Azərbaycan Xalq Cümhuriyyətinin 100
illiyi qarşısında
Şirməmməd
HÜSEYNOV
Neçə
min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil dövlətimizi - Xalq Cümhuriyyətini
yaratmış, qısa müddətdə olsa da, şərəflə
yaşatmış və dünyaya tanıtmış istiqlal
mücahidlərimiz məcburi fasilə dövründə
mühacirətdə nələr yazmış, nə düşünmüş,
bizlərə nəyi vəsiyyət etmişlər - oxuyaq,
düşünək, bu günümüz üçün fəxr
edək!
ÖGRƏDƏN
BİR MÜSİBƏT!..
Min
öyütdən bir müsibət yekdir...
Xalqın
sınanmış təcrübələr nəticəsində
söylədigi vəcizələrdən birisi də budur! Bu vəcizədəki
böyük həqiqəti biz azərbaycanlılardan dərk
etməyənlər var idisə böyük nisan
müsibətindən sonra onun ifadə etdigi hikməti anlamayan
qalmadı, zənn edəriz.
Bundan doqquz sənə əvvəl, 27 nisana (aprelə) təsadüf
edən bir gündə Azərbaycan xalqı müsibətin ən
böyügünə və faciələrin ən fəciinə
məruz qaldı. İstiqlalını qeyb etdi. Sənələrdən bəri bəkliyərək
hənuz kovuşduğu hürriyyət və hakimiyyətinə
təkrar həsrət qaldı.
İstiqlalını qeyb etmək, hürriyyət və
hakimiyyətinə həsrət qalmaq... bundan da böyük
bir müsibət olurmu?!
Sözdən anlayanlara bu müsibətin Azərbaycana
verdigi maddi və mənəvi təxribatı uzun-uzadıya
saymaq ehtiyacı yoxdur. Hələ 4 gün əvvəlisi qurtuluş
gününü təsid etməklə məsud olmalarına rəğmən,
istila nə olduğunu unutmamış bulunan Türkiyə vətəndaşlarına
bu xüsusda fəzlə təfsilat verməyə lüzum belə
yox!
Sevr
müahidəsini doğuran müsibət, bir az
sonra, Türkiyəyi müəyyən şərait nəticəsində
23 nisan zəfərinə gətirdi. Sevr müahidəsinin
Türkiyə Cümhuriyyətinin təsisində
oynadığı rolu 27 nisan hadisəsi Azərbaycan
Cümhuriyyətinin qurtuluşunda görə biləcəkmidir?
Bu suala
cavab verə bilmək üçün istila sənələrinin
Azərbaycan cəmiyyəti üzərinə icra etdigi təsirlərlə
bunların inkişafındakı hərəkət və
istiqaməti seyr etmək lazım!
Bu seyr bizə nə göstəriyor? Onu tədqiq
edəlim.
Budəfəki rus istilası - məlum olduğu üzrə
ələladə bir istila degildir. Komunizm prinsiplərini
tətbiq şüarı ilə gələn bu qüvvət
eyni zamanda bir ixtilal qüvvəti idi. Bu
qüvvət kəndinə məxsus bir surətlə Azərbaycandakı
ictimai münasibatı alt-üst etdi. Həddi-zatında
hərəkətdə ağır bulunan və əlavə
olaraq, kəndisinə hərəkət vermək
üçün çar idarəsi tərəfindən
heç bir şey görülməyən Azərbaycan
köylüsü istər-istəməz hərəkətə
gəldi. Bu hərəkət, istila
qüvvətinin yabançı olması etibarilə bir
komunist olması etibarilə də iki dəfə
yağmaçı bir qüvvət olduğunu köylüyə
göstərdi. Komunistlərin kəndi təbirincə
“Köylü Azərbaycan” “Proletar (oxu rus) Bakı”ya
qarşı “qafa tutmaya” başladı. Öylə
bir tutuş ki, təfsilatı keçən nüsxələrimizdə
olduğu kibi, qismi məxsusumuzda dəxi qeyd edilmişdir.
Azərbaycan köylüsü artıq yalana inanmıyor,
o mülkiyyət, hürriyyət və istiqlal müdarilə
bu ümdələri tərviç edənləri arıyor. Yabançı
və müstəvli gördügü bolşeviklərə
könül xoşluğu ilə ərzaq satmamaq və vergi
verməməklə müqabilə ediyor. Bu
müqabilə iqtisadi passif sahədən çıxaraq,
şimdi siyasi aktiv bir şəklə girmişdir. Şöylə ki, sovet seçkiləri əsnasında
köylünün bu fəaliyyəti bizə zəbt olunan
komisyonlar, yıxılan “sovxozlar”, öldürülən
komunistlərdən bəhs ediyor.
Xalqın əsil kütləsini təşkil edən
köylünün bu ruhi haləti bolşeviklərin “ufaq
burjuva” dedikləri mütəvassid şəhər xalqı ilə
bu xalqdan yetişən milli münəvvər zümrə
üzərinə də təsir yapıyor. Azərbaycan gəncligi
istila idarəsinin müdhiş təkibatına rəğmən
mücadilə səflərinə yeni-yeni qəhrəmanlar
veriyor. O dərəcədə ki, keçəndə
ictima edən komunist konqrasında məruf rus uşağı
Qarayev, Azərbaycanda komunist gənclər arasında
“Müsavat” təşkilatı
açıldığını acı bir lisanla etiraf etmək
məcburiyyətində qalmışdır.
Köylülər kəndi əkdiklərinə bizzat
sahib olmaq istiyorlar, bunların kəndi əkinləri üzərindəki
istiqlal istəmələrinə müqabil münəvvər
gənclik sadə əkin yerinin degil, bütün vətənin
hürriyyət və istiqlalını tələb ediyor.
Qarayev
köylülərin bu müxalifətinə qarşı
onların “Komunist” firqəsindən “təmizlənmələrini”
tələb etdigi kibi, Mirzoyan da “komsomolları” 40%
“Müsavatçı” olduqları üçün təmizləmişdir”.
Azərbaycan cəmiyyətinin ictimai bünyəsində,
istilanın 9-cu sənəsində görülən bu
müqavimət o cəmiyyətin ruhi qivamını təmin
etməkdir.
Artıq 27 nisan dərbəsinin təsirilə gözlərindəki
yaşlara yol verən passiflər degil, mübariz Azərbaycan
nəslinin ruhiyyatına hökm edən zümrə, göz
yaşlarını toplayaraq, bunu günün birində dəhşətli
bir tərəkeylə partlayacaq milli xilas hərəkatı
halına qoymaq istəyən, idealist, aktiv zümrədir!
27 nisan müsibətinin Azərbaycana
qazandırdığı bir şey varsa, o da bu fədakar
zümrəyə sahib oluşudur!
Komunist rejiminin və qızıl rus istilasının həpimizcə
məlum yaşadığı bu böhranlı günlərdə,
biz milliyyətpərvərlərə düşən vəzifə
bu zümrə ətrafında birləşmək, onu qüvvətləndirmək,
onun zəfər və qələbəsini təmin etməkdir.
Bunu yapmaq iqtidarında olanlar tarixi müsibətdən
ögüt ala bilmiş olanlardır.
Bir
müsibəti daha həqq etmək istəmiyorsaq 27 nisan
müsibətinin verdigi ögütü iyicə
xatırlayalım!..
M.Ə.Rəsulzadə
”Odlu-Yurd”,
27 nisan (aprel) 1929, ¹ 3
Vəcizə
- qısa deyim
Qivam -
duruş, varolma
Həqq -
doğru, gerçək
TARİXDƏ
AZƏRBAYCAN-RUS MÜNASİBATI
I
Kəlmənin geniş mənasilə Azərbaycan (1) və
rus münasibatının hankı tarixdən etibarən
başladığı haqqında Avropa alimləri müttəhid
degildirlər.
Daha bir qaç əsir əvvəlləri bu
mövzua təmas edən müxtəlif ərəb, əcəm
və erməni müvərrixləri kəzalik bu sahəyə
aid mütexalif məlumat verməkdədirlər. Hətta bəzən eyni dövrdə yaşayan iki
müvərrix eyni siyasi hadisə haqqında ya yekdigərini cərh
edən məlumat vermiş, yaxud da birisinin bəhs etdigi
mühüm hadisəyi tamamilə məsqut keçmişdir.
Bununla bərabər ilk Azərbaycan-rus siyasi
münasibatının başlanğıcını məxəzlərin
fakir və məhdud olmasına rəğmən, müəyyən
bir tarixə rəbt etmək imkanına malikiz. Son
zamanlarda Azərbaycan haqqında tədqiqatda bulunub dolayısilə
bu mövzuya dəxi təmas edən rus akademisi rəisi
professor Bartold (2) kəndi sələfləri Melqunov (3) və
Abasqulu Ağa Bakıxanovun (4) ərəb müvərrixi Məsudiyə
(5) istinadən verdikləri məlumata yeni heç bir şey əlavə
etməmişdir. Bu etibarla Bartold Azərbaycana
qarşı ruslar tərəfindən ilk icra edilən hərəkət
olmaq üzrə miladi 913-914 sənələrində vaqe olan
axını qəbul etmişdir. Halbuki Məsudinin
bəhs və müfəssəl məlumat verdigi bu siyasi hərəkətdən
daha əvvəlləri rusların Azərbaycan sahillərinə
qarşı təərrüzdə bulunduqlarına dair məlumata
qismən olsun vaqifiz. Yalnız Bartoldun Darnin
(6) əsərindən bəhs etməməsi şayani-diqqətdir.
İlk Azərbaycan və rus siyasi münasibatı vaxtən
880 miladi sənəsindən etibarən başlıyorsa da biz
daha əvvəlləri Bəhri-Xəzər təriqilə
bunların Şərqlə ticarət etdiklərini biliyoruz. Təqribən daha VII, VIII əsirlərdə
Rus tacirləri Volğa və Don nəhirləri vasitəsilə
Xəzər dənizinə enmiş və Qafqasiya, İran
yoluyla ta Bağdada qədər mal göndərmişlərdir.
Bu ticarəti ruslar daha III əsirdən etibarən
Bəhri-Xəzər sahillərində yerləşib
buranın ilk oturaq əhalisini təşkil edən xəzərlər
vasitəsilə icra edə bilmişlərdir. Bilaxirə VI və IX əsirlər zərfində xəzərlərin
hakimiyyətinin ən yüksək dövrü idi ki, Bəhri-Xəzərdə
bunların isminə izafə edilmişdir. Rusların
bu xəzərlərlə ticari münasibatda bulunduqları
tarixəndə tövsix edilmiş bir qəziyədir.
Ümumiyyətlə, Bəhri-Xəzər və Dərbənd
şəhri o dövr ticarət yolları mühimmindən
biri olaraq ədd edilməkdə idi. Bilxassə bu yol ərəb
və əcəm ticarətinin ana xətti idi. Bu nöqteyi-nəzərdən Bəhri-Xəzər
coğrafi mövqei dolayısilə Şərqlə Rusiyanın
arasındakı ümumi və ticari münasibatın ən əlverişli
bir mərkəzini təşkil eyləmişdir. Ayrıca “İdrisi” və “İbn Haukel” kibi ərəb
mühərrirləri Bəhri-Xəzər ticarəti məsələsinə
təmas etmişlər. Digər tərəfdən
axirən Moskva civarında icra edilən arxeoloji xəfriyat nəticəsində
rus-ərəb ticarətini tövsik edən bir çox sikkələr
əldə edilmişdir. Bu kibi sülhən
icra edilən ticarət mübadiləsindən istifadə edən
ruslar şübhəsiz müaxirən tərtib eylədikləri
axınlar üçün kəşfiyyatda bulunmuşlar.
Hər halda Bəhri-Xəzər sahili ruslar
üçün o qədər də yabançı degildir.
Yağma məqsədilə Bəhri-Xəzər sahilinə
ruslar tərəfindən icra edilən ilk səfər
aşağı-yuxarı 880 sənəsinə müsadifdir. Bu hadiseyi tənvir
və tövsix edəcək tarixi məlumatın əlimizdə
pək əndər olması bu xüsusda fəzlə izahata
girişməmizə mane olmaqdadır. Hətta “Təbəri”
və “Məsudi” kibi ərəb müvərrixləri
yalnız 909, 913, 943 və 968 sənələri rus səfərlərindən
bəhs edərək, ilk dəfə vüqu bulan 880
axınını tamamilə məskut keçmişlər. Zahirəddin ki, əsərini 1476-77 sənələrində
ikmal etmişdir isə 2-ci rus səfərindən bəhs edərək
birinci axına heç təmas etməmişdir. Məsudinin bəhs etdigi 913 səfəri haqqında
kəzalik Zahirəddin heç bir məlumat vermiyor. İkinci səfərdən bəhsdə də
olduqca səthidir.
Bundan maəda 968 sənəsi axınından 1175 sənəsinə
qədər davam edən dövrənin bizi əlaqədar edəcək
siyasi vaqeələr haqqında heç bir ərəb və əcəm
müvərrixlərindən qeydə təsadüf edilmiyor. Azərbaycan-rus
siyasi münasibatının bu dövrdə ərz etdigi səfərlər
məəttəəssüf şimdilik məchuldur.
İlk
rus axınlarına gəlincə, 913-914 səfəri
haqqında müfəssəl məlumat verən Məsudinin,
rusların ilk icra etdikləri axın əsnasında külli
qüvvətlərlə olmayıb ufaq bölükcüklərlə
gəldiklərini fəqət sonra 913-914 səfərində
isə əvvəlcə gördükləri acı təcrübədən
bilistifadə bütün qüvvətlərilə gəldiklərini
qeyd edən rusların Bəhri-Xəzər sahillərinə
daha əvvəldə gəldiklərini istintac edə biliriz. Lakin bu əvvəlki səfərlərin hankı sənədə
vaqe olduğu haqqında Məsudidə bir qeyd mövcud
degildir. Dorn dəxi bu səfərə
yanaşmamışdır. 880 sənəsi
haqqında bizə tarixi yeganə məlumat verən zat “Tarixi
Təbəristan” müəllifi Muhamməd ibni Həsən
İsfəndiyardır (3). Mümaileyh “Amedanı Rusan əzdərya
betara ke Təbəristan” bəhsində bilxassə ikinci yəni
909 sənəsi rus səfərini izah edərkən “bu sənə
yəni (1909-10) 297 sənələrində ruslar 16 gəmidən
ibarət olaraq tıbqı Həsən ibni Zeydin (4)
dövründə (864-884) olduğu kibi Bəhri-Xəzərə
gəldilər və “Abaskun”na qarşı hücuma
başladılar. Həsən ibni Zeyd onlara
qarşı ordu göndərərək rusları kamilən
imha etdi. Bu sənədə (1909-910) 297 onlar (ruslar)
Abaskun və dənizin ötəki sahilində bir çox yerləri
təxrib, yağma və bir çox islam əhalisini
də qətlə müvəffəq oldular. Bir
sənə sonra ruslar daha külli bir qüvvətlə gələrək
Sarı şəhrini yaxdılar və bir çox kimsələri
imha etdikdən sonra bir qismi “Dilman”a getdi, bir qismi də dənizdə
qaldı. Gilan şah gecələləyən
dəniz kənarına gedilməsini, gəmilərin
yandırılmasını və rusların imha edilməsini əmr
etdi. Şirvan şah (3) bu keyfiyyətdən
xəbərdar olaraq dərhal dənizdəki rusları əhatə
etmiş və onları tamamilə imha eyləmişdir.
Böyləcə rusların bu cəhətdən
axınlarına bir nəhayət verdi.
Bu ilk iki (880 və 909, 10) rus axınına dair məlumatı
təhlil edincə bunların doğrudan doğruya Azərbaycana
qarşı mütəvecceh olmadığını
görmüyoruzsa da, siyasi bir hərəkət olması həsəbilə
o dövrdəki Şirvan Şahlığını əlaqədar
etmiş və hətta Şahın müdaxiləsinə icab
etdirmişdir.
Ruslar 880 sənəsi axınına əvvəlcə
“Abasükum”u yəni bu günki İranın Bəhri-Xəzər
sahilini və sonra da dənizin ötəki sahilini yağma
etmişlər. Əcəba bu təbir təhdində
hankı məmləkət qəsd edilmişdir. Şayət burası Taberistana aid olmuş olsaydı
şübhəsiz Həsən ibni İsfəndiyar bunu kəndi
əsərinə qeyd etmiş olurdu. Çünki müəllifin
kəndisi əsli etibarilə Taberistanlı olub əsərini
məmləkətinə qarşı hiss etdigi mərbutiyyətən
dolayı yazmışdır. Digər tərəfdən
Şirvanşahın işə müdaxilə etməsi bu
axını ona qarşı dəxi vaqe olduğu qənaətini
bəxş etdirməkdədir. Bu təqdirdə
dənizin ötəki sahili taxtında Azərbaycanın bir
qismi qəsd edilmişdir. Şayət bu
doğru olmasa belə Şirvan şahın müharibəyə
iştirakı Azərbaycan və Rus münasibatının bir
mərhələsini təşkil eylər.
Cərəyan edən bu iki hadisə rusların Bəhri-Xəzərə
qarşı icra etdikləri axınların mahiyyətini
tamamilə tənvir edər. Ruslar bu hərəkətləri ilə
yalnız sahil boyundakı sülhpərvər və müdafiəsiz
islam əhalisini yağma və talan
etmişdir. Dorn isə məəttəəssüf
bu hırsız axınlarından ruslara bir şərəf
hissəsi ayırmaqdadır. Ona nəzərən
ruslar bu axınları ilə məharət, cəsarət və
qəhrəmanlıq göstərmişlər (5). Bartold isə, əksinə olaraq, rusların
müdafiəsiz Bəhri-Xəzər sahili əhalisini
amansızca yağma etdiklərini etiraf etməkdədir. Zatən bilaxirə bəhs etdigimiz digər
mühüm rus axınları da bizə rusların degil mədəni
vəzifə ilə, biləks təxribkar bir məsədlə
gəldiklərini tamamilə göstərəcəkdir.
Dr.
Ə.Cəfəroğlu
”Odlu-Yurd”,
2-ci təşrin 1929, ¹ 9
1) Azərbaycan
təbiri təhtində yalnız müstəqil Azərbaycan
Cümhuriyyəti qəsd edilmişdir. Əskidən
buraya Şirvan şahlığı və yaxud “Aran”
ünvanı verilmişdir.
2) Mesto Prikaspiyskix oblastey v istorii musulmanskoqo mira. Baku, 1924.
3) Das Südliche Ufer des Kaspischen Meeres. Leipzığ,
1868.
4)
Gülüstani İrem. Bakı, 1926.
5) Livre
des prairies dof barbierde Meynard et Pavet de
Gourteille, t. II. Paris, 1863, s. 18-19.
6) Kaspiy.
O poxodax drevnix russkix v Tabaristan. Zapiski Akademii Nauk. Peterburq, 1875, cild 26.
------
1)
Rasmussen: Essai historique et Ceoğraphique sur le comerce et les
relations des Arabes et des Persan aveg la Russie et la Scandinavi durant le moyen
age, journal Asiatique, 1824, Ociabre, s. 300.
2) Əvvəlcə
“Spilgel” və “Üzel” tərəfindən istifadə edilən
bu əsər Dornun da nəzəri diqqətini cəlb
etmişdir. Tərcümə etdigim
aşağıdakı parçada Dornun Kaspiya ünvanlı məqaləsindən
alınmışdır.
3) Həsən
ibni Zeyd “Dai Kəbir” ləqəbilə məşhurdur. Əmuldan Corcana qədər imtidad edən sahə
yedi hakimiyətin də idi. Zetschrift der Deutsch Morgen
Cesellschaft, t. 4, s. 62.
4)
İsmi Əli bin Yusemdir.
5)
İbid, s. IV.
Müttəhid
- birgə
Kəzalik
- həmçinin, eləcə də
Mütəxalif
- bir-birinə uyğun gəlməyən
Cərh -
təkzib, yaralama
Müsadif
- təsadüf edən, rast gələn
Əndər
- ən nadir, daha nadir
İstintac
- nəticə çıxarma
Mütəvecceh
- yönələn, üz tutan
(Əhməd Cəfəroğlu 1899 ilində Gəncə
şəhərində anadan olub. 1919-da Azərbaycana
yardıma gələn Osmanlı ordusuna qatılaraq Türkiyəyə
getdi. Bakı Universitetində başladığı
türkoloji təhsilini 1924-də İstanbul Unversitetində
tamamladı. Sonralar Berlin Universitetində
doktorluq müdafiə edib İstanbul Universitetinin professoru olub.
Görkəmli tarixçi alimdir. 1975-də İstanbulda vəfat edib - Ş.H.)
AZƏRBAYCANDA
VƏZİYYƏT
Şəki
asilər əlində ikən...
Xüsusi müxabirimizin verdigi məlumata görə,
şəki 10 gün asilər əlində
qalmışdır. Şəhəri aldıqları zaman
milliyyətpərvərlərin yalnız bir qismi şəhərə
girmiş, digər qismi isə şəhər xaricində
durmaqda davam eyləmişdir. Şəhərə
daxil olan qüvvət hökumət idarələrini təslim
almış və ələ keçən komunistlərlə
“Çeka” məmurlarını dərhal
öldürmüşlərdir. Şəhərdə
olan 120 nəfərlik rus əskəri qüvvətini əsir
edərək fövqəladə hörmətlərlə
saxlamışlar. Milliyyətpərvərlər şəhərdə
qaldıqları müddətcə hər gün mitinqlər tərtib
edərək proğram və məqsədlərini ətraflı
surətdə xalqa izah eyləmiş, demişlər ki:
- Biz qarətkar
və yağmaçı degiliz. Məqsədimiz
müstəqil və hürr Azərbaycan yaratmaq və
rusları Azərbaycandan çıxarmaqdır.
Şəhri
müharibəsiz tərk edərək Zaqatala dağlarına
çəkilən asilər əsir aldıqları 120 rus əskərini
dəxi azad edərək onlara demişlər ki:
- Biz sizləri
öldürə bilərdik. Fəqət
öldürməyib sərbəst buraxıyoruz ki, vətənimizdə
qalmayıb Rusiyaya gedəsiniz. Geddiginiz
zaman digər ruslara dəxi anlatınız ki, biz Azərbaycanı
müstəqil və hürr görmək istəriz. Biz istiyoruz ki, ruslar vətənimizdən
çıxıb getsinlər. Əgər
kəndi arzuları ilə Azərbaycanı tərk etməzsələr,
zorla çıxaracağız.
Asilər şəhərdə heç bir qarət
yapmamışlar. Batan ticarətxanələri və bankları
möhürliyərək əhaliyə
tapşırmışlar və gedərkən son mitinqdə
xalqa demişlər ki:
- Biz
müvəqqəti olaraq gediyoruz. Fəqət
tezlik ilə yenə gələcəgiz. Bu
sərvət və paraları sizə əmanət
buraxıyoruz. Bizdən sonra gələcək
sovet məmurlarına deyiniz ki, bu sərvət Azərbaycanın
milli sərvətidir və alıb sahibinə vermək
üçün “Müsavatçılar” yenə gələcəklərdir.
Komunistlər belə hərəkətin bir təşkilat
idarəsi altında olduğunu təsdiq ediyorlar. Şəki-Zaqatala
partizanları kəndilərinə “Müsavatçı”
adını verməkdə və o təşkilat naminə hərəkət
etdiklərini iddia eyləməkdədirlər.
Dağlarda qurultaymı?
Milliyyətpərvərlərin, böylə,
böyük qurbanlar və qanlar müqabilində sahib
olduqları şəhəri qansız və hərbsiz buraxaraq
Zaqatala dağlarına çəkilmələri ətrafında
müxtəlif şayiələr dövran eyləməkdədir. Müxtəlif şayiələr
içərisində ən qüvvətlisi xalq nəzərində
həqiqi bir milli qüvvət olduğunu nümayiş
etdirdikdən sonra partizan qüvvələrini məhv etməmək
və daha iyi hazırlanaraq Gürcü və Dağıstan
ilə bərabər hərəkət üçün
müştərək plan tərtib eyləməkdir.
Dövran edən şayiələrə görə
Zaqatala dağlarında Azərbaycan, Gürcüstan,
Dağıstan və erməni partizan müməssillərindən
ibarət bir qurultay dəvət edilmiş və bu qurultayda gələcək
müştərək, qəti hərəkətin
proğramı cızılmışdır.
Bu plan mövcibincə ən yaxında Dağıstan, Azərbaycan
və Gürcüstanda böyük müsəlləh qiyam
vüqu bulacağı təxmin edilməkdədir.
Gəncə-Bakı
arasında
Gəncə ilə Bakı arasında dəmir yolunda
asayişin tamamilə pozulmuş olduğu xəbər verilməkdədir. Mayısın ortalarında
Bakıdan gələn bir qatar Yevlax ilə
Kürdəmir arasında partizanların basqınına məruz
qalmış, içində qızıl ordu nəfərlərilə
“Çeka” məmurları tamamilə qətl edilmişdir. Bu qatarlarla Zaqatalaya yeni rus qüvvətləri
sövq ediliyordu.
Kommunistlər
qaçıyorlar
Həziran başlarında Azərbaycandan
çıxanların anlatdıqlarına görə Azərbaycan
köylərində kommunistlər amansızca
öldürülməkdədir. Qəzalarda olan
komunistlər Bakıya çəkiliyorlar. Köylərə göndərilən münəvvərlər
və əmələ qurupları getməkdən imtina etməkdədirlər.
Vedibasarda
qara bayraq
Zəngi-Basar, Vedi-Basar, Gergi-Basar və Naçevan tərəflərində
üsyan məntəqəsində olan köylərdə qara
bayraq çəkilmiş olduğu hüdud boyunda olan
müxabirlərimiz tərəfindən xəbər verilməkdədir. Çünki
üsyan rəisi Abasqulu Ağa qətl edilmişdir. Matəmdə erməni köyləri də
iştirak etməkdədir. Abasqulu Ağanın qrupunda
olan köylərdən 80 kişi 17 tələfat
vermək müqabilində Türkiyəyə keçməgə
müvəffəq olmuşlardı. Ruslar Araz
boyunda hüdudu keçərkən öldürdükləri
17 köylünün meyitlərini günlərcə səhrada
buraxmışlardır. Türkiyəyə
keçməgə müvəffəq olan 63
köylünün söylədiklərinə görə
Abasqulu Ağa daşnaqlar tərəfindən qətl
edilmişdir. Və bu hadisədən
daşnak olmayanerməni köylərinin nifrətinə mucib
olmuşdur.
Abasqulu Ağa neçün öldürüldü?
Hər kəsdən
ziyadə bolşevikləri sevindirəcək olan bu qətl
hadisəsinə daşnaqlar nədən müraciət
etmişlər?..
Abasqulu
Ağa rus ixtilalından sonra əksəriyyəti türk olan
Erivan vilayətində “süni bir erməni əksəriyyəti”
yaratmaq üçün türk köylərini yer ilə
yeksan etməgə başlayan daşnaqlara, onların “qəhrəmanı”
androniklərə 2 sənə müqavimət eyləmiş,
bu yerlərdə türkün mövcudiyyətini mühafizəyə
müvəffəq olmuşdu.
O zaman
Erivan vilayətində, Mavərayi-Qafqasya Seyminin xüsusi
komisyonu 200-dən fəzlə türk köylərinin məhv
edilmiş olduğunu təsbit eyləmişdi. Abasqulu
Ağa daşnakların şeytani tədbirlərinə
qarşı gəlmiş və bu sayədə Vedi və
Naxçıvan tərəfləri bu qətliamdan qurtarıla
bilmişlərdi.
Daşnaklar, şimdi, Abasqulu Ağanın ruslara
qarşı mübarizə etməsindən istifadə edərək
“intiqam” almışlar.
Abasqulu Ağaın öldürülməsindən
daşnak olmayan erməni köyləri dəxi çox mütəəssir
imişlər.
Gürcüstan
milliyyətçiləri
Xüsusi
müxabirimizdən aldığımız məlumata görə
mayısın sonlarında Tiflisdən Rusiyanın
şimalına sürülən 300 gürcü milliyyətçisi
Qazax tərəflərindən hərəkət edən 1000
kişilik partizanlar tərəfindən xilas edilmişlərdir.
Trendə milliyyətçiləri müşayiət
edən Çeka məmurları
öldürülmüşdür. Gürcü
millətçiləri asilərə iltihaq (birləşmə)
edərək dağlara çəkilmişlərdir.
Erivanda həbslər
Erivan vilayətində 130 türk milliyyətpərvər
həbsə alınmışlardır. Bunlar Rusiyaya
sürüləcəklər. Məhbusların
arasında Türkiyəyə keçməgə təşəbbüs
etməklə ittiham edilənlərdən Abas və Mehmet
Tağı bəylər də vardır. Mayısın
17-də bunlar sürüləcəklərdi. Fəqət Borçalıda və Qazax tərəflərində
dəmir yol xəttinin türk köyləri əlində
olması nəzərə alınaraq şimdilik təxir
edilmişdir.
Mühacirət
Ermənistanda
yaşayan türklərdən mayısın sonuna qədər
Türkiyəyə (İğdır təriqilə) 300 adam keçmişdir. Bunlardan
yalnız 50-si ailəlidir. Yerdə
qalanların ailələri o tərəfdə
qalmışdır. Zəngi Basar, Vedi Basar və Gərgi
Basarda 200 ailənin evləri imha və əmlakları zəbt
edilmişdir. Hüduda yaxın və uzaq yerlərdən
on minlərcə əhali gecə-gündüz Türkiyəyə
keçməgə hazırlaşıyorlarsa da bolşeviklər
hüdudda mane oluyorlar. Şimdiyə qədər
keçmək istəyənlərin çoxu ruslar tərəfindən
hüdutda öldürülmüşdür.
Bağırova
bomba atıldı
Aldığımız
məlumata görə Azərbaycan “Çeka”sının rəisi
və Azərbaycan qəzalarındakı köylü hərəkatını
tənkilə (cəza verməyə) məmur Çeka məfruzəsi
komandanı Mir Cəfər Bağırova Bakıda, Bakı
Darülfünunu tələbəsindən Həmzə B.
namında bir türk gənci Bağırovu götürən
avtomobilə bir bomba atmışdır. Bağırov
burada canın qurtarmağa müvəffəq olmuşsa da
yanında olan 3 çekist qətl edilmişdir.
Gəncədə
həbslər
Gəncədə
müəllimlər, tələbələr, münəvvər
və xalq arasında külliyətli həbslər ica edilmişdir. İçərisində
qızıl orduda olan bir qaç türk Azəri zabitləri
də olmaq üzrə miqdarları 4000-ni keçən
mevquflar (həbs olunmuşlar) Bakıya sövq edilmişlərdir.
Şuşa
hadisəsi
Şuşada son hadisələrdə bizzat iştirak eyləmiş
olanlardan İrana iltica edənləri ilə Qaradağ
müxbirimiz görüşmüşdür. Məlum oluyor
ki, üsyançılar şəhəri aldıqdan sonra həbsxanələri
açaraq bütün məhbusları xilas eyləmişlərdir.
Şuşanın silah deposu əskərləri
dəxi asilərə iltihaq etdigindən bütün silahlar
partizanlar əlinə keçmişdir.
Asilər bütün komunistləri kəsərərək
2 həftə şəhərdə hakim olmuşlar. Yalnız
Yevlaxdan gələn böyük rus qüvvətilə davam edən
qanlı müharibədən sonra şəhər təslim
olmuşdur. Ruslar şəhərdə
külliyətli həbslər icra eyləmiş və qətliam
yapmışlar.
Müxbirimizin qeyd etdiginə görə partizanlar
içərisində köylü qadınlar belə
iştirak ediyorlar.
Şuşadan dağlara çəkilən partizanlar
müqavimətlərində davam etməkdədirlər.
Tehran və
Azərbaycan üsyanları
Tehran müxbiri məxsusimizin verdigi məlumata görə
İran hökumət məhafili Azərbaycanda davam edən
qanlı üsyan hərəkatını təsdiq eyləməkdədir. Tehranda olan əcnəbi
dövlətlərin diplomatik məhafilində Azərbaycan
üsyanları haqqında ətraflı məlumat vardır.
Üsyanın Erivana qədər sirayət
etdigi, hətta Naxçıvandakı İran Konsulosunun
öldürüldügü şayiələri vardır.
İrana
mühacirət seli
Son hadisələrlə əlaqədar olaraq İrana
mühacirət seli artmaqdadır.
Biləsuvar
müxbirimizin verdigi məlumata görə 155 müsəlləh
və atlı azərbaycanlılar İrana keçmək istərkən
ruslarla atışmaya məcbur olmuşkən, nəticədə
mühacirlərdən 130 kişi ölmüş, 25-i
İrana keçə bilmişdir.
Səlyan qəzasının Şor Sulu və Xarış-Dalı köylərindən 10 ailə 6 tüfəngli ilə bərabər 40 at, 200 qara mal və minə qədər qoyunları ilə bərabər rus hüdud mühafizlərilə atışa-atışa İrana keçmişlərdir. Mühacirlər silahlarını təslim etdikdən sonra Talış-Mikili obasında sakin edilmişlər. Obanın rəisi Əbdül bəy mühacirlərə əlindən gələn yardımı əsirgəməmişdir. Muğanın Saatlı köyündən Hacı Mustafa bir çox ailələr və 200 qoyunu ilə İrana keçib. Canyarı elinin rəisi Fərzullah bəyin göstərdigi və hüduddan 50 kilometr kənarda olan bir obada oturdulmuşdur.
Ağdam qəzasından da 30 köylü Arazı keçərək Araz boyunda olan Tərzə-kənddə sakin olmuşlardır.
Hüdudu hər gecə 10-15 köylü keçməkdədir. Bu üzdən hüdud boyunda daima atışma eşidiliyor.
Bu günlərdə 250 qızıl əskər hüdudu keçərək İran hökumətinə təslim olmuşlardır. Bunun müqabilində ruslar 4 İran əskərini tutub götürmüşlər.
Çekistin ölümü
Aldığımız məlumata görə, Bakı köylərindən birində köylülərə nitq söylərkən Çeka məmurlarından Qənbər nam birisi qurşunla qətl edilmişdir.
İran-Azərbaycan hüdudunda
Donlanda intişar edən “Deyli Teleğraf” qəzetəsi 17 həziran (iyun) tarixli Təbriz müxbirindən alaraq dərc etdigi məlumata görə Azərbaycan köyləri külliyətli surətdə İrana keçmək istərkən hüdud boyunda rus əskəri hissələrilə köylülər arasında qanlı müsadimə vüqu bulmuşdur. Qaradağ səmtində bir qaç min Azərbaycan köylüsü Arazı keçmək istərkən qızıl ordu ilə hərbə girişməgə məcbur olmuş, nəticədə 20 qızıl nəfər 2 zabit öldürülmüşdür. Bakıdan hadisə mahalına 3000 qızıl ordu hissəsi cəlb edilmiş, eyni zamanda qızıl ordu süvari alayı Araz boyunda hərəkətə keçərək İran ərazisinə girmiş və İran köyünü yağma eyləmişdir.
Bolşeviklər telefon və teleğraf xətlərini kəsərək məruf simaları rehin olaraq, aldıqdan sonra Vinerdəki erməni evlərini dəxi yaxmışlardır.
Hüdudun mühafizəsi üçün İran hökuməti tədabir almaqdadır.
Son alınan məlumata görə mərkəzi Qafqasiyda yenidən üsyan qalqmışdır.
“Odlu-Yurd”, temmuz (iyul) 1930, ¹ 18
525-ci qəzet 2017.-
29 iyul.- S.20.