Palıd ömrü -
(Şeir)
(İlisu dağlarında Sadıq baba (Murtuzayev) zirvəsinin 90 yaşı humayun olsun)
Meşədə təbiət ildırım
oynadanda ildırıma
sinə gərib kömürləşən, külə
dönüb meşəni
xilas edən palıd ağacı olur.
Sadıq
baba, kəklik otu dərəndə,
Süsənbəri gündöyənə sərəndə,
Ağmayalar süd yuxusu görəndə,
Hərdən Şamil qalasını
yad elə,
Hacı Murad talasını şad elə.
Sadıq
baba, çoban qoyun sağanda,
Dağlar
qızı yəhər
üstə doğanda,
Kəlimətsiz qəhər səni
boğanda,
Həsrətini at alova, sal buza,
Rəvamıdır, atəş suya uduza?!
Sadıq
baba, dağ günəşə yaxındı,
Gül balalar halal varın,
yoxundu,
Nəcabətin xalçalara toxundu,
Dünya
qopsa, qəlbin dağdan üzülməz,
Lampan nurdan, piltən yağdan üzülməz.
Sadıq
baba, doğma diyar təşnədi,
Zirvələrin Qırat kimi kişnədi,
Ellər
bilir, səni üzən şiş nədi,
"Can"
deyənə rahat güzar tapılmır,
Can verənə ucuz məzar tapılmır.
Sadıq
baba, dünya yalan püskürür,
Şəbədələr mürşidləri küsdürür.
Qoca Şərqin hər qarışı tüstüdü,
Xaçpərəstin yumurtası tərs gəlib,
Müsəlmanın avand işi nəhs gəlib.
Əyrilərdi düzə yara
vuranlar,
"Bükül" deyir, dizə yara vuranlar,
Köhnə dərdə təzə
yara vuranlar
Keçmişləri yada salır ötərgi,
Gələcəyin onlar üçün nə fərqi?!
Sadıq
baba, quyu qazan olmadın,
Pisliyi də pisə yozan olmadın,
Həyat
verdin, həyat pozan olmadın,
Əhdin
vətən, andın
millət eşqidi,
Ülviyyətin haqqın zəfər məşqidi.
Yaradanın yaraşığı həyatdı,
Qəmin dəmlə qarışığı həyatdı,
Təzadların barışığı həyatdı,
Sağ qanadın Mustafa bəy Kamaldı,
Sol qanadın Əbdül
Nasir Camaldı.
Sadıq
baba, fürsət qaçıb nəzərdən,
Qeyrət umur Qara dəniz
Xəzərdən.
Anadolu Şərq deməkdi əzəldən,
Ya vaxtında güneyləri
dərk edək,
Ya indidən
qüzeyləri tərk
edək.
Yayınmısan neçə gizli
maşadan,
Dərs
almısan Ulu Öndər Paşadan,
İlahidir səni nikbin yaşadan,
Bilirsənmi, daşın niyə ağırdı?
Çünki kinin və qəzəbin
fağırdı.
Kimisini baş ağrısı incidir,
Kimisini daş ağrısı incidir,
Səni
yalnız yaş ağrısı incidir,
Həm atəşdi, həm kömürdü varlığın,
Bir könüldə
min könüldü varlığın.
Murad BAYKAL
525-ci qəzet 2017.- 25 iyul.- S.4.