Yaşayanyaradan məktəb: 55 yaşlı sənət və təhsil ocağı

 

Təhsil millətin gələcəyidir. Üç kəlmədən ibarət olan bu cümlənin, əslində böyük məna tutumu var.

 

Savadlı, hərtərəfli dünyagörüşlü,mükəmməl təhsilli gənclik ölkənin gələcək rifahı, tərəqqisinin açarıdır. Çox sevindirici haldır ki, bu gün Azərbaycanda belə gənclik yetişir qürurla demək olar ki, musiqi, incəsənət sahəsində doğma Vətənimizin adını bütün dünyada tanıtdıran gənclər üstünlük təşkil edir. İnsanın formalaşmasında, ailə ilə birgə, məktəbin rolu əvəzolunmazdır. Məktəb insan həyatında həm ilk təhsil, həm cəmiyyətdə ilk davranış, ədəb-ərkan qaydalarını öyrədən vacib mərhələdir. Musiqiçinin yetişməsi isə musiqi məktəbindən başlayır. Danılmaz faktdır ki, kiçik yaşlarından musiqi ilə məşğul olan hər bir uşaq öz həmyaşıdlarından zövq, xarakter, davranış baxımından fərqlənir. Estetik zövqündə, dünyagörüşündə, ətraf mühitə münasibətində əsaslı fərqlər müşahidə olunur. Buna görə gələcəkdə hansı sənəti seçməsindən asılı olmayaraq, uşaqların ilk ibtidai musiqi təhsili alması bir şəxsiyyətin formalaşmasında müsbət nəticə verir.

 

Bu gün respublikamızın bütün bölgələrində musiqi məktəbləri  fəaliyyət göstərir. Hər bir məktəb öz yaradıcılıq platformasına sadiq qalaraq, ibtidai musiqi biliklərinə yiyələnmiş şagirdlər yetişdirir. Belə məktəblərdən biri dahi Fikrət Əmirovun adını daşıyan 6 nömrəli onbirillik İncəsənət Məktəbidir.

 

55 illik fəaliyyəti dövründə F.Əmirov adına məktəb on minlərlə şagird yetişdirib, onlar içərisindən böyük qismi gələcəkdə başqa peşələrə sahib olsalar da, bir qismi həyatını möcüzəli musiqi aləmi ilə bağlamışlar. Müxtəlif illərdə məktəbdə təhsil alan şagirdlərdən bəziləri hal - hazırda ölkəmizdən kənarda ali musiqi ocaqlarında təhsilini davam etdirir.

 

Bu gün məktəb yeni-yeni naliyyətlərə imza atmaq üçün var gücü çalışır. Bunun üçün məktəbdə həm istedadlı şagird kontingenti var, həm peşəkar müəllim heyəti çalışır. Onu demək kifayətdir ki, bu il məktəb həm beynəlxalq, həm respublika əhəmiyyətli festival, müsabiqələrdə yüksək nəticələr göstərib bununla respublikanın öndə gedən məktəbləri sırasına öz adını yazdırmağa müvəffəq olub.  Belə ki, məktəb bu il F.Əmirovun anadan olmasının 95, özünün təsis edilməsinin isə 55 illik yubileyi ərəfəsindədir. İki böyük bayram ərəfəsində olan məktəb artıq bir neçə maraqlı layihələr həyata keçirib: Respublikada ilk dəfəF.Əmirovun əsərlərinin ifa təhlil edirikadlı elmi-ifaçılıq konfransı bu səpkidən olan ən uğurlu layihədir. F.Əmirovun əsrarəngiz musiqi dünyası gənc musiqiçilərin, rəssamların təxəyyülü iləideyasını özündə ehtiva edən bu festival musiqi ictimaiyyətinin böyük marağına səbəb olub. Bundan başqa, məktəbin şagirdləriTestene-art Baku” Beynəlxalq incəsənət müsabiqə-festivalında, “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin repertuarındaadlı II Respublika festivalında uğurlu nəticələrlə yadda qalıblar. Məktəbin nailiyyətləri sırasına xoreqrafiya şöbəsinin dövlət əhəmiyyətli tədbirlərdə çıxışları, rəssamların müxtəlif sərgilərdə iştirakı da daxil edilməlidir. Həmçinin, 55 illik yubiley üçün məktəbin direktoru, Əməkdar müəllim, professor Adilə Yusifovanın müəllifliyi ilə bu təhsil ocağının yaranma inkişaf tarixindən bəhs edən kitabın tezliklə çap olunması da planlaşdırılıb. Təbii ki, bir məqalədə məktəbin bu il ərzindəki bütün naiyyətlərini sadalamaq mümkün deyil, məhz buna görə bəziləri ilə kifayətlənirik.

 

Elə may ayının sonuncu həftəsi bu möhkəm təməlli İncəsənət Məktəbinin fəaliyyətində növbəti məhsuldar dövr oldu. Birillik hesabat - yekun konsertini təqdim edən məktəb  bu dəfə tamaşaçıların qarşısına Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxdı. Bu dəfə məktəbin şagirdləri Xalq artisti Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Dövlət Kamera orkestri ilə bu mötəbər səhnəni bölüşdülər.

 

Konsert iki hissədən ibarət idi. Birinci hissə Beynəlxalq Muğam Mərkəzinin foyesində keçirildi. Məktəbin rəssamlıq şöbəsiMusiqi-rəqs-rəngmövzusunda öz əl işlərini təqdim etdi, daha sonra Adilə Yusifovanın quruluş verdiyi səhnəcik tamaşaçıların diqqətinə çatdırıldı. Şagirdlərin əllərində rəsm əsərləri oynaq ritmlərin ahəngində sanki bir anda canlanır, hərəkətə gəlir, incəsənətin musiqi, rəqs, rəssamlıq kimi növlərini vahid ideya - Fikrət Əmirov dünyasının işığı altında birləşdirirdi.Yeddi notun, göy qurşagının yeddi rənginin rəqsin ritmlərində birləşdiyi füsünkar, bənzəri olmayan incəsənət dünyası ideyası şagirdlərin yaxşı səviyyədə təqdimatında öz ifadəsini tapdı. Foyedə qoyulmuş art- obyekt isə özündə F.Əmirovun əsərlərində multikultural ənənələrin təzahürü ideyasını ehtiva edirdi (İdeya müəllifi:A.Yusifova, hazırlayan heykəltaraş B.Ağayev).

 

Həmçinin, məktəbin “Odlar yurdu” rəqs kollektivinin ifasında “Qavalla rəqs” və “Azərbaycan süitası” rəqsləri də dinləyicilərin gurultulu alqışları ilə qarşılandı.

 

Daha sonra aparıcı A.Manafova qonaqları konsertin ikinci hissəsini dinləmək üçün zala dəvət etdi. Konsertin proqramında həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərləri yer almışdı. 2017-ci tədris ilində müxtəlif müsabiqələrdə uğurlu nəticələr göstərmiş şagirdlər - “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin repertuarında” adlı II Respublika festivalının laureatları - E.Hacıyev (fleyta), X.Babaşova, L.Məsumova (fortepiano); Testene-art Baku” Beynəlxalq incəsənət festival-müsabiqəsinin laureatları - L.Rüstəmova, M.Hacıyeva (kamança), N.Bağırlı (fleyta) və məktəbin digər istedadlı, fəal şagirdlərindən T.Cəfərzadə, A.Hüseynli, S.Mürşüdov,N.Həsənli, E.Qasımov Dövlət Kamera Orkestrinin müşayiəti ilə əsl peşəkarlara xad ifalar tədqim etdilər.

 

Konserti Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis mavini N.Əliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP-nın Binəqədi rayon təşkilatının nümayəndələri, Musiqi Təhsili və İncəsənət Sektorunun baş məsləhətçisi B.Məmmədəliyeva, Gənclər və İdman İdarəsinin rəis müavini S.Süleymanova və digər qonaqlar maraqla izlədilər.

 

Musiqiçi səhnədə yetişir. Səhnədə atılan hər kövrək addım musiqiçini möhkəmləndirir, onun addımlarını daha iti, daha qətiyyətli edir, onu sözün əsl mənasında musiqiçi kimi formalaşdırır. İnanırıq ki, bu konsertdə çıxış edən hər bir gənc musiqiçi bu təəssuratları bir ömür boyu qəlbində yaşadacaq. Yetişən hər bir peşəkar musiqiçi isə yarım əsrdən çox tarix olan bu məktəbin adını zirvələrdə saxlayacaq.

 

Aytən MANAFOVA

Musiqişünas

 

525-ci qəzet.- 2017.- 3 iyun.- S.13.