Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

 

Şirməmməd HÜSEYNOV

 

 

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

 

H.SÜBHİ BƏYİN ÇOX MÜHÜM BİR MƏQALƏSİ

 

7 Temmuz (iyul) tarixli “İndam” qəzetəsində Türk Ocaqları Mərkəz Heyəti rəisi və İstanbul məbusu-möhtərəmi H.Sübhi bəy əfəndinin çox mühüm bir məqaləsi nəşr edilmişdir.

 

Türkçülügün tanınmış rəhbərlərindən, Türk inqilabının atəşli xətibi tərəfindən kəndilərinə məxsus bir can və həyəcanla yazılan bu məqalə Türkiyə əfkari-ümumiyyəsinin bilməsi lazım gələn bir məsələyi bütün əhəmiyyətilə açmış, milliyyət davası baxışından “bolşevizmin” nə olduğunu bütün çıplaqlığı ilə göstərmişdir.

 

Ümumi türk mətbuatında ilk dəfə olaraq, bolşevik-rus siyasəti haqqında şayani-təqdir bir cəsarət və vüqufla bəhs edən və nəşrilə mətbuat həyatında mühüm bir hadisə təşkil edən bu məqaləyi, vəsiqəvi qiymətini qeyb etdirməmək üçün eynən nəql ediyoruz:

 

Məmləkətdə sağlam fikir cərəyanlarının durması, yazı və qələm kürsülərinin boş qalması, pərdə arxasında çalışan yabançı qüvvətlərə ümid və cəsarət verdi.

 

İzmirdə, əmələ sinifləri arasında təhrikat yapan bəzi adamlar mühakimə ediliyor, buna bolşeviklərin mühakiməsi diyorlar.

 

Konyada “Xalqa doğru” ismində bir məcmuə çıxıyor, nəşr etdigi bir şeirdə köylülər, köylü dərisindən firak geyənlər əleyhinə hücuma dəvət olunuyor. “Yumruqlarını iyi qaldır, və bütün qüdrətini topla müstəbidin qafasını parçala!.. Təlqin budur.

 

Qafası parçalanacaq adam, Türk vətəni üstündə, vətən qədər qüdsi bir adamdır.

 

İstanbulda “Hərəkət” ismində bir qəzetə nəşr olunuyor, bu qəzetə Konyada çıxan şeiri, böyük hərflərlə təkrar ediyor. Şeirin ismi “Alov yağmurudur”.

 

Rəsimli Ayda, Nazim Hikmətin elan hərflərilə basılmış bir şeirini oxuyoruz.

 

Burada kələpçə və yağlı ip təqdis edilmişdir. Bolşevik şair, yağlı ipə baxaraq killi və qalın ensəsini məmuniyyətlə qaşıdığını söyliyor.

 

Keçən gün, Əbdülhəq Hamidin bütünü qırmaq istədilər, neçün? Türkə, Namiq Kamala, Şinasi ilə, Sezayi ilə, vətən verən bir şair olduğu üçün.

 

Dün Mehmet Emini ibtal etməyə qalxdılar. “Rəsimli Ayın” səhifələrində, milliyyət şairinin qırmızı mürəkkəblə damğalanmış üzünü seyr etdim neçün? Türkə milliyyət verən bir şair olduğu üçün.

 

Günlərdir Yaqub Qədrinin, xəstə cigərini satlığa çıxardılar, soqaq-soqaq, qapı-qapı dolaşdırıyorlar. Yaqub Qədri, türk nəsrinin misli olmayan bir sənətkarıdır. İstanbul kapitalist dövlətlərin istilası altındaykən, o, vətən mücahidlərinin gözləri yaşararaq vəcd içində oxuduqları əsil yazılarını Babi-Ali cəddəsində, düşmən süngülərinin ortasında basıb nəşr ediyordu.

 

Onun cigərini neçün kəatlara qoyub bir müddətdən bəri tərəf-tərəf gəzdiriyorlar? Çünkü o türk vətəninin vətən və millət fikrinə sadik bir fikir və sənət qüvvətidir.

 

lll

 

Bütlər nasıl qırılır (Məqalə “Bütləri qırıyoruz” serisinə cavab olaraq “Bütlər nasıl qırılır” ünvanını daşıyor) Bunu sizə anlatacağam: bir dinin tikdigi bütləri, digər bir dinin salikləri əgər müvəffəq olurlarsa, parça-parça edər və atarlar və yerinə kəndi dinlərinin bütlərini tikərlər, o halda yeni din hankisidir? Yəni vətən və milliyyət dininin tikdigi bütləri qıranlar, bunların yerinə hankı dinin bütlərini tikəcəklərdir, bunu bilmək lazım:

 

- Bolşevik dininin bütlərini! Halbu ki, qırılmaq istənən bütlər, Misirdəki Ebulhöl heykəlləri kibi, Sultan Əhməddəki Bizans yadigarları kibi, qeyb olmuş bir millətin, qapanmış bir dövrün metrukatı degildir. O bütlərin ətrafında vətən və millət məfkurəsi üçün daha dün yüzminlərcə övladını qurban kəsmiş yaşayan bir millət var.

 

Gecənin boş bir saatında, bir soqaq ortasına dikilmiş heykəli qırmaq, devirmək mümkündür, zor qırılanlar, içimizdəki heykəllərdir.

 

Fəqət bəncə bu məmləkətdə Əbdülhəq Hamidin, Mehmet Eminin heykəllərindən bəhs etmək əbəsdir. Onlar, vətən məbədini tutan dirəklərdir, sərt dirəklər, sərb və yalçın dirəklər ki, 3-5 gün üçün degil, vətən və millət denən ədəbiyyat harcından* yoğrulmuş, yüzlərcə, minlərcə sənə üçün tikilmiş sağlam dirəklər.

 

Əcnəbi əlilə xaşxaş uddurulmuş bir çocuğu məbədin boş sanıldığı bir saatda içəri göndəriyorlar, “bu dirəkləri qır!” diyorlar, çocuq uğraşıyor, əlindəki balta qırılır, qolları qırılır, o dirəklər qırılmaz.

 

Qarşımızdakilər kimlərdir? Bunu sizə tərif edəyim:

 

Türk-Rus dostluğunun pərdəsi arxasında çox fəci bir oyun cərəyan ediyor. Nərədə rusların bir ticarəti xariciyyə təşkilatı varsa, orada para, propağanda və gizli fəaliyyət vardır. Biz, uğursuz bir cərəyanın məmləkətin hər köşəsində emarələrini və əkslərini gördügümüz halda get-gedə təhlükəli olmaya başlayan bir dostluq xatiri üçün, susuyor və susturuyoruz.

 

Halbu ki, onlar susmuyorlar. Bir tərəfdən rus topraqlarında türk münəvvərlərini imha etməkdə davam ediyorlar, digər tərəfdən Türkiyənin türk əmələsini Sovet təşkilatının ən sadik əzası kibi bənimsiyorlar və təhrik ediyorlar.

 

Moskvada 13 kanuni əvvəl (dekabr) 1927-də Buxarin kibi mühüm bir şəxsiyyətin XV komunist konqresi dolayısı ilə söylədigi nitq, bu günkü vəziyyəti anlamaq üçün çox faydalıdır.

 

“Hətta Şərq məmləkətlərində milli hərəkat istiqaməti əmələ sinfi əleyhinə təvəccöh edər, Komunist firqəsinin hürriyyəti təqyid olunur, komunistlər təqib olunursa, o məmləkət bizim nəzərimizdə irticai bir hökumətdir, və Avropanın kapitalist hökumətlərindən fərqi yoxdur”.

 

“Pravda” qəzetəsinin 15 gündən bir intişar edən “Bolşevik” ünvanlı bir əlavəsi vardır. Bu nüsxə, Komunist firqəsinin əzası üçün nəşr olunur. Bu qəzetənin 30 eylül 1927 tarixli nüsxəsində Kitayğorotskinin imzası ilə “Mustafa Kamal Türkiyəsi” ünvanı altında bir məqalə oxumuşduq.

 

“Türkiyə, milli demokrat bir cümhuriyyət degil, burjua, liberal bir cümhuriyyətdir. Köylü bu rejimdən qeyri məmnundur. Əmələnin vəziyyəti isə qeyri qabili təsəvvürdür. O, səfil və pərişandır. Bugünkü Türkiyənin siması zəhmət çəkən xalqın qanlarını əmən haris, qəddar, mürtəce və çıplaq bir burjua hakimiyyətindən ibarətdir”.

 

Dünki “Milliyyət” qəzetəsində isə “Pravda” və “İzvestiya” qəzetələrinin Türkiyə türk əmələsi haqqında yazdıqlarını (“Pravda”nın bu məqaləsi qismi-məxsusimizdə qeyd olunmuşdur) oxudunuz.

 

Demək bolşevik Rusiya, komunistlər əleyhinə hərəkət etdigi üçün Avropanın kapitalist hökumətlərindən bir fərqi olmayan Türkiyə həqqində tədbir almağa məcburdur. Fəqət dünya bilir ki, bolşeviuk Rusiya çarlıq dövrünün son paralarını, son mənbələrini qullanan bir propağanda təşkilatından başqa bir şey degildir. İçəridə qəhrü-cəbr və dışarıda propağanda!

 

Sovet Rusiyasının, türk əmələsi və türk köylüsü üçün ağlaması bihudə degildir. Bozqırlarda yeyəcək ət və ot qalmadı, aclar sürüsünə yeni topraq və yeni süfrə lazım.

 

Bolşevik propağandası taleini bir çox məmləkətlərdə denədi. Bizim bir qism zavallıların qovuşulması lazım bir cənnət deyə təsəvvür etdikləri bolşeviklik aləminə qarşı rusları çox yaxından tanıyan və əsrlərcə onların ruhunu ta içindən görmüş olan bəzi millətlər, nə vəziyyətdə bulunuyorlar, ögrənmək faydasız olmaz. Şimali Litvaniya və Estoniya kibi ufacıq bir taqım millətlər dişlərinə qədər silahlanmış bolşevik hüdutlarında, qızıl təhlükəyə qarşı nöbət bəkliyorlar. Finlandiya başdan-başa silah altındadır. Sovet Rusiyanın qızıl ordularını Lehistanın milli orduları təpələdi və geri çevirdi. Macarıstanda Bela Kun ismində bir sərsəri macar millətinin başında bir Lenin rolu oynamaq istəmişdi. Orada faciə uzun sürfmədi. Vətən məhəbbətini və iradəsini qeyb etmiş olan Macarıstan Bela Kunu maiyyəti və cinayət arkadaşları ilə bərabər rus topraqlarına dəf etdilər.

 

Son dəfə Rusiya Avusturyaya eyni Bela Kunu müsəllət etdi. Yağma və qital peyğəmbərini yaxaladılar və təkrar həmcinsi olan qızıl qardaşların vətəninə göndərdilər. İtaliyada aldatılmış əmələ zümrələri gözəl İtalyayı bir xarabaya çevirəcəklərdi. Təhlükə baş göstərmiş, bu hərəkat qorxunc bir mahiyyət almışdı. Milliyyət-pərvər İtalya, rus emisiası olan bu bolşevik fikirlərini dəmir yumuruğu altında əzdi və İtaliyayı Rusiya kibi bir viranə olmaqdan qurtardı. Bolşeviklik, alın tərilə əkməgini yemək istəyən millətlərin toprağında yer tutmuyor. Bolşevikligi Amerikada arayınız, İngiltərə, İsveç, Norveç, Şimal millətlərinə istiqrar içində namuskaranə bir səyi əməlin gətirdigi əkməyə razı olan millətlərə sorunuz. Bu məmləkətlərdə bolşeviklik yer turtarmı?

 

Çarlar Rusiyası 1876-1877 müharibəsindən sonra Kars qalasını dünyanın ən böyük mühümmat depolarından biri halına qoymuşdu. Hərbi-ümumiyə qədər çarlığın bütün xəzinələri İskəndərin yollarını açacaq bu depoya silah və mühümmat daşıdı.

 

Bolşevik Rusiyada Ağ dəniz sahillərini istiyor və eyni yolu təqib ediyor. Yalnız silahları və mühümmatı başqadır. Şimalda və Qərbdə yapılan təcrübələr nəticə vermədi.

 

Qafqaz ətəklərindən Tuna və Prut boylarına qədər yüzlərcə müharibə meydanında tanıdığımız rus siması qızıl maskanın arxasında duruyor.

 

İçəridə türk qövmlərini parça-parça bölüyorlar. Saysız ismlər bu qorxunc macəranın şahidləridir.

 

Qırğızıstan, Özbəkistan, Başqırdıstan, Tatarıstan, Türkmənistan, Tacikistan, Qazaxıstan, Acaristan, Moğolistan, Azərbaycan, hətta Naxçıvan ətrafında Türkiyə və Əcəmistan kürdlərini ovlamaq üçün mümtaz bir kürd vilayəti, hətta Qarakalpak hökuməti və sairə. Yəni hökmüran olmaq üçün, əzmək üçün, parçalamaq üçün.

 

Bununla iktifa etmiyorlar, türk ləhcələrini mütamadiyən bir-birindən ayırıyorlar, ufaltıyorlar. Moskvanın, Leninqradın Şərq institutları bu işə məmurdur.

 

Müstəşriklər, türk ləhcələrini didikləməklə məşğuldur. Burada elm vəhşi bir siyasətin hizmətinə girmişdir. Yağma, qital və təqsim! Bolşevizmin türklük haqqındakı bilançosu bundan ibarətdir. Fəqət bu kafi degil. Türklügü bir də Türkiyə daxilində boğmaq lazım. Buna kim vasitə ola bilir? Nə qəribdir ki, bizdəki əmələ və köylü üçün göz yaşı tökənlər kapitalistlərlə müzakirə halında bulunuyorlar. Fordun sərmayəsinə əl açtılar. Nəticə haqqında elan, məlumatımız yoxsa da müzakirənin başladığını və davam etdigini biliyoruz. Rusiya ormanlarını alman sərmayəsinə təklif etdilər. Qafqaz mənbələri içində Diterdinğin məruf və zəngin şirkətilə təmas və müzakirə halındadırlar.

 

Türk milliyyətpərvərlərinə diqqətə alınması lazım gələn başqa bir nöqtəyi işarət ediyorum.

 

Sıxı bir mühafizə altında İstanbula iltica etmiş Trotski daxili, xarici bir fəlakət günümüzdə partlıyacaq bir bolşevik hərəkatının baş komandanı olmaya müsaid bir şəxsiyyətdir. Onun çaldığı bütün Avropa qapılarını şiddətlə üzünə qapadılar. Əcəba bizim aramızda dişi və dırnağı sökülmüş, ziyanı toxunmayacaq bir adam kibi otura bilirmi?

 

O halda təkrar soruyorum, qarşımızdakılar kimlərdir?

 

Məmləkətin hərb günlərində topraqlarımız istila altında ikən, məmləkətin bütün dəliqanlıları hərb cəbhələrinə damarlarındakı qanı gətirərkən, vəzifə saatında dövlət büdcəsindən iğfal ilə aldıqları paralarla bolşevik topraqlarına qaçanlar, yəni, əskər və vətən qaçaqları hər qandan ziyadə türk qanına bulaşmış qızıl loğma ilə bəslənənlər.

 

Qarşımızdakılar kimlərdir?

 

Bolşevik qəzetəsinin işarət etdigi kapitalist Türkiyəyi, zəhmətkeşlərin qanını əmən burjuva hökumətini yola gətirməgə məmur edilən kimsələr...

 

Keçənlərdə Moskvada Türkistan komunistlərindən Xıdır Əliyev ismində biri intihar etmişdi. Əl yazısı ilə buraxdığı bir məktub bizə intiharının səbəblərini anlatıyor.

 

“Moskva Türküstana müsəlləh mühacir qrupları sövq ediyor.

 

Bu mühacirlər, türk rəncbərlərin evini, barqını, ərazisini qəsb ediyorlar. Qarşı gələnlər olursa müsəlləh mühacirlər tərəfindən öldürülüyor. Türkistan komunistləri isə bu hərəkət qarşısında acizdir. İləridə bir müharibə çıxarsa Türkistan rəncbərləri sovetlərə əsla müvinət etməyəcəklərdir. Bəlkə əllərində son silahları olaraq qalan sapanları ilə onlara qarşı mücadilə edəcəklərdir.

 

Bən məmləkətimin rəncbərləri içində keçirdigim günlərin verdigi intiba ilə xəstəyəm. İntiharımın səbəbi budur. Başqa bir kimsə ölümümdən məsul degildir”.

 

Türk köylüsünü, böylə bir tale üçün qiyama dəvət ediyorlar!

 

Tarixin bir dövrü yoxdur ki, ismaillilər kibi udduqları bir növi mənəvi xaşxaşla “Cənnətə giriyoruz!” deyə uçurumlara atılanları bizə göstərməsin.

 

Qarşımızdakılar kimlərdir?

 

Bolşevik qapısının müsəccəl kölələri!

 

Bütləri qıranlar bunlardır.

 

Türk Ocaqları Mərkəz Heyəti rəisi: Həmdullah Sübhi

”Odlu-Yurd”, Ağustos 1929, ¹6

 

Xətib - natiq

Nüquf - bilmə, xəbərdar olma

İbtal - ləğv etmə, puç etmə

Təqyid - zəncirləmə, şərt bağlama

Vəcd - cuşa gəlmə, coşma, sevinc

Salik - müəyyən təriqətə inanan

Metruka - yaranma, anadan olma vaxtı sənədindən çıxarış

Harc - kirəc

 

ÜSYANLAR HAQQINDA

 

Xalqdakı səbir və təhəmmül kisəsi daşdı. Başqanın məbədinə kəndilərinə məxsus qanlı ayinlərlə soxulan qızıl imperyalistlərin rus xüsusiyyətindən mülhəm iştirak sisteminin “Köy iqtisadiyyatını kollektivizə” adilə məruf çılqınca tətbiqatı Azərbaycanda və ümumiyyətlə Qafqasiyada qanlı hadisələrlə qarşılandı.

 

Artıq milli bir xalq üsyanı, qanlı bir istixlas hərbi şəklini alan bu hadisələrin bilxassə Azərbaycanda nə kibi məhşər mənzərəsi göstərdigini burada təkrar edəcək degiliz. Qaç nüsxədir “Odlu Yurd” bu “mənzərəyi” bütün böyüklügü ilə təsvir etməkdədir.

 

Bu mənzərə həqiqətən böyükdür, çünkü bir millətin diri bir vücud olduğunu göstərən, onu hər türlü təcrübəyə təhəmmül edər bir heyvan olmadığını isbat edən bir lövhədir. Müqavimət edəməz bir hala gətirildigi zənn olunan xalqın qiyam və üsyanı Kremlin tiranlarının belə təsəvvür etmədikləri bir dərəcəyi bulmuşdur. Moskvadan vaqifanə yazılar yazması ilə məruf “S. Vestnik” müxabirinin söylədiginə görə hadisələri tədqiq üçün Moskvadan Qafqasiyaya göndərilən Molotov, səyahətindən dönüşdə “panik bir surətdə böylə dəlicəsinə bir sovet düşmənliyinin mövcud ola biləcəgini heç bir zaman təsəvvür etməmişdim” diyormuş. Onunca dağlarda üsyan hala davam ediyor, digər səmtlərdə üsyan yoxsa bunu hər halda əhalinin istəmədigi ilə izah etmək doğru olmazmış.

 

Həqiqətən də təsəvvür olunsun: 5-6 aydan bəri məmləkət üsyan halındadır. Dağlar atəşlər içərisində, nəhrlərdə su degil, qan axıyor. Şəhərlər asilər tərəfindən tutuluyor, qızıllar tərəfindən bombardman olunuyor. Əskərlər üzə duruyor, kəndi millətinə qurşun atmam diyor! Tam müharibə! Toplar, metralyozlar, təyyarələr, zirehli qatarlar. Hətta... hətta zəhərli qazlar! Körpülər atılıyor, yollar duruyor. Fabrikalar yandırılıyor, köylər yerlə yeksan oluyor! Miqdarı 10 minə varan asilər! O miqdardan azalmayan tutulanlar, sürülənlər, qurşuna düzülənlər! Başını götürüb gözü gördügü tərəfə qaçanlar da başqa!

 

İştə bütün dəhşətlərilə bir hərb, bir istixlas hərbi, bir millət qiyamı! Məmləkətin düşməndən boşaldılması, milli hakimiyyət və istiqlalın geri alınmasını, mülkiyyət və hürriyyətin köklənməsini Qafqasiyanın qafqasiyalılara qalmasını istəyən bir mücadilə!

 

Bu mücadilənin böyüklügünü onunla ölçəlim ki, sovetlər ona sadə qüvvət və həm də məhəlli qüvvətlə faiq gələmədilər! Hər şeydən əvvəl bu müdhiş qiyam qarşısında Moskva “kollektivizasyon” siyasətinin “qəbahətini” mahallardakı arkadaşların “müvəffəqiyyətdən gicələn” başlarına atdı, elan etdigi proğramı dururdu. Sonra Qafqas ordusu komandanlığında dəgişmələr yapdı. Və Rusiyanın hər tərəfindən Qafqasiyaya yeni, kəndinə sadiq əskər qitələri çəkdi. Başqa çıxarı yoxdu. Yerli əskərlər sözə baxmıyor, azərilər asilərə iltihaq ediyor, ermənilərlə gürcülər dəxi hərəkət etmək istəmiyorlardı. Nasıl istərlər ki, erməni, gürcü partizanları da azərbaycanlılarla omuz-omuza hərb ediyorlardı. Qafqasiya birləşmişdi.

 

Qafqasiyanın istilaçı rus əleyhində birləşməsi - iştə hürriyyət və istiqlalın millətimizə tarixçə vəd olunmuş günü yaxınlaşdıran bir hadisə. Bir hadisə ki, düşmənləri ən həssas nöqtəsindən vuruyor. Bundan bir az əvvəl məruf Kerenski Parisdə nəşr etdigi “Dni” nam məcmuəsində Azərbaycan üsyanlarına aid bir vaqeədən yana-yaxıla bəhs ediyordu. Göyçay hadisəsi əsnasında çekist Martınovun imdadına göndərilən 500 qızıl ordu nəfərindən türk, erməni, gürcü kibi yerlilərin qitələrindən ayrılıb da azərbaycanlı asilərlə birləşmiş və onlarla birlikdə geri qalan 400 rus nəfərini kəsmişlərdi. Bunu yanıqlı bir lisanla qeyd etdikdən sonra, Kerenski qafqasiyalı köylülərə qarşı rus köylüsü göndərən Stalin siyasətini tənqid ediyor, bax bolşeviklər işi nərəyə vardırdılar ki, şimdi “erməni köylüsü belə türk köylüsü ilə birləşərək rus köylüsünü kəsiyor!” - deyə fəryad qoparıyor.

 

Kerenskiyə görə Qafqasiyada Rusiya ilə birlikdə qalmaq istəyən münəvvərlər az degilmiş, yalnız bu münəvvərlərdə xalqda mövcud qüvvətli ayrılma cərəyanına qarşı kürək çəkmək imkanı yox! Köylü qiyamını basdırmaya rus qızıl ordusu köylülərini göndərməklə Stalin Rəsulzadələrin qafqasiyalılara vüqu bulan xitabını qüvvətləndiriyormuş. Bu xitab nəymiş? “Panrusizm təhlükəsinə qarşı birləşiniz!”

 

Rus istilasına qarşı birləşmək. Velikorusları kəndi milli hüdudları daxilində tutmaq! Kerenski buna seperatizm proğramı diyor. Onunca Velikorus deyilən bir mövcud yoxdur. Var olan Rusiyadır. Millətlərin səadəti bu varlığı tanımaqda, onun daxilində qalaraq, bir avtonomiya ilə qənaətlənməkdə imiş.

 

Kerenski rus sosyal-demokratları qədər olsun iləriləmiyor. Onlar heç olmazsa sözdə millətlər üçün istərlərsə Rusiyadan ayrılmaya varıncaya qədər “bir haqq tanıyorlar”. Fəqət bu haqdan istifadə etməməgi onlara tövsiyə ediyor və haqlarını almaq üçün hərbə əcnəbi müdaxiləsinə müraciət taktikini isə qətiyyən təcviz etmiyorlar. Onlarca bolşevizm diktatorluğu tədriclə likvidə edilməlidir. Çünki əksi təqdirdə “ixtilal müktəsəbatının qeyb edilməsi təhlükəsi vardır”. Kerenski II İnternasyonalın bolşevik rejiminə qarşı göstərdigi bu etidalı əsasən rədd etməklə bərabər, bu taktikin milliyyət və Rusiyadan ayrılma hərəkətlərinə aid olan qismindən məmnundur. Çünki istixlası real vasitələrə müraciət etməmək şərtlərinə bağlanan bir haqqı tanımaqla tanımamaq arasında fərq olmadığını bilməz degildir.

 

Fəqət bizim Kerenski zehniyyətində anlıyamadığımız bir nöqtə vardır. Əcəba Qafqasiyayı Sovetlər ittihadı daxilində tutmaq üçün rus mujiklərinin qüvvətinə müraciət edən Stalini tənqid edən bir zati-şərif Rusiyadan başqa məfhum anlamadığı təqdirdə və ayrılma cərəyanının əsasən əleyhində bulunduğu halda, nə zənn ediyor, nərdənsə mövcudiyyətlərini xəbər aldığı və çift bir tək rusofil münəvvər qüvvətləmi istiqlal cüşü xurişda bulunan Qafqasiyayı Rusiya daxilində tutacaqdır? Əcəba bu zehniyyətdə qaldıqca zənn etmiyormu ki, o da Stalin kibi - istər-istəməz - rus köylüsünü Qafqasiya köylüsünə qarşı sövq etmək və Tambovlu anaları gözü ağlar vəziyyətdə buraxmaq zərurətində qalsın?!

 

lll

 

Ermənilərin Azəri türklərlə birlik edib rus istilaçılarına qarşı bərabər hərb etdiklərini Kerenski Təbrizdəki erməni müxabirindən alaraq, yuxarıda qeyd etdigimiz yanıqlı məqaləsini yazmışdı...

 

Bizim bilavasitə aldığımız məlumat dəxi Kerenskiləri güldürdəcək mahiyyətdə degildir.

 

Erməni köylüsünün qonşu türk köylüsü ilə birlikdə Moskva qüvvətinə qarşı mücadilə etdigi olmuş bir işdir. Aldığımız məlumata görə sadə köylülər degil, bilavasitə onların və kütləvi hərəkatın təsirində bulunan Təbrizdəki bəzi erməni mühatilində belə macəra siyasətindən əl çəkərək, dibi yox rus oryantasyonundan göz çevirərək Qafqasiya birliginə və qafqasiyalılarla təşriki mesai siyasətinə təvəssül etmək meyli görülüyor və Qafqasiya konfederasyonu fikrinə qarşı bir əlaqə oyanıyormuş. Hali-hazırda bu təsir altında bulunanlarla Qafqasiya xaricində bəxt arayan rəsmi macəra siyasətinin müməssilləri arasında münaqişələr davam ediyormuş.

 

Fəqət, bu münaqişələrin rəsmi daşnaqsütyun taktiki üzərində çarçabuk bir təsir yapamıyacağını erməni kütləsinin belə rus əleyhdarlığı tərəfinə təvəccöh göstərdigini təəssüflə xəbər verən “Dni” qəzetəsindən ögrəniyoruz. “Erməni mətbuatının istiqlalçı “Promete”yə cavabı” ünvanı altında Kerenskinin qəzetəsi 92 nömrəli nüsxəsində Parisdə intişar edən erməni qəzetəsi “Araç”ın bir məqaləsini iqtibas ediyor. Bu iqtibasa görə daşnaqsütyun firqəsinin orqanı erməni köylüsünün üsyanlardakı iştirakından, erməni xalqında “Dni”nin təbirincə, “Rus əleyhdarı cəbhədə” olduğu mənasını çıxarmanın doğru olmadığına işarət ediyor.

 

Kerenski məmnun! Qafqasiyadakı istiqlalçılıq cərəyanına qarşı zəif də olsa, kürək çəkənlər var.

 

Fəqət bu kürəgin nə qırıq bir kürək olduğunu hadisələrdən anlayanlara sor!...

 

lll

 

Parisdə, Rusiyada milliyyət məsələsi üzərinə cərəyan edən bir münaqişə əsnasında natiqlərdən Fişer Sovetlər ittihadında hali-hazırda 2 inkişafın bərabər getdigini qeyd eyləmişdir. Bu inkişaflardan birisi idari mərkəziyyətdir ki, komunist diktatorluğundan doğar, digəri isə milli kültür istiqlaliyyətçi-ligindən ibarətdir ki, hər gün yeni bir qüvvətlə böyüyən milli hərəkatların mövcudiyyətindən və onların dərinləşməsindən gəlir. Birinci inkişafın qüvvətlənməsi şübhəsiz, ikinci inkişafı sıxışdırıyor ki, bu da rus olmayan milli xalq kütlə-lərində ümumi dövlət mərkəzinə qarşı bir etimadsızlıq və onun yürütdügü milliyyət siyasətinə qarşı bir şübhə doğuruyor.

 

Sovetlər ittihadı seyrinin bu 2 tipik inkişafı hadisəsinə gözəl rəmz təşkil edən bir hadisə keçənlərdə “Odlu Yurd”un da səmimiliginə qeyd olunmuşdu. iki rus tələbə - nə yapacayız biz bu türkcəyi, Bakı Azərbaycan degildir - demiş, qapıları vuraraq imtahan odasını tərk etmişlər, iki türk tələbə də - burası türk məmləkətidir, nədən bizə elmləri türkcə oxutmazlar! - deyə eyni şiddətlə qapıları vurmuş getmişlərdir.

 

Darülfünun idarəsi hər iki tərəfin də milliyyətçilik və şövenliginə hökm edərək fakultələrdən tərdlərinə (qovulmalarına) qərar vermişdir.

 

Bu qərar ilə darülfünun məhkəməsi, bizcə, təbiətin səsini boğmağa yönəldilmişdir. Bakıda intişar edən sovet qəzetələri böylə düşünən tələbələrin hətta bol olduğu, yəni hadisənin tipikligini qeyd ediyorlar.

 

Tələbələrin bu qavğası Fişerin tərif etdigi iki inkişafın zəruri təsadümlərini canlandıran tipik bir hadisədir. Hadisədə bir tərəfin rus, digər tərəfin türk olduğu ona daha canlı və daha ifadəli bir əda veriyor.

 

Diqqətimizi darülfünun sıraları arasında cərəyan edən bu hadisədən sovet rejimi altında yaşayan “ittihadın” bütün xüsusatına çevirirsək görəcəgimiz həyat qavğası səhnələrinin ifadə edəcəkləri məna aydındır. Həyatın hər sahəsində harsi, iqtisadi və siyasi həp bu qapını çırpan iki tələbənin ədaları hakim!

 

Komunizm - rus hakimiyyətinə qarşı milli demokrasi istiqlalçılığı - iştə hadisələrin yeganə mənası!

 

Bu həqiqəti Kerenskilərin isterik avazları təsirindən daha qurtulmayan Parisdəki “Araç” mühərrirlərindən Qarabağ, Gədəbəydə və Naxçıvan və Vedi tərəflərində kəndisilə həmdərd türk köylüsü ilə bərabər bulunan erməni köylüsü qaliba daha ziyadə anlamaqdadır!...

 

lll

 

Komunist diktatorluğu böhranı inkişaf etdikcə - heç şübhəsiz - bu iki inkişaf arasındakı təsadüm həmlələri qüvvətlənəcək və Molotovları panikə düşürən “Qafqasiya üsyanları” gündən-günə artacaqdır və o zaman şimdiki halda dağların xaricində arzularına rəğmən sakin qalan obalar dəxi içərilərindəki qiyam ehtiyacını tət-min edəcəklərdir. Vay düşmənə qarşı o gündən ki dağ ilə oba birləşsin!

 

Bu birləşmənin səadətli zamanını bizə kim xəbər verir?!..

 

Bu mübəşşirin bir şəxs degil, bir ruh və bir psixoloji olduğunu müadənizlə xəbər verəyim. Qafqasiyalıların ümumi düşmənə qarşı, ümumi mücadilələri qüvvətləndikcə siyasi müqəddərat birligindən doğan bir ruhun tərbiyəsilə müştərək düşmənə qarşı müştərək mücadilə qənaəti bütün ağıllarda yer tutacaq və get-gedə bu qənaət hər türlü igfalları yenən bir şüur halına gələcəkdir!

 

Bu xilaskar şüuru tərbiyə - iştə hadisələrin  bizə təlqin etdigi vəzifə!

 

Azəri (M.Ə.Rəsulzadə)

“Odlu-Yurd”, Temmuz (iyul) 1930, ¹18

 

İstixlas - xilas olma, qurtarma

Təcviz - mümkün hesab etmə

Müktəsəb - qazanılan, əldə edilən

Etidal - mötədillik

Cüşü xuriş - qaynama, coşma

Mühatil - əhatə

İğfal - aldatma

Mübəşşir - xəbər verən, muştuluqçu

 

(Ardı var)

525-ci qəzet  2017.- 15 iyul.- S.20-21.