Xoreoqrafiya Akademiyası "Yeddi gözəl"i təqdim etdi
Mayın 30-da Akademik Opera və Balet Teatrının səhnəsində Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin ifasında ilk dəfə olaraq dahi Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş etdirilib.
Bakı
Xoreoqrafiya Akademiyası
tələbələrinin buraxılış-hesabat
tamaşası olan
"Yeddi gözəl"
baleti həm də Bakı Xoreoqrafiya Akademiyasının
"Azərbaycan Respublikasında
İslam Həmrəyliyi
ili"nə həsr olunmuş növbəti layihələrindən biridir.
Baş rolların ifaçıları
Bakı Xoreoqrafiya Akademiyasının tələbələri
- Fatimə Xələfova
və Qəmər Almaszadə adına Klassik və Milli Rəqs üzrə I Beynəlxalq Müsabiqənin laureatları
Seymur Qədiyev, Dinara Şirinova və Nurlan Rəsulov idi.
Rəğbətlə qarşılanan tamaşanın
bədii rəhbəri
Xalq artisti Kamilla Hüseynova, müəllim-xoreoqraflar Mayra Almaszadə,
Lyudmila Həsənova, Fərid
İbrahimov və Yekaterina Mustafayevadır. Tamaşanı Azərbaycan Dövlət
Opera və Balet Teatrının simfonik orkestri müşayiət edib. Orkestrin dirijoru Əyyub
Quliyev olub.
Q. Qarayevin "Yeddi gözəl" baleti bu təhsil ocağının 90 illik tarixində ilk dəfə
tələbələrin iştirakı
ilə tam şəkildə
səhnələşdirilib.
Tamaşanı Mədəniyyət və
Turizm Nazirliyinin, digər dövlət və hökumət təşkilatlarının nümayəndələri,
Türkiyə səfiri
Erkan Özoral, eləcə də başqa xarici diplomatlar seyr ediblər.
525-ci qəzet 2017.- 1 iyun. - S.7.
.