Milli mətbuatımız milli mübarizə tariximizdir
Cavanşir FEYZİYEV
Millət vəkili
Milli mətbuatımızın
bayramı söz yaradıcılığının, fikir və düşüncə
sənətkarlığının bayramıdır. Sözümüzün tarixi isə
özümüz və
özülümüz qədər
dərindir.
Hələ milli mətbuatımızın
yaranmasından əvvəl
Azərbaycan ictimai fikir tariximin ildən çox dövrü əhatə edən böyük bir təkamül yolu keçmiş vəsöz yaradıcılığının
misilsiz ənənələrini
yaratmışdır. Dədə
Qorqud qopuzunun sədasından doğub, Nizami, Nəsimi, Fizuli kimi söz
dühalarının cilasından
keçən və Mirzə Fətəli yaradıcılığında artıq milli ideyanın ifadəçisi
səviyyəsinə yüksələn
Azərbaycan sözü
məhz Həsən bəy Zərdabinin “Əkinçi”si timsalında
“materiallaşdı” və
milli mətbuatımızın
ilk nümunəsini ərsəyə
gətirdi. Əşyaların adlandırılmasından başlayıb, milli ideyanı yetişdirməyə
qədər yüksələn
milli söz XIX əsr maarifçilərimizin
fikir və düşüncələrində yetkinləşən milli ideologiyamzı ictimai şüurun aparıcı
qüvvəsinə çevirə
bildi. Sözdən
düşüncələrə hoparaq,oradan də əməllərə keçən
milli ictimai şüur isə ilk milli dövlətin yaranmasına gətirib çıxarması ilə
dahi Fizulinin vəsf etdiyi “Əlahəzrət Söz”
ün qüdrətini
və təntənəsini
nümayiş etdirdi. Milli mətbuatımız, sözün
və söz sənətkarlığımızın öz funksiyasında ən yüksək əməli nəticələrə
gətirib çıxardığı
bu uzun yolun
yeni dövr mərhələsidir.
Milli mətbuatımızın
yarandığı dövr
tarix üçün
də yeni bir dövr idi. Bu, Sözün sentimental və
ruhani hissiyatların təsvirindən real həyat
düşüncələrinin ifadəçisinə çevrildiyi,
mifik qəhrəmanlığı
göylərə yüksəldən
mücərrəd saray
poetikasından insanların
düşüncəsinə nüfuz etməklə ictimai şüuru təkmilləşdirən, milli
dünyagörüşünü formalaşmağa istiqamətləndirən
və bununla da söz yaradıcılığına
ictimai-siyasi çalarlar
gətirən realist yaradıcılıq
mərhələsinə keçdiyi
bir dövr idi. Söz və fikir tariximizin bu mərhələsi mübarizə,
təkamül və qələbələr dövrüdür.
İlk mətbu orqanımız “Əkinci”nin işıq üzü görməsindən dərhal
sonra bir-birinin ardınca açılan qəzetlərimiz ağır
təzyiqlərlə üzləşərək
qısa müddətdən
sonra bağlanmalı olurdular. Buna baxmayaraq,“Əkinçi”,“Ziya”, “Kəşkül”,
“Kaspi” kimi mətbu orqanlarımız
ictimai-siyasi şüurun
inkişafına əhəmiyyətli
təkan verdilər, insanların yeni həyat idealları uğrunda mübarizəsinə
yol aça bildilər. Həsən bəy Zərdabi, Səid və Cəlal Ünsizadələr,
Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Firudin bəy Köçərli,
Məmməd Kəngərli
kimi milli ideya daşıyıcılarımız
milli mətbuatımızın
məktəb və ənənəsini yaratmağa
nail ola bildilər.
Heç təsadüfi deyil ki, o zamankı naşirlər və qəzetçilər peşə
baxımından jurnalist
deyildilər, lakinmətbuat
onlar üçün
xalqın, millətin şüuruna çatdırmaq
istədikləri mütərəqqi
ideyaların yayılmasına
və keyfiyyətcə
yeni bir cəmiyyətin yaranmasına
nail olmaq üçün
istifadə edə biləcəkləri ən
müasir vasitə idi. Ona görə də XIX əsr ziyalılarımızın demək
olar ki, hamısının həyatı
mətbuatla sıx bağlı idi.XX əsrin əvvəllərində
isə Cəlil Məmmədquluzadə, Ömər
Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və digər ziyalılarımız bu ənənəni davam etdirərək “Şərqi-Rus”,
“Həyat”, “Açıq
söz”, “Molla Nəsrəddin” və digər məşhur mətbu orqanlarımızı
yaratmaqlaartıq möhkəmlənməkdə
olan milli şüuru dövlətçilik
şüuruna yüksəldə
bildilər. Məhz bu insanların
fədakarlığı və
əzmkarlığı sayəsində
Azərbaycan milli şüuru elə yeni dövrün başlanğıcında özünün
intibah mərhələsinə
yüksəldi və tarixdə ilk türk cümhuriyyətini – azad insan və demokratik
cəmiyyət nümunəsini
yarada bildi.
Mövcud
olduğu qısa zaman kəsiyində “İnsanlara hürriyyət,
Millətlərə istiqlal”
bəyan etmiş ilk milli Cümhuriyyətimizdə
milli mətbuatımız
azadlıq coşqusu ilə yüksəldi, böyüdü və gənc dövlətdə
sürətli quruculuq
və yaradıcılıq
marafonuna əvəzsiz
töhfələr verdi. 1920-ci ildə
müstəqilliyimizə son qoyan imperiya milli mətbuatımızın
da müstəqilliyinə
son qoydu. Imperiya nəzarəti altında yaranan yeni sovet
mətbuatı isə
yalnız bolşevik ideologiyasının imkan verdiyi özünəməxsus
formatda mövcud ola bilərdi.
Buna baxmayaraq, milli mətbuatımız mübarizə yolundan dönmədi. ictimai-siyasi hadisələrə
obyektiv münasibət
bildirməyin mümkün
olmadığı ən
çətin zamanlarda
belə milli mətbuatımız öz
səylərini əhalinin
savadlanması, milli mədəni dəyərlərimizin
qorunması və ən başlıcası isə doğma ana dilimizin ədəbi
dil kimi təkmilləşməsi işinə
yönəltdi. Milli-mədəni sərvətlərimizin, milli-mənəvi
dəyərlərimizin qorunub
saxlanmasına misilsiz xidmətlər göstərdi.
1991-ci ildə dövlət
müstəqilliyimizin bərpası
Həsən bəy Zərdabidən gələn
keşməkeşli milli
mətbuat yolunu yenidən işıqlandırdı
və artıq onlarla deyil, yüzlərlə mətbu
orqanı millətin azadlıq coşqusundan doğan əzmkarlıqla yeni cəmiyyət quruculuğuna qoşuldular. 1998-ci ilin avqustunda ümummilli liderimiz Heydər Əliyevin mətbuat üzərində
senzuranın ləğv
olunması haqqında
tarixi Fərmanı isə milli mətbuatımızı əbədi
azadlığa qovuşdurdu,
onun inkişaf yolunda intəhasız üfüqlər açdı.
Prezident Heydər Əliyevin mətbuata özəl münasibəti, mətbuat
nümayəndələrinə qarşı sonsuz səmimiyyəti və qayğıkeşliyi elan olunmuş müstəqilliyin
hələ kifayət
qədər möhkəmlənmədiyi
bir dövrdə milli mətbuatımızı
dövlət quruculuğu
işlərinə töhfələr
verməyə sövq
edirdi. Lakin bir tərəfdən, ölkədə hökm sürən müharibə
şəraiti və digər tərəfdən,yaranmaqda olan yeni iqtisadi münasibətlər
çərçivəsində maddi vəsait çatışmazlığımilli mətbuatımızın sərbəst
inkişafını mümkünsüz
edirdi. Cari istehsal fəaliyyəti
üçün mətbu
orqanlarının dövlət
qurumlarına yaranmış
külli miqdarda borcları çoxsaylı
qəzet və jurnalları bağlanmaq təhlükəsi qarşısında
qoymuşdu. Ən
çətin zamanlarda
milli mətbuatımıza
xüsusi təəssübkeşliklə
yanaşan Heydər Əliyev o zaman da milli
mətbuata dövlət
qayğısının unikal
nümunəsini yaratdı.
Dövlət başçısının bu borclarınsilinməsi haqqında sərəncamı
mətbu orqanlarına
öz fəaliyyətini
davam etdirməküçün
yeni və daha geniş fürsətlər yaratdı.
Yeni ictimai-siyasi şəraidə meydana çıxan fikir plüralizminin, çoxsaylı
partiya və qrup mənafelərinin, mətbuata xarici və daxili təsir cəhdlərinin bir-birinə qarışdığı
mürəkkəb, lakin
kifayət qədər
geniş bir rəqabət meydanında
milli mətbuatımız“çəkişməklə
bərkişmək” mərhələsini
də yaşadı.
Ən müasir dövrümüzdə isə Prezident İlham Əliyevin mətbuata münasibətdə sərgilədiyi səmimi dostluq münasibətləri milli mətbuatı və mətbuat nümayəndələrini dövlətçilik mənafeyi naminə ümummilli maraqlar ətrafında birləşməyə, xalqın mənafeyinə xidmət etməyə səfərbər etməkdədir. Bu gün Azərbaycan söz və fikir azadlığının tam bərqərar olduğu, hər bir vətəndaşın istənilən mətbuat orqanına maneəsiz çıxışının təmin olunduğu bir məkandır. Əhalinin 75%-nin internet istifadəçisi olduğu bir cəmiyyətdə yeni texnologiyalara əsaslanan elektron kütləvi informasiya vasitələrinin inkişafı mətbuatın daha çevik, daha operativ fəaliyyət göstərməsi üçün ideal şəraiti təmin edir. Lakin mübarizə davam edir. Çağdaş dövrümüzdə yaranmış sərbəstlikdən sui-istifadə etməyə çalışaraq, dövlətçiliyimiz əleyhinə gizli-aşkar fəaliyyət göstərən bir sıra xarici təşkilatların və 5-ci kolon nümayəndələrininbəzi mətbuat orqanlarını öz təsiri dairəsinə salmaq cəhdləri bu günümüzün danılmaz reallığıdır.
Beynəlxalq arenada öz milli maraqlarını qorumaqla müstəqil siyasət yeritməyə cəhd edən yeni nəsil dövlətləri üçün xarakterik olan bu hal ölkəmizdə də müşahidə olunur.Bunun səbəbləri də bəllidir. Əslində, dünya siyasətinin cilovunu öz əllərində saxlamağa çalışan güc sahibləri yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkələr haqqında beynəlxalq mətbuatda dezinformasiyalar yaymaqla həmin dövlətləri müstəqil siyasət yürütməkdən çəkindirməyə və beləliklə də, özlərinin siyasi təsir dairələrində saxlamağa çalışırlar.Yerli-yersiz ölkəmizdə mətbuat azadlığının mövcudluğuna kölgə salmaq istəyən bəzi beynəlxallq təşkilatların vaxtaşırı hücumları da məhz bu məqsədə xidmət edir. Lakin belə cəhdlərin əvvəl-axır uğursuzluğa məhkum olacağı artıq heç kimdə şübhə doğurmur. Çünki ötən illər ərzində Azərbaycanda dövlət-mətbuat-cəmiyyət üçbucağının elə bir konstruktiv konfiqurasiyası formalaşmışdır ki, bu qarşılıqlı münasibətlər sistemində Azərbaycanın müstəqilliyinin qorunması, Azərbaycan xalqının mənafeyinin və milli maraqlarının müdafiə edilməsi bütün tıərəflər üçün prioritet hesab olunur.
Mövcud münasibətlər sistemi hər bir vətəndaşın fərdi maraqlarından, hüquq və vəzifələrindən başlayaraq dövlətin milli maraqlarına və vətəndaş qarşısında öhdəliklərinə qədər ictimai-siyasi həyatın bütün səviyyələrindəqarşılıqlı etimadı özündə ehtiva edir. Məhz belə bir münasibətlər sistemi dövlət-cəmiyyət vəhdətinin təməlini təşkil edir. Dövlətlə xalq arasında hökm sürən vəhdət isə öz növbəsində Azərbaycan müstəqilliyini əbədi, dönməz və sarsılmaz edən başlıca amildir. Azad cəmiyyət və güclü dövlət tandeminin döğurduğu bu vəhdətin daha da möhkəmlənməsində milli mətbuatımızın rolu həlledicidir.
525-ci qəzet $2017.- 22 iyul.- S.8.