Azərbaycanda gəzən kitabxana

 

NAZİR AZAD RƏHİMOV: “SƏYYAR KİTABXANA” LAYİHƏSİ GƏNCLƏR ARASINDA BÖYÜK MARAĞA SƏBƏB OLUB”

 

2013-cü ildən etibarən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindənSəyyar kitabxanaadlı layihə həyata keçirilir.

 

Layihənin həyata keçirilməsində əsas məqsəd kitabları fərqli şəkildə, fərqli məkanda fərqli formada gənclərə təqdim etməklə, onların mütaliəyə olan marağını artırmaq, çətin əldə olunan, qiymətli kitabları daha asan yolla əldə edib yararlanma imkanı yaratmaq,  əhalinin maariflənməsi işinə dəstək göstərməkdir.

 

BEŞ MİN KİTAB VƏ ON MİN ELEKTRON NƏŞRİ OLAN “SƏYYAR KİTABXANA”

 

Səyyar kitabxanalayihəsi çərçivəsində üstüörtülü, xüsusi yük maşınında səyyar fəaliyyət göstərən kitabxanada beş min kitab on min elektron nəşr var. Kitabxanada oxucuların işini asanlaşdırmaq məqsədi ilə xüsusi proqramda nəşrlərin elektron kataloqu da yerləşdirilib. Səkkiz bölmədə fəaliyyət göstərən kitabxanada dörd (Azərbaycan, rus, ingilis türk) dillərdə nəşrlər mövcuddur. Kitabxana iki ədəd noutbuk, geniş ekranlı televizor, generator, kondisioner sistemi digər texniki vasitələrlə təchiz olunub. Burada müxtəlif yazıçı şairlərin, elm dövlət xadimlərinin, jurnalistlərin, siyasi icmalçıların əsərləri, bədii ədəbiyyat, tarix, elm texnika, təhsil, mədəniyyət, idman, siyasət, iqtisadiyyat, uşaq ədəbiyyatı digər mövzularda kitablar elektron vəsaitlər oxucuların ixtiyarına verilib. Təhsil bölməsində isə uşaqlar, şagirdlər, orta ixtisas ali məktəblərin tələbələri üçün dərsliklər test imtahanlarına aid kitablar da var. 

 

23 RAYON VƏ ŞƏHƏRDƏN MİNLƏRLƏ OXUCU

 

Layihə bu illər ərzində Mingəçevir, Lənkəran, Şəki, Şirvan, Quba, Astara, Bərdə, Qazax, Tovuz, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay, Cəlilabad, Biləsuvar, Qusar, Xaçmaz, Gədəbəy, Qəbələ, İsmayıllı, Naftalan rayon şəhərlərində uğurla reallaşdırılıb, minlərlə oxucunu əhatə edib. 2016-cı ildə isə kitabxana “2016-cı il Avropa Gənclər paytaxtıçərçivəsində Gəncə şəhərində Şəmkir Gənclər Paytaxtı 2016” çərçivəsində Şəmkir şəhərində 3 ay müddətinə oxucuların istifadəsində olub. Kitabxanaya müraciət edənlərin çoxu isə daha çox bədii ədəbiyyat, dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə edilən kitabları oxumağa üstünlük verib.

 

GƏNCLƏR DETEKTİV JANRDA YAZILMIŞ ƏSƏRLƏRİ ÇOX OXUYUR

 

Gənclər idman naziri Azad Rəhimov deyir ki, “Səyyar kitabxanalayihəsi prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilənAzərbaycan gəncliyi 2011-2015-ci illərdəDövlət Proqramının müvafiq bəndinə əsasən 2013-cü ildən uğurla reallaşdırılır: “Səyyar kitabxanalayihəsinin açılışı 2013-cü ildə baş tutub. Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Kitabxana ilə yaxından tanış olan L.Əliyeva layihəyə uğurlar arzulayıb. Elə həmin ildən kitabxana fəaliyyətini uğurla davam etdirir. Bu layihə bir il müddətinə planlaşdırılsa da sonradan ictimai marağı, minlərlə oxucu kütləsini nəzərə alıb vaxtı uzatdıq. Artıq 5 ildir ki, layihə uğurla həyata keçirilir. Səyyar kitabxanabugünədək getdiyi bütün rayon mərkəzlərində çox böyük maraqla qarşılanıb. Bizdə olan təhlillərə əsasən, artıq səyyar kitabxana ilə bağlı 15 minə qədər müraciət var. Müraciətlər ingilis, rus Azərbaycan dillərində olan kitablarla bağlıdı. Maraqlı məqamlardan biri odur ki, regionlarda rus dilindəki kitablar üçün müraciətlər olur. Rus dilində olan ədəbiyyata maraq var.  Gənclərimiz detektiv janrda yazılmış əsərləri çox oxuyurlar. Bununla yanaşı, klassikaya da yetərincə maraq var”.

 

ABİTURYENTLƏR ÜÇÜN PULSUZ DƏRSLİKLƏR

 

A.Rəhimov qeyd edib ki, hazırda səyyar kitabxanada 5 minə yaxın kitab var. Hər bir oxucuSəyyar Kitabxanaavtomobilinə yaxınlaşaraq öz şəxsiyyət vəsiqəsini təqdim etməklə, burada olan hər hansı bir kitabı 10 gün müddətinə götürə bilər. Təyin olunan müddət ərzində şəxs kitabı təhvil verə bilmirsə, məsələn, nəşr cırılıb ya itibsə, o zaman onu cərimə gözləyir: “Kitabxanada 10 minə yaxın kitabın elektron versiyası da var. OxucularSəyyar kitabxana”nın elektron fondundan isə yaddaş kartı vasitəsilə yararlana bilərlər. Onlar oxumaq istədikləri hər hansı bir kitabı yaddaş kartına yazdıraraq, özü ilə götürə bilər.  Kitabxanada həmçinin, dərsliklər var. Ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər səyyar kitabxanadan orta məktəb dərsliklərini əldə edə (surəti çıxarılmaqla) bilərlər. Bəziləri üçün dərsliyi almaq çətin olur. Kitabxana pulsuz olaraq bu vəsaitləri abituriyentlərə təqdim edir”.

 

KİTABXANADAN MƏHDUD FİZİKİ İMKANLI İNSANLARIN İSTİFADƏ EDƏ BİLMƏSİNƏ ŞƏRAİT YARADILIB

 

Gənclər idman naziri vurğulayıb ki, kitabxanadan məhdud fiziki imkanlı insanların istifadə edə bilməsi nəzərə alınıb: “”Səyyar kitabxanaGəncə şəhərində olan zaman Məhdud Fiziki İmkanlı İnsanlar üçün Gəncə Regional İnformasiya Mərkəzi tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü ilə çap edilərək göndərilmiş audio brayl əlifbası ilə kitablar məhdud fiziki imkanlı insanlara təqdim olunub. Məlumat üçün bildirim ki, zənginləşdirilmiş kitab fonduna yenilənmiş elektron kitab bazasına malik olanSəyyar kitabxanaGəncədə olan zaman şəhərin digər yerləri ilə yanaşı, 10 gün müddətində Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrinə xidmət göstərib. Universitetin tələbələrinin böyük əksəriyyətiSəyyar kitabxana orada yaradılan şəraitlə tanış olub, mini kitabxanadakı kitablar haqqında məlumat əldə edib, maraqlı bildikləri kitabları bir neçə günlüyə oxumaq üçün götürüblər”.

 

“SƏYYAR KİTABXANA” BALAKƏNDƏ

 

A.Rəhimovun sözlərinə görə, hazırdaSəyyar kitabxanailə bağlı yeni layihə hazırlanır. Yeni layihəyə əsasən, oxucu səyyar kitabxanaya gəlmədən həmin kitabları xüsusi rabitə vasitəsilə öz evində oxuya biləcək: “Qeyd edim ki, 2012-ci ildən etibarən hər il Gənclər İdman Nazirliyi tərəfindən ölkənin bir rayon ya şəhəri AzərbaycanınGənclər Paytaxtıelan edilir. “Gənclər paytaxtı” internet səsverməsi nəticəsində seçilir. Bu ilinGənclər Paytaxtı” müəyyən etmək üçün 25 yanvardan start götürmüş müsabiqə 31 yanvarda sona çatıb. Bir həftə davam edən səsvermə nəticəsində Balakən rayonu 24 şəhər rayon arasında liderlik mövqeyi nümayiş etdirib, 37.4 faiz səs toplayaraqGənclər Paytaxtı 2017” adına layiq görülüb. Bu il Balakən rayonunun Azərbaycanın gənclər paytaxtı elan olunduğuna görə, ilk olaraq səyyar kitabxana da həmin rayona göndərilib. Səyyar kitabxanaAzərbaycan Gənclər Paytaxtı 2017 Balakən rayonunda zənginləşdirilmiş kitab fondu, həmçinin yenilənmiş elektron kitab bazası ilə birgə fəaliyyət göstərəcək. Balakən rayonuna səfər bitdikdən sonra kitabxananın növbəti dayanacağı Zaqatala rayonu olacaq. Əminəm ki, Zaqatalada da yaşayan gənclər, tələbələr layihədən geniş şəkildə faydalana biləcəklər. Son 5-6 ildə səyyar kitabxana bir çox regionlarda olub. Səyyar kitabxana hər rayonda 15-16 gün fəaliyyət göstərir. İnsanların maraq tələbatını nəzərə alaraq bəzi hallarda rayonun böyük kəndlərində olur.  Kitabsevərlər bu kitabxananın üstünlüklərini kitabların çeşidinin çox olmasında, ən önəmlisi isə rayon kitabxanalarında tapılmayan kitabların burada əlçatan olmasında görürlər”.

 

KİTABXANADAN GƏNCLƏRƏ KİTAB HƏDİYYƏ

 

Nazirin dediyinə görə, rəhbərlik etdiyi nazirlik tərəfindən nəşriyyatlara müraciət edilib: “Elə gənclərimiz var ki, kitab oxumağa böyük marağı var. Ancaq kitab almağa maddi imkanı yoxdur. Mütəmadi olaraq kitabxanalara da gedə bilmirlər. Bunu nəzərə alaraq Gənclər və İdman Nazirliyi nəşriyyatlara müraciət edib. Biz istəyirik ki, səyyar kitabxanalara verilən kitabları gənclərə hədiyyə edə bilək. Yəni, gənclər kitabları alıb oxuyub qaytarmasınlar, həm də özlərində saxlaya bilsinlər. Bir sözlə kitab sevərlərə sevdikləri kitabı hədiyyə edək”.

 

UĞURLU LAYİHƏ

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin direktoru İlkin Mustafayev deyir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ölkənin 96 dövlət və özəl ali məktəbinin Tələbə Gənclər Təşkilatını özündə birləşdirən bir təşkilatdır. Bu ali təhsil müəssisələri sırasına həm paytaxt, həm də regionların universitetləri aiddir. İttifaq bu günədək bir çox uğurlu layihələrə imza atıb. O layihələrdən biri də “Səyyar kitabxana” layihəsidir. Layihənin icrasına başlanan ilk gündən Gənclər və İdman Nazirliyi İttifaqa dəstək verir. “Səyyar kitabxana” layihəsinin ən başlıca məqsədi gənclərin elektron qiraətə marağını artırmaq, bölgələrdə oxucu kütləsini maarifləndirmək, onlara yeni nəşr olunmuş ədəbiyyatımızla, Azərbaycan, eyni zamanda dünya miqyasında tanınmış klassiklərin əsərləri ilə tanış olmağa şərait yaratmaqdır”.

 

İ.Mustafayevin sözlərinə görə, “Səyyar kitabxanada 2013-cü ildə 16741 nəfər, 2014-cü ildə 18977 nəfər, 2016-cı ildə isə 17339 kitab oxunub: “Rəqəmlər onu deməyə əsas verir ki, gənclərin mütaliəyə marağı artıb. Onlar kitab oxumağa maraq göstərir. Düşünürəm ki, belə layihələr gənclərin kitaba, mütaliəyə marağını daha da artırır. Kitabsevərlərə pulsuz xidmət göstərən “Səyyar kitabxana” artıq 5 ildir ki, fəaliyyətini uğurla davam etdirir. Kitabxana demək olar ki, Azərbaycanın əksər bölgələrində olub. Xidmət göstərdiyi bütün şəhər və rayonlarda da gənclər tərəfindən böyük maraqla qarşılanıb. Sevindirici məqam odur ki, ölkənin müxtəlif bölgələrində olan gənclərin kitaba, eləcə də elektron qiraətə marağı artır. Bunu nəzərə alaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Səyyar kitabxana”nın fəaliyyətini da genişləndirmək niyyətindədir. Önümüzdəki illərdə kitabxananın Azərbaycanın digər rayonlarına da səfəri nəzərdə tutulub”.

 

S.QARAYEVA

525-ci qəzet  2017.- 15 iyul.- S.14.