazların qarşılıqlı dialoqu mükalimələri onların dünyasının oxucuya müfəssəl çatmasını şərtləndirir.

 

İnanırıq ki, Ə.Qaflanoğlunun təqdim etdiyi "Talelər kəsişəndə" kitabı müəllifinə uğur qazandıracaq geniş oxucu kütləsinin marağına səbəb olacaq.

 

Ehtiram SƏFƏROV

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2017.- 11 iyul.- S.7.