Kannda Azərbaycan mədəniyyəti
günlərinin açılışı oldu
TƏDBİRLƏR
SİLSİLƏSİ HEYDƏR ƏLİYEV FONDUNUN
TƏŞKİLATÇILIĞI İLƏ HƏYATA
KEÇİRİLİB
İyulun 13-də Fransanın Kann şəhərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günləri başlayıb.
Mədəniyyət günləri çərçivəsində Kannın “Gare Maritime” sərgi pavilyonunun binasında “Toğrul Nərimanbəyov: rənglər
melodiyası” sərgisinin
açılış mərasimi
keçirilib.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin
köməkçisi, Heydər
Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov çıxış edərək,
Fond tərəfindən müxtəlif
ölkələrdə təşkil
olunan və Azərbaycanın tərənnümünə
yönələn bu cür layihələrin ölkəmizin tarixi və mədəniyyətinin
tanıdılması, Azərbaycan
haqqında həqiqətlərin
dünyaya çatdırılması
baxımından əhəmiyyət
daşıdığını bildirib.
Azərbaycan təsviri incəsənətində
böyük rol oynamış Toğrul Nərimanbəyovun yaradıcılığından
söz açan Anar Ələkbərov bu layihənin ərsəyə gəlməsində
əməyi olan hər kəsə, o cümlədən, Kann şəhərinin meriyasına
təşəkkür edib.
Bildirib ki, sərgi çərçivəsində,
həmçinin Heydər
Əliyev Fondunun T.Nərimanbəyovun həyat
və yaradıcılığı
haqqında kitabı təqdim olunur. Bu kitabda rəssamın Azərbaycanda və xarici muzeylərdə saxlanılan, hətta şəxsi arxivindəki
nadir əsərləri barədə
məlumatlar yer alıb.
Anar Ələkbərov
Toğrul Nərimanbəyovun
həm də vokal ifaçısı olduğunu diqqətə çatdıraraq, sərginin
video bölməsində rəssamın
yaradıcılığı haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış
filmlərin nümayişinin
onu daha yaxından tanımağa imkan verdiyini vurğulayıb.
Kann şəhəri merinin müavini Frank Şıkli
çıxış edərək
Azərbaycan mədəniyyəti
günlərinin burada
təşkil edilməsinin
ənənəyə çevrildiyini
deyib. O, Azərbaycanın
və Kann şəhərinin mədəniyyətə
böyük önəm
verdiyini söyləyib.
F.Şıkli Qəbələ və Kann arasında
imzalanan əməkdaşlıq
və dostluq xartiyasını xatırladaraq,
iki şəhər arasında əlaqələrin
iqtisadiyyat, idman və təhsil sahələrini əhatə
etdiyini diqqətə çatdırıb. Eyni zamanda,
gələcəkdə turizm
vasitəsilə mədəniyyətlərin
qarşılıqlı təşviq
ediləcəyini bildirib.
F.Şıkli qeyd edib ki,
sərgidə nümayiş
olunan əsərlər
Kann sakinlərinə və turistlərinə Azərbaycanın folklorunu,
mədəniyyətini daha
yaxından tanımağa
imkan verəcək.
“Toğrul Nərimanbəyov:
rənglər melodiyası”
sərgisi Kann sakinləri və turistlər üçün
avqustun 1-dək açıq
olacaq. Sərgidə rəssamın 30-dan çox əsəri təqdim edilir.
Kiçik kinoteatr zonasında
görkəmli rəssamın
həyat və yaradıcılığı haqqında
videomateriallarla tanış olmaq mümkündür. Eləcə də
sərgi zalı ərazisində milli üslubda zona yaradılıb. Burada ziyarətçilərə
Heydər Əliyev Fondunun Azərbaycan və Toğrul Nərimanbəyov haqqında
nəşrləri təqdim
olunur.
Azərbaycan mədəniyyəti günləri
çərçivəsində iyulun 13-də konsert proqramı da təqdim edilib.
Konsertdən əvvəl Anar Ələkbərov çıxış
edərək, tədbir
iştirakçılarına Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın xoş arzularını çatdırıb.
Bildirib ki, Kannda beş
ildir təşkil olunan Azərbaycan mədəniyyəti günləri
şəhər sakinlərinə,
eləcə də yüzlərlə turistə
ölkəmizin mədəniyyəti,
incəsənəti, musiqisi,
tarixi keçmişi və bu günü
ilə tanış olmağa imkan yaradır. Anar Ələkbərov xalqımızın
ənənələrini, kökünü
və tarixini qoruyub saxlayaraq dünya mədəni müxtəlifliyinə böyük
hörmətlə yanaşdığını,
Heydər Əliyev Fondunun mədəni müxtəliflik, tolerantlıq
və qarşılıqlı
hörmət prinsiplərinə
əsaslanaraq xalqlararası
əlaqələrin möhkəmlənməsinə,
mədəniyyətlərarası dialoqun genişləndirilməsinə
xidmət edən layihələr həyata keçirdiyini diqqətə
çatdırıb. Fondun
Fransada həyata keçirdiyi layihələrin
Azərbaycan reallıqlarını
yerli ictimaiyyətə
çatdırdığını və çox böyük maraqla qarşılandığını vurğulayan A.Ələkbərov
qeyd edib ki, Fransanın 20-dən çox şəhərində
təşkil olunmuş
Azərbaycan mədəniyyəti
günləri ölkələrimizi,
xalqlarımızı daha
dərindən, daha dolğun tanımağa, eləcə də humanitar sahədə əlaqələrin inkişafı
üçün yeni imkanlar açır.
Keçən il Nitsa şəhərində çoxlu
sayda insanın həlak olması ilə nəticələnən
dəhşətli terror aktını
xatırladan A.Ələkbərov
ölkəmizin Ermənistanın
hərbi təcavüzünə
məruz qaldığını
və ərazilərimizin
20 faizinin işğal
edildiyini, zəbt olunmuş bu ərazilərdə etnik təmizləmə aparıldığını,
bir milyondan çox azərbaycanlının
qaçqın və məcburi köçkünə
çevrildiyini bildirib.
Heydər Əliyev Fondunun icraçı direktoru 14 İyul - Fransanın Milli Bayramı münasibətilə fransız
xalqını təbrik
edib, onlara sülh və əmin-amanlıq arzulayıb.
Sonra Fransada Azərbaycanın Dostları
Assosiasiyasının sədri
Jan-Fransua Mansel çıxış edərək,
ölkəmizdə təşkil
olunan beynəlxalq tədbirlərin yüksək
səviyyədə keçirilməsindən
danışıb. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin törətdiyi
təxribat nəticəsində
kiçik Zəhranın
həlak olması ilə bağlı Fransa Prezidentinə müraciət etdiklərini,
onu sülhün bərqərar olması istiqamətində səylərini
səfərbər etməyə
çağırdıqlarını xatırladıb.
J.Mansel qarşıdan
gələn 2018-ci ilin
Azərbaycan üçün
çox əlamətdar
olacağını, müsəlman
Şərqində ilk demokratik
dövlətin - Azərbaycan
Xalq Cümhuriyyətinin
yaradılmasının 100 illiyinin
qeyd ediləcəyini tədbir iştirakçılarının
diqqətinə çatdırıb.
“Biz Azərbaycanın Kannda olması ilə fəxr edirik, Azərbaycan da Kannda olması ilə fəxr edir”, - deyən Kann şəhəri merinin müavini Frank Şıkli ölkələrimizin
əlaqələrinin daha
da möhkəmlənməsində
insanlar arasındakı
münasibətlərin böyük
rol oynadığını
bildirib. O, Kann şəhərinin Azərbaycana
xüsusi hədiyyəsi
olduğunu bildirərək,
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın fransız rəssam Olivier Domin tərəfindən çəkilmiş portretini
Anar Ələkbərova
təqdim edib.
Daha sonra tədbir Azərbaycan musiqiçilərinin konsert
proqramı ilə davam edib.
Qonaqlar, həmçinin
Kannda ənənəvi
olaraq keçirilən
pirotexnika festivalı çərçivəsində təşkil olunan atəşfəşanlığı izləyiblər.
Mədəniyyət günləri müddətində
həm də Kannın məşhur Kruazett bulvarı boyunca əsl Azərbaycan ab-havası yaşanır. Belə ki, bu günlərdə Kann şəhəri və bulvar ərazisi Azərbaycanın tanıtım
baner və posterləri ilə bəzədilir.
525-ci qəzet.-2017.-15
iyul.-S.13.