"İLESAM" dərgisinin yeni sayı Əhməd Yəsəviyə həsr edildi

 

LESAM Elm və Ədəbiyyat dərgisi"nin yeni sayı işıq üzü görüb.

 

Dərginin bu sayı XII əsrin məşhur mütəfəkkir-şairi, ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarından Əhməd Yəsəviyə həsr olunub.

 

"Türkün hocası Əhməd Yəsəvi" xüsusi rubrikasında Mehmet Nuri Parmaksız "Əhməd Yəsəvini anlamaq", Mustafa Sevər "Yəsəvi müsəlmanlığı", Nurullah Çetin "Əhməd Yəsəvidə saxta şeyx hoca tənqidi", Nevzat Özkan "Yolları birləşdirən adam" yazıları ilə mütəfəkkiri yad ediblər. Bu bölmədə, həmçinin, Duralı Yılmazın "Hamımız Əhməd Yəsəvinin cübbəsindən çıxdıq", Aysun Sungurhanın "Pir-i Türküstan Əhməd Yəsəvi", Hayati Bice "Yəsəvinin "Könül mülkü" məqalələri yer alıb.

 

"Şeir" bölməsində Vahdettin Oktay Beyazlı, Serpil Öztürk Özküçük, Mehmet Ali Kalkan, Bilal Dilsiz, Hanlar Koca, Zeki Çelik, Zeki Dağlı, Saim Yaylagül şeirləri ilə çıxış ediblər. M.Rıza Qoçinin tərcüməsində Damat Salmanoğlunun şeiri dərginin bu sayındadır. Həmçinin, İsmət Bora Binatlı, Özan Gülay Atacanın şeirləri dərginin bu bölməsindədir.

 

"Məqalə" bölməsində Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin "Gələcəyə baxış: ictimai şüurun modernləşməsi", Ramazan Durmazın "Təhsil, elm türkcə bilinci, ya da manqurtlaşma", Hüseyn Yeniçerinin "Türk milli kültürü türkcə", Mehmet Tekinin "Sənaye inqilabı endustriya 4.0", Durali Yılmazın "Emperyalizmin virusları" məqalələri çap olunub.

 

Hayrani Altunbaş "Yaradılış dəmir", Nail Tan "Atalar sözü deyimlərimizin qaynağı mövzusunda yeni bir kitab: Tokmakçıoğlunun deyimlər hekayələri" araşdırmaları dərginin "İncələmə-araşdırma" bölməsində yer alıb.

 

Professor Nurullah Çetinin Türk yazıçısı Metin Savaş ilə söhbəti "Müsahibə" rubrikasındadır.

 

Dərginin "Hekayə" bölməsində Seyran Səxavətin "Boynu əyri adam", Hüzeyme Yeşim Koçakın "Qumru", Ayça Nur Kip Akyolun "Babildən dönüş" nəsr nümunələri çap olunub.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.-2017.-18 iyul.-S.8.