Yaddaşlardakı Adil Mirseyid: İnsan, Şair, Rəssam...

2014-cü ildən bəri iyulun 17-si ədəbi mühitimizdə hafizələrə mərhum şair, rəssam, esseist və tərcüməçi Adil Mirseyidin anım günü kimi həkk olunub.

Sənətkarın yoxluğuna alışmaqda hələ də çətinlik çəkən dostları, qələm yoldaşları bu gün onu böyük ehtiramla yad edirlər...

Ədəbiyyatşünas Cavanşir Yusifli:

"Adil Mirseyid və xatirələr... Adama qəribə gəlir. Ona görə yox ki, bu dünyadan köçməyinə inanmaq çətindi. Çətin deyil, bir gün gələn, bir gün də gedir. Ancaq o, sırf ədəbiyyat adamı, şair idi, üstəlik də rəssam. Akvareldən boy göstərən, misra və deyimlərlə yaşayan, nəfəs alan, ancaq həyatda tez-tez büdrəyən (şeirlərinin birində belə bir obraz də vardı: burxulan, büdrəyən, burula-burula axan çay...), biclik bilməyən, "biclikləri" çox gülməli olan bir adam təsəvvür  edin.

Göy dəryadan çıxan atlar

qanad açdı uzaqlara,

uzaqlarda qeyb oldu,

sən ağatlı oğlansan

bu atların içində mənim də bir atım var,

hansı at qürbətə aparar adamı,

                 hansı at göyüzünə.

dağ başını aldı duman,

qafam qızdı oynadı qan,

bu atların içində

Dürat hansı,

Qırat hansı,

Əcəl hansı,

Həyat hansı...

Baxın, Adil burdadı. Barmağını qoyursan, yoxa çıxır. Onun bütün ömrü bu  kimi vernisajların içindəydi. Bu şeir konkret olaraq "İbrahim Əhrarinin vernisajı" olsa da, əslində bu həyatı bir dəfə yaşamış adamın nağılına bənzəyir. Belə bir duyğu, hissiyyat... onun obraz və metaforalarının daim rəngdən-rəngə düşməsini, dəyişməsini şərtləndirirdi. Tablolarındakı (xüsusən mənzərələrdə-!) rənglərə baxın, ağacların gövdəsini bürüyən su, əslində dağların o tayında bitən güllərin, çiçəklərin yuxusuydu və şairin bilmədikləriydi. Bu dünyada hər bir gözəl şeirdə, bədii mətndə şairin bilmədikləri daha çox olur, nəinki bildikləri.  Nisbət dəyişdikcə sən də doğulur, boy atır, ölür, boğulur və əzab çəkirsən. İztirab... Yəni, şeirin içindəki hissiyyatın "akvarel qırışlarına", rəng qırçınlarına bu şəkildə hopması taleyin, qədərin acısına, insan faciələrinə işarə idi. Adil faciələri yazırdı. Ona görə şeirlərindəki balıqların mədəsində yuvalanan "ölüm sancısı" mətndən-mətnə keçdikcə kəskinləşir, dözülməz olurdu.

"Poetik əhval" deyilən bir ifadə var. Məncə, bu əhval onu heç zaman tərk etmədi, şeir yazanda da, yazmayanda da. Ancaq başqa cəhətlər də vardı. Oxuduğu nəsr əsərlərini onun qədər şirin danışan ikinci adama rastlamadım.

Adil küsəyən idi. Və onun küsməklərinin bir səbəbi olmurdu. Məndən də küsmüşdü. O, bəlkə bizdən yox, öz taleyindən küsürdü və tam haqlıydı. Ona görə ki, biz yaşayırıq, o yoxdu artıq".

Şair Rəfail Tağızadə:

"Adil Mirseyid ədəbiyyata, poeziyaya, incəsənətə, mədəniyyətə çox həssas idi. Sözə son dərəcə böyük önəm verirdi. Şeirdə, yazıda artıq bir sözün getməsinə, təkrarlanmasına imkan verməzdi. Dostun uğuruna özününkü qədər sevinərdi. Qələbəlikdən qaçan, adamlardan çox ağaclarla, quşlarla, dənizlə və bir də içindəki məniylə danışmağı, tənhalığı sevən Adil Mirseyid bütün bu fərqlilikləri ilə gözəl idi. Pisliyin nə olduğunu bilməzdi. Xoşlamadığı, sevmədiyi adam yanından görməməzlikdən keçərdi. Adil onu ağrıdan nələr vardısa hamısını mənimlə bölüşərdi. Təzə yazdığı şeirini sevə-sevə oxuyardı. Dostları şeirini dinləyib fikrini bildirərdi. Adil Mirseyid kimi adamları başa düşmək lazımdır. Belə adamlar əsrdə bir dəfə gələr, ya gəlməz. Cəmiyyət, toplum, yaradıcı insanlardan tutmuş məmurlara kimi hamı onları qorumalıdır. Bu gün üçün, sabah üçün. Ölkə üçün... Çox təəssüf ki, bizdə belə deyil. Biz dəyərlərin itdiyi bir cəmiyyətdə yaşayırıq. Adil öz işi üçün kiməsə ağız açmazdı. Kiminçünsə gedərdi. Hətta iş üçün bir yerə getdikdə bütün ideyalarını elə birinci görüşdən verərdi. Onlar da onun ideyalarını mənimsəyib, özünü gözlədib, unudardılar... Bunların hamısı Adil Mirseyidin saflığından, təmizliyindən irəli gəlirdi. Adil istəsə belə, kimisə aldada bilməzdi. Çünki içində o yox idi. Hamını özü kimi bilirdi. Qəbul edirdi. Ona görə də tez küsürdü. Adillə uzun illərin dostuyduq. Təxminən hər gün görüşürdük. Amma bir dəfə də incikliyimiz olmadı. Çünki mən Adil özü qədər tanıyırdım. Mən Adili hər gün xatırlayıram. Çünki hara gedirəmsə, orda Adillə bağlı bir xatirə var.

Bizim Adillə həftədə bir dəfə Tarqovıdan keçməyimiz vardı. Mən Adildən sonra çayxanaya getmirəm. Adilsiz çayxanaların da ləzzəti qaçıb. Artıq oralardan qumru quşları da qeyd olub. Adil qumru quşlarını çox sevərdi. Elə mən də. Adil qeyri-adi güclü yaddaşa malik idi. Kimdən desən, onun haqqında danışa bilirdi. Adil Mirseyiddən keçmişdə danışmaq olmur. O, gələcək zamanın şairidir. Bu cür insanlar zamandan çox qabaqdadırlar, ona görə də zamanında onlar başa düşülmürlər. Bütün dahilər kimi Adil Mirseyid də özündən sonra öyrəniləcək. O, poeziyanın, incəsənətin, dünya ədəbiyyatının gözəl bilicisi idi. Adil əsl esseist idi. Çox təəssüf ki, Adil bildiyinin, yazmaq istədiklərinin, çəkmək istədiyi rəsmlərin az bir qismini reallaşdıra bildi. İmkan olsaydı Adil çox şeylər eləyərdi. Yaradardı. Adil qoyub getdiklərindən qat-qat çoxlarını özüylə apardı. Bu da bir taledi. Təəssüf. Çox təəssüf... Fikrimi Adil Mirseyid haqqında yazdığım bir yazının son cümlələri ilə bitirmək istəyirəm: "Azərbaycan şeirində xırda hərflərlə başlanan, nöqtəsiz, vergülsüz; içərisində rəssamlıq, müxtəlif ədəbi cərəyanların elementlərini, xarici dillərdə olan sitatları görəndə, avanqard poeziyadan söhbət gedəndə mütləq və mütləq Adil Mirseyid xatırlanacaq. Yada salınacaq. Anılacaq. Daha yaşamaq necə olur..."

Şair və alim Elçin İsgəndərzadə:

"Adil Mirseyidlə 25 illik dostluğumuz vardı. O dövrdə hər kəsin beyninə, qəlbinə hopmuş Bəxtiyar Vahabzadə, Zeynal Məmmədov, Xudu Məmmədov, Nurəddin Rzayev, Şahmar Ələkbərzadə dostluğu məşhur idi. Bu dostluqlar bütün məqamlarda sınaqdan çıxmış, hər zaman öz gücünü, qüvvətini qoruyub saxlamağı bacarmışdı. Bir dəfə Adillə söhbətimiz zamanı onların adını çəkdim və dedim ki, Adil, bizim dostluğumuz onların dostluğunu kölgədə qoyacaq, deyəsən. O isə gülümsəyib dedi ki, adını çəkdiyin insanlar dostdurlar, biz isə səninlə qardaşıq. 25 illik dostluğumuzun 24 ilini biz onunla hər zaman qardaş olduq. Mənim adıma imzaladığı bütün kitablarında, tablolarında da bu cür qeyd edərdi. Biz onunla uzun illər Azərbaycan ədəbiyyatına, incəsənətinə çiyin-çiyinə xidmət etmişik. Hərdən bu cür doğmalığımızı, yaxınlığımızı xatırlayanda düşünürəm ki, bunun əsasında bizim onunla həyata, insanlara, dünyaya, incəsənətə, sözə tamamilə eyni baxışlarımızın olması durur. Adil Mirseyid çoxlu şeirlər, poemalar, esselər müəllifidir. Ancaq tək bircə monoqrafiya yazıb. "Hardan baxsan görünən adam" adlanan bu monoqrafiyanı o, mənə həsr edib. Bu mənada da mən özümü şanslı hesab edə bilərəm. Mən də ona iki poema və ondan çox şeir həsr etmişəm. Bir çox kitablarının ön söz müəllifiyəm.

Adil Mirseyid zamanın üstünə çıxıb zamana, dünyaya oradan boylanan sənətkar idi".

Şahanə MÜŞFİQ

Ədəbiyyat

Oxunub: 88 dəfə

                       Facebook    Twitter    MySpace    Google a - A +

18.07.17   16:09

Yaddaşlardakı Adil Mirseyid: İnsan, Şair, Rəssam...<b style="color:red"></b>

525-ci qəzet.-2017.-18 iyul.-S.7.