Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
Şirməmməd HÜSEYNOV
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə düşünmüş,
bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq,
düşünək, bu günümüz üçün fəxr
edək!
ABDİN
MİR-QASIM
Paris
postası fəna həvadis gətirdi: Abdin Mir-Qasım kəndi
həyatına qıymış!
Buna kim inanardı? Kim inanardı ki, Abdin kibi sakit,
bütün koloni arasında nəzakət, iffət və səlaməti-nəfsilə
məruf olan Abdin günün birində, mütəvaze
odasının içində qanına qəltan olaraq bulunsun?!.
Evət
buna kimsə inanmazdı, inanamazdı!... Fəqət bu bir həqiqət, çox fəci bir
həqiqətdir. Bu acı həqiqət
müvacihəsində duyduğumuz təəssürü izah
etməkdən aciziz. Abdin bəyi namuskar
bir gənc olaraq tanırdıq. İşbu aqibəti kəndisinə
rəva görməsi dəxi dütiz bir şərəf hiss
və idrakının nəticəsi olsa gərəkdir.
Abdin təqribən 42-43 yaşlarında həyata vida
etmişdir. Qismi-məxsusumuzda tərcümeyi-halına aid məlumat
verilmişdir. Bu məlumatdan görüləcəgi
vəchilə milli Azərbaycan hərəkatı onun şəxsində
çalışqan, mütəvaze, lisanlara aşina, qiymətli
bir əməkdarını qeyb etmişdir.
“Odlu Yurd”
- bu dəgərli əməkdaşının
üfulünü çox acı bir təəssür və təəssüflə
qeyd edər!
Abdin bəy
milli nəşriyyat işlərində (“Yeni Qafqasiya”, “Azəri
türk”, “Azərbaycan” və “Promete”də) 4 sənədən
bəri çalışıyordu. Fəqət
bizim onunla muafirəmiz çox əskidir. Bir
məktəbdə oxumuşuz. Kəndisini
və ailəsini ta çocuqluqdan tanırım.
Məfkurə etibarilə mərhum səmimi bir demokrat,
milliyyətçi və istiqlalçı idi. Bundan bir sənə
əvvəl “Müsavat” firqəsinə intisab etmişdi.
Bu intisabilə o təbiətindəki çəkingənligi
bir növi yenmiş, rəsmi furmaliteyi ifa etmişdi, yoxsa kəndisini
daha əski bir müsavatçı kibi də qəbul edə
biliriz.
Mərhumun bolşevik istilası üzərinə
Avropadan Bakıya dönüşü və oradan təkrar
Avropaya gələrək bolşevik məzalimi haqqında qələmə
aldığı rapor Azərbaycan tarixinin bu dövrünə
aid vəsiqələrdən biridir.
Milli Azərbaycan davasını Avropa mühitində
populyar etmək fəaliyyətinin artması zəruri olan
böylə bir zamanda mərhum Abdin bəy kibi təlafisi
müşkül münəvvər və mücəhhəz
bir zati qeyb etmək ayrıca mövcibi-təəssürdür.
Bir münəvvər, bir mühərrir, bir mütərcim,
bir vətənsevən, bir məsləkdaş və nəhayət
bir arkadaşın şu aqibəti qarşısında bizə
təsəlli verən şey yalnız fərdlərə nisbətlə
daha baqi və ölməz bulunan qayənin, milli davanın
yaşayacağı və müzəffər
olacağıdır.
Yazıq ki, Abdin bu günü görmədən getdi. Onu əff edəlim, ona rəhmət
deyəlim!
M.Emin
(M.Ə.Rəsulzadə)
“Odlu-Yurd”,
nisan (aprel) 1929, ¹ 2
Mütəvaze
- təvazökar
Müvacihə
- üz-üzə gəlmə
Dütiz-iki
qat kəskin, iti
Üful -
qürub
Təlafi
- qisas alma, əvəzini çıxma
Abdin Mir-Qasım məşhur fransız tarixçisi Ruje
Labonun “Gələcək Rusiya” sərlövhəli iki məqaləsini
fransızcadan tərcümə edib “Odlu Yurd”a göndərmişdir. Məcmuənin 1929-cu il 1 və 2-ci saylarında dərc edilmiş həmin
yazıları oxuculara təqdim edirəm. -
Ş.H.
MÜSTƏQBƏL
RUSİYA
(GƏLƏCƏK
RUSİYA)
İrq məsələsi tarixin digər bütün məsələləri
fövqündədir. (Cobinean-Cobino)
Tarixin qayəsi hədsiz təfərrüat içərisində
kəndisini boğmaq degil, biləks bütün böyük
vaqeələri idarə edən hakim qüvvətə qədər
varmaqdır.
(Taine Ten)
I
CAHAN
MİLLİYYƏTÇİLİGİ
Fransız və rus cümhuriyyətləri bir-birilə
çox müqayisə edilmişdir. Vaqe ol-duqları mahal
etibarilə biri-birinə tamamilə müğayir olduqları
halda, axırda eyni gözükən səbəblər gərək
orada və gərək burada yekdigərinə bənzər bir
çox nəticələr doğurmuşdur. Fransız ixtilalı, müsyö Oların təbirincə,
hər şeydən əvvəl, zəngin və münəvvər
Fransanın əsəridir. Rusiya
ixtilalı dəxi xətasını dərk etmiş əsilzadəgan
sinfinin tərəddüdi zehnisi əsəri olaraq nəzərə
gəlməkdədir.
1917 sənəsindəki məruf əskər komitələri
1790 sənəsindəki əskər alaylarında dəxi
mövcud idi.
Kronştad bəhriyyələri kəndilərinə
sələf olaraq intizamsızlıqları üzündən
zabitlərinin fövc-fövc çıxıb getmələrinə
səbəb olan Brest bəhriyyələrini bulurlar. Karl
Marksdan bir çox zaman əvvəl Robespiyer şu
aşağıda zikr etdigimiz məşhur xitabəsilə
kapitala qarşı hərb elan etdi: “Fransızlardan ən zəngini
sənəvi 3000 lirədən fəzlə varidata malik
olmamalıdır... Köylülərə
topraq, pək əski bir təbirdir ki, xalq hərəkatı
ibtidalarında malikiyyət iştəhalarına yol verməgə
hizmət edər. Və Trotskinin “kulaklara” qarşı bəslədigi
hissi-nifrət isə 1794 sənəsində mürəffəh
hallı köylülərin hesabsızcasına edam edilmələri keyfiyyətinə bir
qarşılıq təşkil edər. İnsanların
qardaşlığı, əksəriyyət qanunu və
mülkiyyəti şəxsiyyə üzərində söylənilən
o bitməz, tükənməz laflara gəlincə bunlar Russo,
Sen-Jüst və Babofin kəndiləri qədər əskidir.
Bakunin isə bunların bu gün Lenin şagirdləri
tərəfindən bir ağızdan saylənməkdə olan
nəğmələrin yenidən təkrarlamaqdan başqa bir
şey yapmadı. Moskvada el sayının kəndisini əhatə
etdirdigi “fetişizmə”, “Sen-Kulotlar”
zamanında belə Parisdə riayət olunmuş və
“vətəndaş” təsmiyyəsi “tovariş” kəlməsinə
təqəddüm etmişdir. Keçmişdə
komitələr halında təşəkkül etmiş
300.000 yakobinlər Fransayı idarə ediyorlardı. Bu gün isə 400.000 komunist Rusiyayı idarə
ediyor.
Prinsiplərin filantropisi (insaniyyət məhəbbəti)
eyni şiddətlərə müncər oluyor. İnsaniyyətə
səadət vermək arzusu ərkəklərin,
keçmişdə məmləkət üzərinə pək
ağır sürətdə çökən mükəlləfiyyəti
əskəriyyəyə yazılmalarını intac etdi.
Bu gün isə eyni arzu vicdanları bir idarəyə tabe
qıldı və 1792 sənəsində krallara elan edilən
hərb - 1920 sənəsində burjualara qarşı
yapılan hərbə məbdə təşkil etdi. Bu dəfə dəxi şu hərəkat mal və
mülkün bir əldən digər bir ələ keçməsilə
nihayət buldu. “Qanunun imha etdigi sərvət
və əsilzadəgan sinifi feildə təkrar təşəkkül
ediyor və ədəmi müsavat əksi tərəfə
olaraq təkrar təkərrür ediyor”. Müşabehetlər
yalnız bu qədərlə qalmıyor və təbiiyyat aləminin
tabe olduğu kibi eyni qanunlara təbən siyasət aləmi
iki ictimai sarsılışın təsiri altında kəndi
bünyəsini pək dərin surətdə tədil ediyor.
1914 sənəsi fəlakəti ilə birləşərək
1917 sənəsi vulkanı kəndi sələfi kibi fikrin
bütün sahələrini alt-üst ediyor. Toprak təbəqələri gibi bir çox dövlətlər
çöküyor və onların ənqazı altında
gömülən millətlər Alp dağlarının
başında qat-qat olmuş qayalar kibi üzərində
zühur ediyorlar. Almaniya, Avsturya, Rusiya və Osmanlı
imperatorluqlarından bir millətlər silsiləsi zühur
ediyor. Bohemyada Vençeslav dokalığı,
Lehistanda Qacellon krallığı, Serbiyada dukan imperatorluğu
və Beynəlnəhreyndə Harunurrəşid imarəti
zühur ediyor. Magoş və Sasanilər məmləkəti
bulunan İran dəxi min sənəlik ətalətindən
oyanıyor. Ərəb dünyası hərəkətə
gəliyor. İrlanda “Home Rule”unu əldə
ediyor. Əfqanıstan Raval-pend müahidəsini
əqd ediyor, Türkiyə isə Lozan müahidəsini,
Hindistan “İndia-Bill”i alıyor, Misir bir kırallıq oluyor.
Trablusu Qərb “Statuto”yu, Əlcəzair də malı
heyətlərini əldə ediyor.
Bəhri Mühiti Atlasidən Peçili körfəzinə,
Kataloniyadan Siyama və Koredən Filippin cəzirələrinə
qədər eyni qaynaşmalar hökm sürüyor.
1789 və
1848 sənələrindəki hümmalı dövrlərdə
görülən qaynaşmalar!.. Bolivarlar qədər bir rol oynamayı əməl
edinən bir sürü müşəvviklər
dünyanın hər bir köşəsində meydana
atıyorlar. Sun-Yat-Sen, Mahatma Qandi, Zağlul, Mustafa Kamal,
Sultan Atreş, Şeyxi Talibi, Xalid, Süleyman Ülbaruni,
Əbdülkərim, Dö Valera və s. kibi. Onların dəvətinə
icabətən hərbin son topu atılır-atılmaz, həyəcan
içərisində bulunan millətlər starterin işarəti ilə yerindən
qopan yarış atları kibi, kəndi hüquqi siyasiyələrini
fəth etməgə qoşuyorlar. Bunlardan bir
çoxu yolda düşüyor, digərləri maneələri
aşaraq hədəflərinə varıyorlar. Bunlar
Finlandiya, Letonya, Estonya, Litvanya, Moğolistan və başqa yerlərdə
ayrı-ayrı qurublar halında təşəkkül
ediyorlar, yaxud da kəndi irqdaşlarına qovuşuyorlar. Elzas
fransızları, Şilezvik danimarkalıları, Transilvanya
rumunları, Tranten italyanları, Zaqreb xarvatları və qeyriləri
kibi... Hər tərəfdə, dəniz
dalğalarının şiddətlə qabarmasını
andıran istiqlal, hürriyyət və milli xüsusiyyət
ehtirasıdır ki, baş qaldırıyor və bəzən
də bu ehtirasat Yuqoslaviya kibi yeni millətlər içərisində
belə yol alıyor.
Şu
qabarmış dənizin dalğaları pək iyi təhkim
olunmuş sipərlərə və bəzən də
şahikarlarını Elzas Muxtariyyətçiligi, Filaman hərəkəti
və Breton “brenz atası”sı (Le Brenz Atas breton)
təsmiyə olunan xəfif bir köpüklə tətvic
etdigi pək sıxı qayalara belə hücum ediyor.
Əski dünya pək nadir olaraq şöylə dərin
və səmimi bir təxəyyülə duymuşdur. Heç bir
zaman doymaq bilməyən qayeyi insanı pək nadir olaraq bu qədər
müzaəf bir şəkil və irqi vicdan da bu qədər
gurultulu bir hərəkət almışdır. Ən kiçik millətlər kəndi məhəlli
şivələrini, yaxud kəndi ləhçələrini
ehya ediyorlar. Tarixdə və yaxud əsatirdə
kəndi həqiqi və yaxud əfsanəvi mənşələrini
arıyorlar və böyləcə topladıqları
materiallar üzərinə yeni vətənlərin əsaslarını
görüyorlar. Müxtəsər, milliyyətçilik,
şu ruhani prinsip Renruin əvvəlcədən xəbər
vermiş olduğunu ifa edərək kəndi iqtidarını
bütün dünya üzərinə yayıyor tərəddüdi
zehninin bu vəqtə qədər yenilməz zənn olunan
qalalarını fəth ediyor.
Parlaqlıq düşməni olan prozaik əsrimiz bu surətlə
sanki kəndisini “ehevalerie-şevalyelik” dövrlərinə
irca edən pək tühaf mənzərələr
qarşısında bulunuyor. Babalarının
lisanına döndükdən sonra təkrar həyat bulan bir
millətin ən birinci işi kəndinə bir bayraq intixab etmək
oluyor. O, kəndi əfsanələr baxcasında tərcih
etdigi çiçəgi qoparıyor və keçmişdə
qəhrəmanlar “Poriflamme”i (Əski dövrlərdəki
fransız bayrağı) ətrafında olduğu kibi bu timsal ətrafında
cəsarətlər qələyanı gəliyor, səflər
qabarıyor. İştə bu surətlə millətlərin
məzarlarına və geneolojistlərin (les geneologistes)
fişlərinə əbədi olaraq gömüldükləri
zənn olunan bütün bir silsilə bayraqların ortaya
çıxdıqlarına seyirci oluyoruz. Bu surətlədir
ki, İrlandiya Cümhuriyyətinin yaşıl bayrağı
Siyonist dövlətinin yıldızlı hərbi
bayrağı, Cənubi Afrika birliginin dörd rəngli
sancağı, Lehistanın bəyaz qartalı, Arnoutluğun
siyah qartalı, Finlandiyanın çelipası, Misirin
hilalı, Lublanın erzəsi (cedrə), Asurun qanadlı
buğası, gümüş rənkli Çin günəşi
zühur ediyor. Bundan maəda qeyd etmədigimiz
bir çox bayraqlar da vardır ki, hərb əsnasında
Dnestirdən Pamirə qədər uzanan topraqlar üzərində
zühur edərək sonradan mütarikə
qarğaşalığı içərisində qismən
qeyb olub getmişlərdir.
Bəzən də insan qəlbinin qarışıq
yollarından sularını axıtmaqda olan təsəvvüf
seylabi-nagəhanı dönüşlər yapıyor. Hər kəsin
məlumi olduğu üzrə irqi adətlərin pək həd
bir şəkil almış olduğu Amerika Cəmahiri-Müttəhidəsində
rəyasəti cümhur vəkaləti namizədi olan
müsyö Kurits 3-cü nəsil babası olaraq
Özajların (Osages) məşhur şefi olan Pavhuskayı
bulur. Və bu mütəkəbbir Yanke isə
kəndi əcdadi miyanında cinsi əhmərdən birinin
bulunmasilə iftixar ediyor. Hala Meksikada
Konkiztador əhlafi arasında bu şöbəyə mənsub
olmaq iftixar ediləcək bir əsalət ünvanıdır.
Xüsusilə Paraqvaydakı yerli ləhcə rəsmi
ispanyol lisanı qədər hörmət və təqdir edilməkdədir.
Rusiyada prens Trubeskoy kəndisinə asyayi şübhəli
bir mənşə nisbət verməkdən həzz alıyor
və şair Blok da sitlərin qəhrəmanlıqlarını
təğənni etməklə onlarda moskovluların uzaq əqrəbalarını
görüyor. Ən nəhayət isə
bizim Şimali Afrikamız bu sarı cərəyana qapılaraq
kəndisinin əsir müddətincə Bərbəri məmləkəti
olduğunu xatırlayar və sanki ilk Bərbəri
renessansı emarələrini iraə ediyor. Burada topraqdır ki, vətəni təşkil ediyor,
ötələrdə isə xatirat.
Kanada fransızları kəndi babalarının
doğduqları şəhərlərə, Qranvil, Qanqal və
Novarmütyeyə dindaranə ziyarətlər yaparlar. Bizim
Normandiyamız vikinqlərlə iftixar edərək onların
şərəfinə ədəbi mükafatlar təsis edərlər
və Nortmenlərin övladları bulunan danimarkalılar,
norveçlilər Rollon məmləkətinə gələrək
bir çox ailələrilə oraya yerləşiyorlar. Bir kəlmə, bir tədqiq, bir roman bəzn bu irqi
vicdanın oyanmasını intac ediyor və bu vucdanla məən
bir sürü xatirat və düşüncələrdə kəndisini
göstəriyor. Yenilməz Çingiz
xanın silah qəhrəmanlarını nəql və hekayə
etməklə macar Vamberi və fransız Leon Kahen 30 sənə
qədər bundan əvvəl turançılıq hərəkatını
meydana gətiriyor. Eyni sürətlə
rus mühərrirləri panslavizm cərəyanını icad
ediyorlar. Və zamanımızda kolonel
Lavrans və baron Unqern ərəblərin sahiranə tarixlərini
və moğolların hərbcuyanə dastanlarını
xatırlatmaqla Məkkə bədəviləri ilə Qobi
çobanlarını hərəkət və həyəcanə
gətiriyorlar. Şimalın buzlu tənhalıqlarında
uyumaqda olan və kiçik bir çaqıl daşının
oyandıracağı yeraltı su mənbələri misalı hissi milli kiçik bir sədəmə
ilə canlanıyor və suları, pək çox zamandan bəri
qurumuş bulunan vulkan şahikarlarına qədər
fışqırıyor.
Seutelendə bulunduğu zaman Napoleon bu uyuyan qüvvətdən
istifadə etmədiginə təəssüf etdi. Fransa
ixtilalı ictimai hürriyyət istixlası nəşr və
təbliğ etməklə Avropa millətləri içərisinə
qarğaşalıq saldı. İmperator
şübhəsiz eyni müvəffəqiyyətlə siyasi
istixlası dəxi nəşr və təbliğ edə
bildi. Varşava böyük
dokalığını təsis etməklə o bir zaman bu
arzusunu izhar etdi. Fəqət o, şu
planını Bohemyada, Macarıstanda və Xırvatıstanda
təqib etmədi. Bununla o, 1813 və 1814 sənələrində
vüqua gələn bir çox müharibələrin
gedişini büsbütün dəgişə biləcək
son dərəcə qiymətdar yardımları müsəməha
etdi. Daha sonraları 3-cü Napalyon
amcasının şu keçmişə aid nəzəriyyələrini
bənimsədi. Milliyyətçilik
prinsipləri bu dövr hökumətinin ən böyük
fikrini ətşkil edər. Fəqət
kraliçə Hortans oğlunun xəyalpərvər və
mütərəddid zehni bu prinsipdən istifadə etmək
yolunu bulmadı və bunların bütün faydalarını
kəndi qonşularına və kəndi məğlubiyyətini
təmin edəcəklərə tərk etdi. Bu gün pək ciddi məhaliklə təhdid edilməkdə
olan Avropa eyni sürətlə tərədüd əsəri
göstərməkdədir. O, milliyyətçiligin pək
qiymətdar xatirəsini istisğar ilə kəndi mədəniyyətinin
düşmənlərini arzu etdikləri kibi bu qüvvətdən
istifadə etməgə buraxıyor. Fənnin və
əsri texnikin heyrət verən tərəqqisi sanki onu təxyic
ediyor və halını pozuyor. Vizjildən bəri təkərrür
etmiş bulunan mənəvi fikirlərin gedişi ona əski
olaraq görüküyor, latın zəkasının
pək aşikar tədənnisi önündə millətlərin
ruhu əməllərini və mənəvi ehtiyaclarını
o qədər də düşünmədən onların
yalnız maddi və iqtisadi ehtiyacları ilə iştiğal
ediyor. İştə bu yanlış
yollardadır ki, o, ixtilafın həqiqi səbəblərini rəf
etmək və sülhün paydar olmasını təmin etmək
istiyor. Vəziyyəti daha iyi
qavradıqlarındandır ki, sovetlər kəndi siyasətlərində
imhasına qərar vermiş olduqları şu prinsiplərə
pək böyük bir hissə ayrıyorlar. Vətən fikrini inkar edən şu adamlar millətlərin
bir ruha malik bulunduqlarına və insan cəmiyyətlərinin
o əksimiş ideallarının dəxi pək iyi istifadə
ediləcək bir qüvvət olduğunu unudmazlar. Onlar bu qüvvəti heç də sıxılmadan
istemal edərlər və bu mahir sənətkarların əlində
nasyonalizm istinad etdikləri dir dəstəkdir ki, bu sayədə
onlar gözə çarpacaq dərəcədə
yorulmalarına və hər gün artmaqda olan jeslərinə
rəğmən genə kəndilərini müvazenədə
tuta biliyorlar.
Tərcümə
edən: A.Mir-Qasım
“Odlu-Yurd”,
1 mart 1929, ¹ 1
Müstəqbəl
- gələcək
Fövc -
dəstə
Mürəffəh
- bolluq, rifah
Laf -
boşboğazlıq
İxtilalçı
- üsyançı, inqilabçı
Məbdə
- başlanğıc, mənşə
Müşabeh
- bənzər, oxşar
Ənqaz
- sökülmüş binanın qalıqları
Dok - gəmi
tərsanəsi
Hümma
- isitmə, qızdırma
Müşəvviq
- təşviq edən
Müzaəf
- iki qat, qat-qat
Məən
- birlikdə, bərabər
Məhalik
- təhlükələr
İstisğar
- əhəmiyyət verməmə
İştiğal
- məşğul olma
MÜSTƏQBƏL
RUSİYA
II
Rusiyada
ayrılma təmayülləri
Rusiyada milliyyət məsələsi, zəvahirə rəğmən,
ictimai məsələlər də daxil olduğu halda, digər
bütün məsələlərin üstündədir. Keçmişdə
Çar imperatorluğunu tərkib etmiş olan və içərisində
bir çoxunun pək əski və pək bariz şəxsiyyətləri
bulunan 40, yaxud 50 millət 1917 ixtilalında əməllərini
təhəqquq etdirmək üçün ümid edilməyən
bir fürsət gördülər. Fəsadi əxlaqa
uğramış bir məmləkətdə Lenin və tərəfdarlarının
izhar etdikləri qarışıqlıqları onlar daha da təsdid
etdilər və heç şübhəsiz bolşevik qalibiyyətinin
həqiqi failləri oldular. Bu nöqtə
üzərində nə qədər israr edilsə yeri
vardır. Şübhəsiz bu əqəliyyətlər
zahirdə pək iyi bir sədaqət ibraz ediyorlardı. Əski üsuli idarə onları buna məcbur
ediyordu. Bu qoca dev o qədər qüvvətli
görünüyordu ki, onun çizmələri altında
qımıldamaq pək böyük bir dəlilik zənn
edilidri. Yalnız Qərb məmləkətlərinə
iltica etmiş ziyalılar bu devin nə qədər
gövşək olduğunu dərk ediyor və ona
qarşı amansız bir hərb açıyorlardı. Fəqət hüdudlar daxilində Ukrayna
izbalarında olduğu kibi, Kazak yurdlarında və
Dağıstan aullarında da babacığın (Batyuşka)
timsalı əsrarəngiz cazibiyyətini mühafizə
ediyordu. Bundan maəda şərqligi cəzb
edən şəşəəli bir görünüş və
müsəlmanın gözlərini qamaşdıran bir
nüfuz (prestige) vardı. Avropalı
böyük sinyorlarla asiyalı yerli rəislərin sarayda və
xassə alaylarında kəndilərinə məxsus mövqeləri
vardı. Onlar parlaq kazak bölüklərinə
komanda ediyorlar və bayram günlərində atları
Tsarskoye-Selo qarlarını ayaqlıyordu. Bu dəbdəbə
içərisində onlar qeyb etdikləri hürriyyətlərini
həmən unutuyorlardı. Fəqət
günün birində bu çox qüvvətli əfəndinin
səndələdigi görüldü. O zaman Şərqə
məxsus bir təvrilə, bilafasilə qaranlıqdan
işığa keçilir kibi, üsyan hörməti, heyrət
də itaəti təqib ediyor. Maddi hissiyyat meydan
alaraq, milli arzularla bərabər eyni dalğalara
qarışıyor və ilk müsadimədə çökən
üsuli-idarəyə hücum ediyorlar.
Köylülərə
topraq, millətlərə istiqlal! Çarizmə
qarşı başlayan mücadilədə sovetlərin
bütün oyunları bu iki əsasi prinsipi qullanmaqdan ibarət
idi. Birinci şüarla bolşevik oyununun Kerenskinin
süqutunu təqib edən ilk qismi, ikinci şüarla da son pərdələrdə,
1919-da Yudeniç, Denikin və Kolçak orduları ilə
qarşı-qarşıya gələrək Don, Baltik və
Volqa boylarında oynanılan qismi qazanılıyor. Şu sənədə, hala xatirlərdə olsa gərəkdir
ki, fırtına bütün şiddətilə davam ediyor, bəyazlar
Petroqrad ilə Moskvayı əhatə ediyorlar. 1918 sənəsi 26 mayısından etibarən
üsyan halında bulunan Qafqasiyada fransız və ingilis
qarnizonları duruyor.
İki sənə daha əvvəli kəndi muxtariyyətini
elan etmiş bulunan Türküstan Ukrayna ilə bir növi tədaföi
ittifaq əqd ediyor. Taşkəndən Təbrizə qədər yerləşmiş
olan Hindistan orduları qızıl dövlətin
istiqrarını tamamlıyor.
1793-də olduğu kibi (fəqət ondan daha şiddətlə)
əcnəbi təhdidatı və federalist təşəbbüsləri
üzündən Rusiya daha qarışıq bir şəkil
alıyor və hər tərəfi daxili müharibələr
qaplayır. Öylə müharibələr ki, onların
yanında Jironden fiakasının təşəbbüsləri
adəta çocuk oyuncağına bənzər. Bolşevik gəmisi hər tərəfdən su
veriyor. Əqsamını tərkib edən
40 millət biri-birindən ayrılmış döşəmə
taxtaları kibi yekdigərinə çarpıyorlar. Gəmi çatlamaq üzrədir. Fəqət taifəsi pək şiddətli bir
qüvvət istemalı ilə onu hala suyun üzündə
tuta biliyor. Yükünü təxfil etmək
üçün ən ağırlarını dənizə
atıyor: Lehistan, Finlandiya, Letonya, Estonya, Litvanya, Bessarabya, hətta
qasırğa sükunət bulduqdan sonra təkrar kəndilərini
arayıb bulmaq düşüncəsilə Ermənistan,
Gürcüstan və Azərbaycandan ibarət bulunan Qafqasiya
cümhuriyyətlərindən belə sərf-nəzər
ediyor. O, ukraynalılara və başqırdlara, türklərə,
tatarlara, kalmık və moğollara, Votyaq və Volqa
almanlarına bazarlıq yapmadan dağıtdığı
hürriyyət şəhadətnamələri və istiqlal vədlərilə
məfsilləri bir-birinə yapışdırıyor. Bu surətlə, gəmi təmir olunduqdan sonra şu
dəniz korsanları kəndilərini təqib etməkdə
olanlardan qurtuluyor və təhlükəli burunları
çevirmə hərəkətilə keçiyorlar. Düşmənlərinin xətaları ilə
yanlış endirdikləri dərbələr bir kərə
daha onun manevralarını kolaylaşdırıyor. Tərəddüd
halında bulunan milliyyətlərə, rahatsızlanan mujiklərə,
ön ayaq olan qonşulara hər şeyi verəcəkləri
yerdə bunlar qalib gəldikləri təqdirdə, 1914
imperatorluğunu təkrar təsis etmək və ixtilal
üsuli-idarəsinin vermiş olduğu hüquq və imtiyazları
birər-birər geri almaq haqqındakı niyyətlərini nəşr
və elan ediyorlar. İştə bunun nəticəsində
bəyaz ordular arasında əskərlərin
qaçışmaları artıyor. Cəbhə
arxalarındakı yerli əhali üsyan ediyor, bir-birinin
arxasınca bəyaz ordular çöküyor, Novorossiyski təslim
oluyor. Və daha sonraları sıra Odessaya
və Sevastopola gəliyor. 1920 sənəsi
isə çarlıq ümidlərinin qəti surətdə məhv
olduğuna şahid oluyor.
İbtidada, bolşevik üsuli idarəsi həmən hər
tərəfdə ümumi məmnuniyyətlə
qarşılanıyor. Sovet “Yanus”u əhaliyə kəndisini, məhkum siniflərə
səadət, əmələyə iş, hər kəsə
hürriyyət və arzu edənlərə də istiqlaliyyət
gətirən “Noel baba” şəklində təqdim ediyor. Vəziyyət
böylə istiqrarsız qaldıqca yalnız bu kadifə
eldiven gözükiyor. İttihad ərazisi
üzərində 40 cümhuriyyət, yaxud da muxtar qitələr
təsis ediyor. Hüdud boyundakı millətlər
(les allogenes) çarizmin kilidlədigi qapıların
açıldığını görüyorlar. Onlar kəndi dillərinin qullandığını,
azad qəzetələrini, kitablarını və məktəblərini
buluyorlar. Onlar Sovetlər İttihadının
Mərkəzi Komitəsində, müxtəlif
komissarlıqlarda və yerli sovetlərdə müməssillər
bulunduruyorlar. Onlar sanki kəndilərini sərbəst
olaraq idarə ediyorlarmış kibi, bir xəyalə
qapılıyorlar. Fəqət bu “altun dövr” pək az davam ediyor.
Bolşevizm,
irmaq sahilində balıq tutan bir balıqçı kibi
basdığı yerin ayaqları altında möhkəm
olduğunu duyar-duymaz, ehtiyatsız millətlərin kəndilərini
qapdırmış olduqları vaiz ağalarını birər-birər
kəndi tərəfinə çəkməyə
başlıyor, orduları Qafqasiyayı istila ediyor və yeni təşəkkül
etmiş hökumətlərin istiqlaliyyətinə qaba bir surətdə
xatimə çekiyor, ittihadın dörd guşəsinə
göndərilmiş olan komissarları əski bürokrasi
müməssillərindən daha fəzlə müstəbid və
daha zalım olaraq kəndilərini göstəriyorlar. Fəqət məktəb və lisan haqqında
verdikləri imtiyazları pək gürultulu bir surətdə
ibqa ediyorlarsa da, daha ziyadəsini bəkləyən hüdud
boyundakı millətlərin düşdükləri yəsə
payan yox.
Mərkəziyyətçi bir hökumət arabasına qoşulduqları üçün onlar daha sərt qoşu ipi və daha ziyadə kəsgin qırbaclar altında müztərib oluyorlar. Bir biri arxasınca qalxan üsyanlar əqamətə uğrayır. Köyləri pək seyrək və əhalisi pək dağınıq olan məmləkətlərdə anlaşma və toplaşma pək çox vaxt istər. Tıpkı Misirdə olduğu kibi, şu nihayəti olmayan geniş səhralarda üsyan qüvvətləri tutanacaq bir nöqteyi istinad bulamaz və fəna surətdə silahlanan asi bandaları ilə tanklara, toplara, təyyarələrə və əsri hazır təkamülatına malik bulunan cəza orduları arasında fərq çox böyük və qeyri müsavidir. Yalnız özbək tacik fədailəridir ki, Mərakeş Rifində olduğu kibi, Fərqanənin çətin və enişli-yoxuşlu ərazisində, Pamir qıyılarında uzun bir zaman davam edənlər bəzən də müvəffəqiyyətli partizan müharibələri yapa bilirlər. Fəqət digər yerlərdə yanğın bekciləri kibi məmləkət üzərinə yayılmış komunist hüceyrələri yanğının bütün çölləri qaplamasını mən ediyorlar. İlk cəm qırılışında qızıl süvari alayları bütün təslihatlarilə bu nöqtələrdə hazır bulunurlar və batarya halındakı mitralyozları pək sürətli surətdə hərəkətə gələrək yanğının sirayət etməsinə meydan verməzlər. Hər şey edam və yaxut da Metex həbsxanəsi və Sibirya tundralarına göndərilən uzun qafilələrlə nihayət bulur. İştə Moskva tərəfdarı qəzetələrin hüquqi-əmmə cinayəti və proletar sinif davasına aid qəsd deyə təsmiyə etdikləri vətənpərvəranə üsyanların biri-birinə bənzəyən aqibətləri.
İştə bu zamandan etibarən yeni bir dövr, şiddətsiz bir müqabelə dövrü açılıyor ki, ona qarşı Moskva bir parça ricət etmənin və daha az təzyiqkar bir üsuli idarə təsis etmənin lazım olduğunu hiss ediyor. Paskeviçin pək sevdigi “iadeyi asayiş sistemi” bir parça tadlılaşıyor və Qərbin keçmişdə sərvəti, bu gün isə ziyasilə kəndisinə cəlb etdigi şu millətlər nəzdində milliyyət hissi ağır bir gedişlə olsa da, fəqət heç durmadan daima irəliliyor. Niçevo! Yavaş! İslav şüarı, türk məsəli, Kiyev, Taşkent insanlarının fatalizmi nihayətsiz çevirmələr və tənəffüslər tövlid ediyor. Bəzən də fikir Seyhunun Qaraqorum qumlarında qeyb olduğu kibi, sanki steplərin sükutunda qeyb oluyor. Fəqət o faciəvi bir hadisə, yaxut da gurultulu bir dava sayəsində, yeni qazılmış bir quyunun, səhra tənhalıqlarında birdən birə dışarı fırlatdığı yeraltı suları kibi meydana çıxar və sonra da Franklenlərin, Koşotların və Qaribaldilərin zamanlarında olduğu kibi, o, kəndisini toplamaq üçün Nil nəhrinin firovunların hovuzlarına töküldügü misalı Paris hövzəsində qətrə-qətrə olaraq birikir. Və vətənpərvərlərin, sürgün edilmişlərin şu klassik melceində keçmişdə Lehistan, Yuqoslaviya və Çexoslovakya siyasi mühacirləri kibi gürcü menşevikləri, Petlura müməssilləri, Özbək fədailəri bir yerə toplanır və bir birini ikmal edərlər. Burada onlar kəndi qəzetələrinə, məcmuələrinə və propağanda komitələrinə malikdirlər və müstəqbəl millətlər qəlbinin təsfiyə olduğu bu süzgec cövhərində onlar kəndi səfaletlərini unudur və kəndi imanlarını təqviyəyə imkan bulurlar.
Tərcümə edən: A.Mir-Qasım
“Odlu-Yurd”, nisan (aprel) 1929, ¹ 2
Şəşəəli - dəbdəbəli
Xassə - qvardiya
Əqsam - hissələr
Məfsil - bənd
İqba - olduğu kimi saxlama
Yəs - ümidsizlik
Müztərib - iztirab çəkən
(Ardı var)
525-ci qəzet 2017.- 22 iyul.- S.23.