Azərbaycanın Dostları Assosiasiyası Parisdə bayram konserti keçirdi

 

Parisdə fəaliyyət göstərən Azərbaycanın Dostları Assosiasiyası (ADA) Fransa Respublikasının Milli Bayramı münasibətilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində klassik musiqi gecəsi təşkil edib.

 

Azərbaycanın Dostları Assosiasiyasından AZƏRTAC-a bildiriblər ki, gecəni assosiasiyanın baş katibi Mirvari Fətəliyeva açaraq qonaqları salamlayıb, assosiasiyanın ənənəvi olaraq təşkil etdiyi tədbir barəsində ifaçılar haqqında məlumat verib.

 

Səfirliyin siyasi məsələlər üzrə müşaviri müvəqqəti işlər vəkili Nigar Hüseynova çıxışında Fransa üçün böyük əhəmiyyət kəsb edən azadlıq, bərabərlik qardaşlıq kimi mənəvi dəyərlərin Azərbaycan xalqına da xas olunduğunu vurğulayıb. O, Fransanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra Fransa ilə intensiv əlaqələrin inkişaf etdiyini bildirib. O, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd olunduğunu vurğulayıb.

 

Xalqlarımızın yaxınlaşmasında Azərbaycanın Dostları Assosiasiyasının oynadığı mühüm roldan danışan Nigar Hüseynova 1998-ci ildə Fransanın Azərbaycandakı keçmiş ilk səfiri Jan Peren tərəfindən yaradılmış 4 il əvvəl Jan Fransua Mansel tərəfindən yenidən canlandırılmış bu assosiasiyanın Azərbaycan-Fransa dostluğunun carçısına çevrildiyini söyləyib. Bir il əvvəl Nitsa şəhərində baş vermiş dəhşətli terror aktının ildönümünün qeyd edildiyini deyən müvəqqəti işlər vəkili Azərbaycanın həmişə Fransa xalqına bu cür çətin sınaqlar zamanı dəstək olduğunu bildirib.

 

Sonra Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel çıxış edərək Azərbaycan haqqında ölkəmizin Fransa ilə siyasi mədəni iqtisadi münasibətləri barədə məlumat verib. O, assosiasiyanın fəaliyyətindən gələcək layihələrindən bəhs edib. Jan-Fransua Mansel ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirilməsindən söz açıb. İyulun 4-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində balaca Zəhranın həlak olması ilə bağlı Fransa Prezidentinə müraciət etdiklərini, onu sülhün bərqərar olması istiqamətində səylərini səfərbər etməyə çağırdıqlarını xatırladıb.

 

J.Mansel qarşıdan gələn 2018-ci ilin Azərbaycan üçün çox əlamətdar olacağını, müsəlman Şərqində ilk demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının qadınlara səs hüququnun verilməsinin 100 illiyinin bir sıra silsilə tədbirlərlə qeyd ediləcəyini iştirakçıların diqqətinə çatdırıb.

 

Sonra Azərbaycan Milli Opera Balet Teatrının klassik musiqi ifaçısı, Xalq Artisti Fidan Hacıyevanın istedadlı pianoçu Zülfiyyə Sadıqovanın iştirakı ilə konsert proqramı təqdim olunub. Konsert proqramına məşhur Azərbaycan Avropa bəstəkarlarının klassik musiqisindən ibarət seçmə nümunələr daxil edilib.

 

Gecədə Azərbaycanın Dostları Təşkilatının fəxri üzvləri, Fransa Senatının nümayəndələri siyasi ictimai simalar, həmçinin mədəniyyət xadimləri iştirak ediblər.

 

Sonda Eyfel qülləsinin yanında yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin binasından Fransanın Milli Bayramı - 14 iyul münasibətilə təşkil edilən bayram atəşfəşanlıq olub.

 

525-ci qəzet.-2017.-18 iyul.-S.8.