Tural Adışirinin şeirləri
Söz-şair başında bir qızıl tacdır.
Şair-sözdən göyərib qalxan ağacdır.
Sözdür kökü də,
budağı da,
Sözdür meyvəsi, yarpağı da.
Şair
yanıb külə dönən,
Öz külündən bu dünyaya bir də gələn
Səməndər quşudur, Səməndər
quşu.
Günəş kimi alovlanıb,
Gün şəfəqli
şeirlər qoşur.
Şair
qəlbi bir ümmandır,
Şair
öz söz ümmanının
Sahilində dayanandır.
Okeanlar nə zamansa donasıdır,
Donmayacaq
bir ümman var-
Şairin söz dünyasıdır.
Şair
- "Həq məndədir"
deyən,
Nəsiminin haqq dilidir.
Hər kəs deyə bilməyəni,
əsl şair deməlidir.
məsləklərin çarpışdığı
bir meydandır,
şair yazı yazan masa.
şair ola bilərdimi,
O, fikirlə duyğusunu vuruşdurub yazammasa?
lll
Ayrıldıq, qovuşduq qəmə,
kədərə
Əfsus qovuşmadı məhəbbətimiz.
Əlvida
söylədik o görüşlərə
Bir daha can deyib görüşmədik biz.
Son qoyduq nəğməli gülüşlərinə,
Eşqinlə əriyən gecələrə
də.
Hicran qış gətirib görüş yerinə,
Səninlə sevinən küçələrə
də.
Əlvida
söylədik o günlərə
ki,
Heç
zaman, heç vədə geriyə dönməz
Əlvida
söylədik o güllərə
ki,
Bitib xatirədə
ətri tükənməz.
Əlvida
söylədik biz yana-yana,
Hər şeyə,
nə üçün
niyə bilmirəm?
Fəqət hicranına, ayrılığına,
Hələ də əlvida
deyə bilmirəm
lll
Boğa
bilməyirəm acı
qəhəri,
Solmuş ümidimi biçib gedirsən.
Mənə söz vermişdin
bir yaz səhəri,
İndi başqa evə köçüb gedirsən.
Kövrək duyğulardı qəlbimə
dolan,
Könlümü sirdaş da ala bilməyir.
Niyə
ürəyimin sahibi olan,
Evimin sahibi ola
bilməyir.
Bir uşaq kimiydim, gücsüzdüm bayaq,
Bu necə qəzəbdi
sinəmdə dindi.
Gözünü qan tutmuş bir dəli sayaq,
Toyun qabağını
kəsimmi indi?
Kaş bütün sevənlər
mənimtək sevə,
Nisgil var ürəkdən çox
çətin köçür.
Sən gəlin köçürsən
başqa bir evə,
Mənimsə ömrümə həsrətin
köçür.
lll
Məni
sevirsənsə bir dəniz ol ki,
Sahili, səması
çox geniş olsun.
Yalçın qayalarda elə iz ol ki,
Ora yad ayağı dəyməmiş
olsun.
Məni
sevirsənsə yağışa
bənzə,
İslat yay günləri yaylaqda məni.
Gah təzə bahara, gah qışa bənzə,
Nə günəş
yandırsın, nə
şaxta məni.
Məni
sevirsənsə bir çinar ol sən,
Saçların tökülsün sinəmə
tel-tel.
Bağda
təzə qönçə,
dağda qar ol sən,
Səcdənə mən gəlim günəşdən əvvəl.
Məni
sevirsənsə küləyə
bənzə,
Dağıt üstümüzdən çəni,
dumanı.
Sən mənim sinəmdə bir neyə bənzə,
Nəğməsi bürüsün düzü-dünyanı.
Məni
sevirsənsə bir şimşək ol sən,
İşıqlat könlümü bir anlıq mənim.
Bu aysız, ulduzsuz göydə tək ol sən,
Almasın üstümü qaranlıq
mənim.
Məni
sevirsənsə bahar ol, ey gül,
Dan yeli, sübh şehi qoy mənim olsun.
Sinəndə döyünən o zərif könül,
Qoy mənim əbədi vətənim olsun.
lll
Sən kimsən? - bu sual yerinə düşdü,
Özünü ələ al tələsmə
bir an.
Bu sənin özünlə qəfil görüşdü,
Sən kimsən? Özünlə
üz-üzə dayan.
Gör,
kimin eşqiylə döyünür ürək,
Gör,
kimin odunda bu qəlb isinər
Sən öz kimliyini biləsən qərək,
Kimsə kimliyini soruşa bilər.
Ovçumda çığırlar ömür yolusa,
Əllərim bilir ki, sabah mən
kiməm.
Əgər sonralardan xəbərim
olsa,
Mən öz kimliyimə, bil ki, hakiməm.
Sən kimsən? - Bu fikrin
tərkinə mindim,
Sən kimsən? - Bu fikiri
çəkdim ortaya.
Torpaqdan
boyumca dərinə endim,
Baxdım uzaqlara, baxdım sonraya.
Mən elə Fərhadam - qayalar yaran,
Ya da haqq yolunda güllə
hədəfi.
Mən öz kimliyimi unudammaram,
Mən elə hər yerdə düzün tərəfi.
Sən ana südündən halallıq istə,
Özünə məhrəm bil mənim ərkimi.
Heykəl
oğullar var bu torpaq üstə,
"Kimsən" sualına
bir cavab kimi.
525-ci qəzet 2017.- 20 iyul.- S.7.