TÜRKSOY-un Gənclər Orkestri Balkan turunda

 

Türk dünyasının müxtəlif ölkələrindən seçilmiş gənc istedadlardan ibarət TÜRKSOY Gənclər Orkestrinin Balkan turu başlayıb.

 

AZƏRTAC xəbər verir ki, Türkiyənin Ankara şəhərində bir araya gələrək 10 gün ərzində hazırlaşan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə, Rusiya Federasiyasının Başqırdıstan Tatarıstan respublikalarının gənc sənətçiləri Balkan turu çərçivəsində ilk konsertlərini Makedoniyanın Üsküp şəhərində verib.

 

Konsertə Türkiyənin Makedoniyadakı səfiri Tülin Erkal Kara, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Azərbaycanın Türkiyə Makedoniyadakı səfiri Faiq Bağırov, türk qurum təşkilatlarının nümayəndələri yerli sakinlər qatılıb.

 

Türk respublikaları arasındakı diplomatik əlaqələrin 25 illiyinə həsr edilən konsertin açılışında çıxış edən Tülin Erkal Kara türk dünyasının UNESCO-su adlandırılan TÜRKSOY-un yarandığı gündən bu günədək gerçəkləşdirdiyi tədbirlərlə türk xalqlarının qardaşlığını gücləndirmək, türk mədəniyyətini dünyaya tanıtmaq gələcək nəsillərə gözəl bir miras qoymaq üçün çalışdığını söyləyib. TÜRKSOY Gənclər Orkestrinin bir həftəlik Balkan turuna çıxdığını vurğulayan Tülin Erkal Kara konsertə ev sahibliyi etməkdən məmnunluğunu dilə gətirib.

 

Düsen Kaseinov isə TÜRKSOY-un yaranandan bu günə kimi türk mədəniyyət xəzinəsini qorumaq gələcək nəsillərə çatdırmaq istiqamətində üzərinə mühüm vəzifə götürdüyünü bildirib.

 

"Musiqi mənəvi dünyamızı əks etdirən ilham mənbəyimizdir", - deyən D.Kaseinov burada olmaqdan məmnunluğunu ifadə edib. Türk respublikaları arasında diplomatik əlaqələrin yaranmasının 25 illiyini qeyd etdiklərini vurğulayan baş katib, konsert vasitəsilə türk dünyasının musiqi mirasının tanıdılmasına, mədəniyyətlərarası sülh, dostluq dialoqun möhkəmləndirilməsinə töhfə verəcəklərinə inandıqlarını deyib.

 

Anvar Akbarov (Qazaxıstan) Mustafa Mehmandarovun (Azərbaycan) rəhbərliyi ilə dünya klassikləri ilə yanaşı, türk dünyası bəstəkarlarının əsərlərinin səsləndirildiyi konsert dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

TÜRKSOY-un Gənclər Orkestri Makedoniyadakı ikinci konsertini Ohri Yazı Festivalında verəcək. Orkestrin Balkan turu digər ölkələrdəki konsertlərlə avqustun 2-dək davam edəcək.

 

525-ci qəzet 2017.- 27 iyul.- S.7.