Bakıda "Jara" Beynəlxalq Musiqi Festivalı başlandı
Dünən Bakıda "Sea Breeze Resort" istirahət mərkəzində
ikinci "Jara" Beynəlxalq Musiqi Festivalına start verilib.
AZƏRTAC xəbər verir ki, festivalda
iştirak etmək üçün Bakıya
artistlər, musiqiçilər,
rəqqaslar və onları müşayiət
edən heyətlərlə
birlikdə 500-dən çox
qonaq gəlib.
Dörd
gün davam edəcək festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının
təsisçisi Sergey Kojevnikovdur.
Saat 19.00-da dünya
şöhrətli ifaçıların
Xəzərin sahilindəki
"Sea Breeze Resort" istirahət mərkəzində qırmızı
xalının üstündən
keçidi başlanıb. Festivalın
açılış mərasimində
məşhur estrada ulduzlarının
iştirakı ilə
Qala-konsert olub, 2017-ci ilin populyar hitləri
səsləndirilib. Festivalın
ilk günündə səhnəyə
Vera Brejneva, Qriqori Leps, EMİN, LOBODA, MBAND qrupu,
Ani Lorak, Valeriya, Qlyuk'oza, Anita Tsoy, Jah Xalib,
Maks Barskix, Potap və Nastya,
Yeqor Krid, MOT və başqaları çıxacaqlar.
İyulun
28-də birinci hissədə
Ani Lorak, Potap və Nastya,
Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu,
Slava, Alekseyev, Valeriya, Qriqori Leps, "Vremya i Steklo", EMİN, İrina Dubtsova, Qlyk'oza, Jasmin, Lev Leşşenko, Polad Bülbüloğlu və
başqalarının iştirakı
ilə Qala-konsert təqdim ediləcək. Konsertin ikinci hissəsində isə Sofiya Rotaru ən yaxşı hitlərini səsləndirəcək.
İyulun
29-da "Jara" Festivalının
səhnəsini Filip Kirkorov, A'Studio, LOBODA,
EMİN, Valeri Meladze, Ani Lorak, Dima
Bilan, Layma Vaykule, Kristina Orbakayte,
Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Fabrika, Albina Canabayeva, Maksim Qalkin, Qlyuk'oza, Alessandro Safina, Stas Mixaylov, Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər. Konsertin ikinci hissəsində Alla Puqaçova ən çox sevilən mahnılarını
ifa edəcək.
Festivalın sonuncu günündə - iyulun 30-da musiqi həvəskarlarını Qriqori
Lepsin yaradıcılıq
gecəsi gözləyir. Tamaşaçılara sürpriz duetlər, məşhur hitlərin yeni tərzdə ifası, bir-birindən parlaq musiqi nömrələri
təqdim olunacaq.
Həmin gün səhnəyə Sergey Lazarev,
IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Nikolay Baskov, Stas Mixaylov,
Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Qlyuk'oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Aleksandr Marşal və başqaları çıxacaqlar.
Xatırladaq ki, "Jara-2017"nin
aparıcıları Yana Çurikova,
Andrey Malaxov və Maksim Qalkindir.
Festivalda hər gün təxminən 35-40 solo və
duet səslənəcək. Bu il çoxsaylı tamaşaçı tutumu olan fan-zona yaradılıb,
VIP-masalar istisna olmaqla, 2 min oturacaq quraşdırılıb.
525-ci qəzet 2017.- 28 iyul.- S.4.