İsmayıl İMANZADƏ
Ucal bayrağım, ucal...
Sən yurdumun şərəfli
Tarixindən halısan.
Babəkin, Xətainin
Qatlanmayan qolusan.
Anam Azərbaycanın
Azadlıq simvolusan,-
Ucal bayrağım, ucal!
Ötüb-keç Savalandan,
Murovdan, Şah
dağından.
Qoy ellər xəbər tutsun
Sənin zəfər çağından.
Dünyamıza xəbər ver
Şəhid ucalığından,-
Ucal bayrağım, ucal!
Üç rəngin - üç
hikmətin,
Ay-ulduz nişanlısan.
Yenilməz vüqarın var,
Şöhrətlisən, şanlısan.
Həyatın özü kimi
Sən həmişə canlısan,-
Ucal bayrağım, ucal!
Ucal, düşmən üstümə
Ayaq açmasın
bir də.
Yayılsın haqq səsimiz
Hər yana pərdə-pərdə.
Sabahımdan söhbət aç
Ən ali kürsülərdə,-
Ucal bayrağım, ucal!
Yollar üzünə açıq,
Ucalt məğrur
səsini.
Alqışlayaq dünyaya
Sığmayan həvəsini.
Gəl birlikdə oxuyaq
Azadlıq nəğməsini,-
Ucal bayrağım, ucal,
Ucal bayrağım, ucal!
Türkiyə-Azərbaycan
Bir-birinə bənzəyir
Doğma qardaşlar kimi.
Tanınıblar ən əziz
Dostlar-sirdaşlar kimi.
Ləhcələri şipşirin,
Harda var belə sərvət?
Müdriklər yaxşı demiş-
Bir millət, iki dövlət!
Sən bir möcüzəyə bax,
Biri ürək, biri can-
Türkiyə-Azərbaycan!
Ay-ulduz nişanlıdır
Möhtəşəm bayraqları.
Şimşək kimi çaxıblar
Tapdananda haqları.
Ləkəsiz bir aynadır
Dənizləri, gölləri.
"Can"
deyib, "can" eşidir
Obaları, elləri.
Dağları şah vüqarlı,
Həm sultandır, həm də xan-
Türkiyə-Azərbaycan!
Yenilməz dar ayaqda
Ərənləri, ərləri.
Şəhid ucalığından
Güc alıb
zəfərləri.
Cavad xan, Rəsulzadə,
Kamal Atatürk ilə
Heydər
Əliyev adlı
Qibləgahları canlı.
Ulu tarixlərinin
Hər sətri,
sözü şanlı.
Böyük türk dünyasının
Cismində dövr edən
qan-
Türkiyə-Azərbaycan!
Düşmənə göz dağıdır
Şəhərləri, kəndləri.
Bir qala timsallıdır
Bərələri-bəndləri.
Əzəl gündən hər
biri
Dosta-dostdur, yada-yad.
Keçmişləri şərəfli,
Çağdaş günləri abad.
Dar ayaqda yan-yana
Dayanıbdılar hər an-
Türkiyə-Azərbaycan.
Azərbaycan əsgəri
Vətənimin qüdrəti,
Xalqımın haqq səsisən.
Könlümdə qanadlanan
Bir zəfər
nəğməsisən.
Yeri düşmən üstünə,
Babəkin, Xətainin
Ruhu sənə yar olsun!
Yenilməz hünərinlə
Xalqım
bəxtiyar olsun!
Gözlərindən boylansın
Yurdun nurlu səhəri,-
Azərbaycan əsgəri!
Qarabağa nicat ver,
Laçında, Kəlbəcərdə
Zəhminlə, qəzəbinlə
Çatlatdüşmənbağrını!
Əllərinlə dart, qopart
Torpağın sinəsindən
Hər dərdi, hər ağrını!
Çağır - qisasa çağır
Səslə igidi, əri -
Azərbaycan əsgəri!
Şəhidlərin yaralı
Ruhu and yerin olsun!
Qələbə əzmin hər
an
Ümmandan dərin olsun!
Savaş
günü halay vur,-
Düzlən dəstə-dəstə sən!
Göyçədə, Zəngəzurda
Üçrəngli bayrağımı
Qaldır
basin üstəsən!
Al yağı əllərindən
Neçə kəndi, şəhəri
-
Azərbaycan əsgəri!
Dayan düşmən önündə
Yenilməyən dağ kimi!
Yaşa
ürəyimizdə
Yurd kimi, torpaq kimi!
Ucalt səsini, ucalt-
El sığınsın adına!
Son qoyaq hünərinlə
Vətənin fəryadına!
Dön işıqlı sabaha,
Yaramızın üstə yax
Sən qələbə soraqlı
Xoş müdəni, zəfəri,-
Azərbaycan əsgəri,
Azərbaycan əsgəri!
Gedirəm
Bitməyib cəngim-savaşım,
Sədləri qırıb gedirəm.
Cığırları əldən salıb,
Yolları yorub gedirəm.
Ötən hər anım lal haray,
Həyat eşqim ən şirin pay.
Neçə könüldə gah
saray,
Gah evcik qurub gedirəm.
Tanıdım hər ötən
anı,
Xərcləmədim adı-sanı.
Bu boz sifətli dünyanı
Dişimə vurub gedirəm.
Qara deməsəm də ağa,
Oldum dərd-qəmə
sadağa.
Bəhanəm yoxdur qalmağa,
Səbr edin, durub gedirəm.
lll
Deyirlər ki, adamın-
adamı olsa yaxşıdır.
Qoy, kim nə
deyir desin,
ancaq bunun əvəzinə
Hər kəsin başının
üstə
göy çətiri-
Allaha yaxın
damı olsa yaxşıdır...
lll
Bəzən xəstəyə
heç kimin canı yanmır-
dərddən-azardan savayı.
Adamın
üstünə
ölüm kölgəsi
düşəndə
daldalanmağa yer tapılmır-
Bircə
qaranlıq
məzardan savayı...
Dünya
Hər yetəndən aldın bac,
Nə toxsan, nə də ki ac.
Qamətin qulac-qulac-
Arşının uzun, dünya.
Kimsəyə catmır nurun,
Dostusan zülümkarın.
Heç
vaxt əsgilmir qarın-
Ərimir buzun, dünya.
Bağlıdır bəndin-bərən,
Nizamın pərən-pərən.
Kimi yaşatdı görən-
Gecən-gündüzün, dünya?
Qat-qatdır çölün, için
Bilinmir "tezin-gecin".
Geriyə
dönmür köçün-
De, hanı yazın,
dünya?
Dedilər
İkini
vurdum ikiyə,
Hasilə c əmdi-dedilər.
Ovcumdakı son tikəyə
Müftəcə yemdi-dedilər.
Nadan çıxanda qarşıma,
Mat qaldılar göz yaşıma.
Yer-göy fırlandı başıma-
Bəxtəvər dəmdi-dedilər.
Günlər-aylar gəlib keçdi,
Yetən mənə gülüb keçdi.
Söz sinəmi dəlib keçd-
Məlhəmin qəmdir-dedilər.
Zülmət çökəndə izimə,
Hey divan tutdum özümə.
Halallıq gəzdim... üzümə-
Ağıldan kəmdi-dedilər...
Dəyməsə
Toxunanda
quruya yaş,
Aralığa düşər savaş.
Çat
verməz nə qaya, nə daş-
Bu dağ o dağa
dəyməsə.
Şehli
çəmən ləçək-ləçək,
Hünərin var şəklini
çək...
Mayalanmaz
açan çiçək-
Budaq-budağa dəyməsə.
Xoş sözlə könüllər
abad,
Həvəs-istək ən şirin dad.
Şölə saçmaz ürəkdə
od-
Dodaq-dodağa dəyməsə...
Kökü-budağı var sözün
Haqqa söykənibdir üzü,
Tükənmir işığı-közü.
Duyan qəlbi, ğörən gözü-
Dili-dodağı var sözün.
Saflıq
arzusu-diləyi,
İllər xəlbiri-ələyi.
Bir əsim mehi-küləyi-
Odu-ocağı var sözün.
Hərdən üzüləndə canı,
Dəyişik düşür ünvanı.
Gizli bir tərəfi-yanı-
Küncü-bucağı var sözün.
Qırımından yağsa hədə,
Neçə qəlbə düşər
zədə.
Quruyan deyil heç vədə-
Kökü-budağı var sözün.
Avazıyan kimi rəngi,
Başlayır savaşı-cəngi.
Vurğusu, ritmi, ahəngi-
Qarası-ağı var sözün.
Adam
Gözlə görünməyən pasdı,
Hər yerə
damgasın basdı.
İblisdi, qorxunc kabusdu,
Heç
kimə qarışmır
adam.
Soyuq baxışı qış
kimi,
Səkir hər yanda quş kimi.
Siri-sifəti daş kimi,
Əzilib
qırışmır adam.
Güc çatmayanda gücünə,
Heç kimi almır vecinə.
Zülmət çökübdür içinə,
Közərib alışmır adam.
Cızığından çıxıb
daha,
Batıb çirkaba, günaha.
Əlini
açmır Allaha,
Özünə yığışmır adam.
Böhtan
əkib, yalan biçir
Bilən yox nə yeyib-içir.
Könlündən Allahlıq keçir,
Adamla danışmır adam.
Ürəyim açıq qapıdır
Yalqız
dayanma sahildə,
Yel əsib
üşüdər səni.
Yuxunu sulara danış,
Oyaqdır, eşidər səni.
Gözlərində şəkili qalıb
Bu boz sifətli payızın.
Ürəyim açıq qapıdır,
Keç
içəri bir az qızın...
Ömür
Ötüb keçən anların
Hərəsi bir nişanda.
Seldən
də güclü olur
İnsan səbrı, daşanda.
Nə əbədi bahar var,
Nə də soyuq qarlı qış.
Dərd
özü də hardasa
Qəlbdə sellənən yağış.
Uralanır arzular,
Bircə anın içində.
Uzaqlara üz tutan
İIlər durna köçündə.
Açarı tapılmayır
Pas atan qıfılların.
Damcılayır ürəyə
Göz yaşı
narın-narın.
Bəxtin
qıl körpüsündən
Adlayıb keçmək olmur.
Zülmətin uzununu -
Enini ölçmək olmur...
Kədərli-qəmli anlar
Zəhər kimi acıdır.
Həyat
tapdanmış cığır,
Ölüm yol ayrıcıdır.
Qış
lövhələri
Ağarıb bənizi torpağın daşın,
Ağaclar dikəldə bilməyir başın.
Sərt keçən ayazlı-şaxtalı qışın
İlahi bir saflıq var havasında.
Yamacda zümzümə edir bulaqlar,
Bağlıdır hər yanda yollar-yolaqlar.
Soyuqdan titrəyib əsən budaqlar
Oynayır elə bil qar havasında...
lll
Səpir nur payını hey çəngə-çəngə,
Hər yanı boyayır ağappaq rəngə.
Dağlarla çıxıbdır savaşa-cəngə,
Qan tutub gözünü qışın elə bil.
Şaxtada, sazaqda qovrulur meşə,
Yelli gədik düşür hərdən təşvişə.
Yamacda tufanla gəlir döş-döşə,
Əcəli çatıbdır daşın elə bil.
Zülmətə qərq olub duman da, sis də
Zümzümə eyləyir bulaq ahəstə.
Sərilib qayanın sinəsi
üstə,
Şəlalə itirib huşun elə bil.
525-ci qəzet 2017.- 25 iyul.- S.7.