Mir Cəlalın mövzular,
ideyalar və obrazlar
aləmi
Allahverdi EMİNOV
(Əvvəli ötən sayımızda)
...Mir Cəlal necə yazırdı? Biz, təəssüf ki, sənətkar haqqında,
xüsusilə, onun poetikasından yazanda bu sualı qoymuruq.
Ədalət naminə, obyektiv səbəblər istənilən
qədərdir və başlıcası, müəllifin
öz yaradıcılıq
əzabları, sevincləri,
işləmək prinsipləri
barədə və sairələr, hətta bir hekayəsinin necə alınması barədə belə məktubları, qeydləri
yoxdur.
Görünür, şərqliyə məxsus
ədəbi mentalitet buna imkan verməmişdir. Halbuki yaradıcılığın
poetikasında belə
amillər misilsiz rol oynayır.
Mir Cəlalın 30-cu illər
yaradıcılığında öz potensial qüvvəsinə inamsızlığı,
əsassız təfərrüata
rəvac verməsi, dialoqların çoxluğu,
bədii ifadə vasitələrdən qeyri-qənaətcil
istifadə və s. hallar özünü göstərirdi. Lakin o, bu haldan tez
uzaqlaşa bildi və nəhayət, "Bir gəncin manifesti" romanına gəlib çıxdı:
1938.
Mir Cəlalda gəncliyindən
satirik ovqat, şən ritm-ahəng vardı; eyni zamanda o, idrakın gücünə arxanlanırdı,
zəkanın yenilməzliyinə
inanırdı. O, milli və rus maarifçiliyini
mənimsəmişdi, ideyalarının
mahiyyətini düzgün
qiymətləndirmişdi. Və onun
dünyagörüşündə, maarifçiliyin tarixi-sosial
nikbinliyi hiss olunurdu.
Mir Cəlalın yaradıcılığının
ümumi kontekstində
maarifçilik ideyaları
bədii təbliğatçı
kimi də missiyaya malikdi və mövcud sosial quruluşun qeyri-təbii, daha doğrusu, insan təbiətinin özünə
zidd kəsilən bir ideologiya kimi nəzərdən keçirirdi və bu ənənə A.A.Bakıxanovdan, M.F.Axundovdan,
Q.Zakirdən, M.Ə.Sabirdən,
C.Məmmədquluzadədən, Ə.Haqverdiyevdən, N.Vəzirovdan
qaynaqlanırdı. Bundan faydalanan
M.Cəlal dövrünün
sosial-ictimai əxlaqının,
adət-ənənələrinin satirik komediyasını yaratdı. Onun böyüklüyü onda idi, Sovet
gerçəkliyinin mühüm
ziddiyətlərini, problemlərini
görürdü, gülürdü
və təqdim edirdi. O, hakim əxlaqın
diqtə etdiyi hadisələrdən, insanlardan
sadəliklə danışırdı.
Amma səsini gur çıxara bilməzdi, tənqidində
"yuxarı"nı
aşağı endirə
bilməzdisə, əsəri
üçün səciyyəvi
olan bədii təəssüratından qaçmırdı.
Obrazlarını qabarıq təsvir
edirdi, oxucu diqqətini yayındırmırdı,
hətta xırda detallara yönəldirdi.
Gülməli, düşünməli
məqamlara diqqət edirdi və bunları lirik yumoruna bükürdü:
-"Necə olub
ki, siz indi
başlayırsınız.
-Şair görünür
başa düşməmişdir.
-Çoxdan yazırsınız?
-Xeyr, olar-bir-iki il.
-Nə əcəb belə gecikmisiniz?
-Xeyr gecikməmişəm,
işdən çıxmışam.
İstəyirəm sinəmi boşaldam.
Heyifdir, əsərlərim xalqa məlum olsun, ancaq ki, mane olurlar.
-Kim mane olur?
-Paxıllar, gözü götürməyənlər"...
Bu epizod "Gənc
şairin ərizəsi"
hekayəsindən götürülmüşdür
və istedadsız bir şairin içərisini açır. Öz aramızdır,
hekayə bu gün daha aktual
səslənir.
Mir Cəlal qeyri-real ideallarla nəfəs alan xırda,
miskin obrazlarına ümumi diqqəti yönəldirdi və belə bir inama
əsaslanırdı ki,
təsvir etdiyi o gerçəklik cəmiyyətə
bəllidir və ona görə də bu quruluşun
hər bir sakini-oxucusu həmin əsərləri oxuyacaq.
Belə bir bədii-ədəbi qanun yazıçının
öz dünyasının
əxlaqını qiymətləndirməsini
müəyyənləşdirirdi və Mir Cəlal yaradıcılığının bədii strukturunun qneseoloji əsası idi.
Hələ 1960-cı ildə qələmə aldığı "Xarici
naxoşluq" hekayəsi
maraqlı ideyanın açılması üzərində
qurulmuşdur. İmkanlı ailənin çəlimsiz
qızı özünü
o qədər arıqladır,
küçədə halsız
halda yıxılır
və xəstəxanaya
gətirirlər. "Müalicə" prosesində
maraqlı surət olan doktor yeməyən,
bütün fikrini xarici filmlərə yönəldən, yalnız
"Ekran" jurnalını
oxuyan bu qızını adətindən
anası belə yayındıra bilmir.
Ümid isə doktora qalır. Zərif yumor dilinə malik yazıçı doktorla qızın anasının dialoqunu verir: "Maşında gələn ana elə bilir doktora lazımdır, sevinir də. Lakin: "Qadın şoferi səsləyib dayandırdı. Güman elədi ki,
mən maşına oturmaq istəyirəm.
-Buyurun doktor!
-Mən yox, Ofelya
gəzmək istəyir.
-Nə gəzmək?
-Kinoya getmək istəyir.
Ofelya bu sözü eşidib özünü həyətə
atdı, anasını
səslədi.
Ana, mənim paltarımı
gətir, tez ol. "Nizami"də
"Yevo Lyubov" gedir, baxmasam ölərəm.
Ofeliyanı anasına qoşub göndərdim və xahiş elədim ki, buraya qaytarmasın.
-Onun azarı ancaq klubda müalicə
oluna bilər".
Maraqlı və ibrətli
odur ki, Mir Cəlal bu gün
də artıq sənətçilərin və
ümumən qadın-qızların
məişətinə daxil
olan "arıqlamaq xəstəliyi"ni 50 il
əvvəl yazmışdır.
Yazıçı uzaqgörənliyidir
bu! Mir Cəlalın bədii proqnozudur bu!..
Mövzu özü doğulur və qələmə düşür. Sadəcə, yazıçı təxəyyülü və
həyati müşahidə
mövzunu əsərə
çevirir. Mən A.P.Çexovun
adını çəkmişdim,
ötəri müqayisə
hər halda M.Cəlal yaradıcılığının
üfüqü üçün
də yerinə düşür. Məsələn, rus yazıçısının
"Çinovnikin ölümü"
hekayəsi adi sujetdən-əhvalatdan ibarətdir.
Məmur Çervyakov
“ekzakutor" (təsərrüfat
müdiri) İvan Dmitriyeviçlə general arasındakı
xoşagəlməz əhvalat.
O, oxucuya elə gəlir məzlumdur, acizdir, qorxaqdır, teatrda qəfil asqırması əhvalata
dərin psixoloji rəng vermişdir. Və hekayə rus ictimai mühitində vəlvələ doğurmuşdur.
Ona görə ki, generalın təpinməsi
bir rus kişisinin,
çinovnikin ölümünə
səbəb olmuşdur.
M.Cəlalın hekayəsi də
adi əhvalat-sujet üzərində qurulmuşdur.
Zahirən bizim mühitimiz
üçün diqqətimizdir.
Lakin hekayəni dərinə
"çəkəndə" elə deyil; bütün ictimai-sosial hadisələr, xalqı, cəmiyyəti aldatmalar dilin yalan söyləməsindən
başlayır. "Dil və əməl"də
iki qadın-rəfiqənin-Hərzə
və Məsmənin opponenti Hərzənin qızıdır. Dildən yalançı,
arxadan ayama qoşan Hərzə xanım elə öz qızı tərəfindən ifşa
olunur. Xalılı Məsmə ağlagəlməz
üsulla - Hərzə
xanım mətbəxdə
ikən uşağı
dilə tutur.
"-Qızım, anan
nə deyir, nə danışır, sənə nağıl-zad
öyrədirmi?
-Öyrədir, çox öyrədir. Anam dünən deyirdi
ki, xallı Məsmə deyil, nallı Məsmədir, ya da ballı
Məsmədir".
Hərzə xanım (yazıçı
obrazının adını
da xasiyyətindən götürmüşdür) eşidir,
qızına təpinir. Uşaq isə
həqiqəti söyləyir.
Hərzə xanım da həqiqəti ürəyində
pıçıldayır:
"Mən külbaşa deyən gərək, bir tikə uşağın yanında adam söz danışar, o da ki, belə uşağın! Ağbirçək arvadın üzünə gör nələr deyir"... Bu sözlərdə yazıçı hər üç surətin xarakterini təsvir edir: "Külbaş, uşağın yanında söz danışılmaz" və ağbirçək arvad 60-cı illər üçün də, bu gün üçün də son dərəcə səciyyəvi ideyadır. Böyüklər, yuxarı qalxan vəzifəli məmurlar dilinə yalan söz gətirməməli, xalqı, camaatı aldatmamalıdırlar. Yalan məişətdən, ailədən başlayır, uşaqların psixologiyasına daxil olur. Onlar böyüyür, cəmiyyətdə mövqe tutur və cəmiyyəti də aldada bilər. Çinovnikdən Mir Cəlalın qəhrəmanları fərqli şəkildə hərəkət edirlər. Çinovnik generalı tanıyır və dəfələrlə yanında olmuşdur. Əslində, Çinovnik prinsipial mülahizəyə görə generaldan üzr istəyir. Çünki ona elə gəlir böyük adamlara hörmət göstərmək ictimai varlığın bir mühüm əsasıdır; dərindən sarsılır ki, nə üçün onun üzr istəməsi qəbul olunmur? Rus ədəbiyyatşünası K.Berdnikov Çervyakov-Çinovnik obrazı haqqında maraqlı fikir deyir və yazır ki, Çervyakov heç də qorxudan ölməmişdir; demə, bu elə insan dramının finalıdır ki, onun üçün müqəddəs olan prinsiplərin tapdalanmasına, həm də hər hansı adam tərəfindən yox, cənab ali, general tərəfindən tapdalanmasına dözmür, axı, bundan sonra necə yaşamaq olardı? Bu sualı Hərzə xanım özünə verməmişdir heç vaxt. Yalan Çeryakovun "prinsipial mülahizəsi"ndən də güclüdür. Cəmiyyət əgər bunu qəbul edirsə, kənar şəxs -Xallı Məcmə ona qarşı çıxmırsa... ictimai mühitdə demorfasiya, erroziya mövcuddur. Hərzə xanımın və Xalı Məcmənin bu hərəkətləri gülüş doğurursa, oxucunu, eyni zamanda düşündürür. Çexov qəhrəmanını öldürür, Mir Cəlal isə bu yolu seçmir və Çexovdan fərqli olaraq mövcud Sovet cəmiyyətində belə ciddi proseslərin davam edəcəyi labüdlüyünü əyaniləşdirir.
Zahirən M.Cəlalın nəsrinin poetikasında belə "Xırda adamlar" cəmiyyəti ifşa edirlər, sökürlər. Yazıçı hakim sosial-siyasi əxlaqın, adətlərin tragikomediyalarını, hakimlik psixologiyasının insanlara qul, kütlə əhvalı ilə yanaşması ideyasını insan xarakterində ümumiləşdirərək, hekayələrində bu məsələləri qabarıq qaldırır.
Mir Cəlal dəyərli satirik hekayələr yazmış, tipikləşdirmə qüvvəsi baxımından, demək olar ki, simvolik xarakterlər, situasiyalar yaratmışdır. Akademik Bəkir Nəbiyev bu məsələni obyektiv qiymətləndirir: "Mir Cəlalın hekayələrində mürəkkəb hadisələr və xarakterlər sadə, bədii həllini tapır. Yazıçının şirin yumorla yoğurduğu hekayələr bizi güldürür, zahiri effektlərdən doğmadığı üçün, bu gülüşlə yanaşı güldüyümüz adamlara daxilən acıyırıq".
525-ci qəzet 2017.- 1 iyun. - S.6.
.