Kölgəsi də işıq
saçan insan
Mən elə bir adam haqqında yazmaq istəyirəm ki, onu bütün
türk dünyası
tanıyır. Bəlkə
də kimi bir qədər az, kimi
bir qədər çox. Elm aləmində
isə onu tanımayan yoxdur.
O, ədəbiyyatçıdır desək, ədəbiyyatçı,
dilçidir desək,
dilçi, filosofdur desək, filosof, tarixçidir desək, tarixçidir. Hələ
bir az
da qabağa getsək, onu riyaziyyatçı, kimyaçı,
nə bilim daha nələr kimi də görə
bilərik. Çünki o, müasir dövrün
ideoloqlarından biri,
elm adamı, müasir
humanitar elmin - ədəbiyyat nəzəriyyəsinin,
dilçiliyin yaradıcılarından
və daim inkişaf etdirənlərdən
biridir. Mərhum akademiklər Ağamusa
Axundovun, Tofiq Hacıyevin dəyərli davamçısıdır.
Haqqında danışmaq istədiyim
elm adamı, elm fədaisi,
elm xadimi Nizami Qulu oğlu Cəfərovdur. Nizami müəllim uşaqlığından
əsl kişi
yanında böyüyüb.
Anası
Savad xala bir kənddən bir neçə kənd yaradan Kəsəməndəndir. Kəsəmən kəndi öz
qoynunda Azərbaycan xalqına neçə-neçə
məşhur adamlar, o
cümlədən, elm adamları
bəsləmiş, cəmiyyətə
ərmağan etmişdi.
Savad xalanın sinəsindən
süd əmən Nizami müəllim də bir vaxtlar
kənd uşaqları
kimi dərslərini təbiətin qoynunda oxuyub öyrənərdi.
Bir vaxtlar əzəli-əbədi Azərbaycan
torpağı olan, indiki Ermənistan adlanan ərazidən məcburi köçürülərək
Qazax mahalına pənah gətirmiş Qulu kişi
Kəsəmən gözəli
Savad xanımla evlənmiş və Zəlimxan kəndində özlərinə yurd-yuva
qurmuşlar. Bu izdivacdan gözəl-göyçək
balalar doğulmuşdu.
Gələcəyin məşhur elm xadimi
Nizami də bu ailədən pərvazlanmışdı. Qızıl medalla orta məktəbi
bitirmiş, heç bir çətinlik çəkmədən Azərbaycan
Dövlət Universitetinə
qəbul olunmuşdu.
Onun istedadı ilk gündən
müəllimlərini valeh
etmişdi.
Fərqlənmə diplomu ilə universiteti bitirən Nizami müəllim AMEA-da işləməyə başlayıb. Sonra doğma universitetində işləyib, daha sonra isə Atatürk mərkəzində,
Milli Məclisdə...
Nə Atatürk mərkəzindəki
direktorluq, nə universitetdəki fakültə
dekanlığı, nə
kafedra müdirliyi , nə millət
vəkilliyi onun nə xarici, nə də daxili aləmini dəyişdirə bildi. Sadədən sadə, ucadan
uca olan Nizami müəllimi necə görmüşəmsə,
eləcə də qalıb. Nə səsinin ucalığını,
nə də özünün hamıdan
üstün tutmasının
şahidi olmuşam.
Həmişə onun yanına
köməyə, məsləhətə
gedən insanları mehriban, istiqanlı, doğması kimi qarşılayan görmüşəm.
Bir gözü yazıda, oxuduğu kitabda olduğu halda qarşısındakını da
diqqətlə dinləməyi
onun verdiyi dəqiq cavablarından duymuşam. Onun yanında olanda
insanın çiyinlərindən
sanki ağır yük götürülür.
Onun yanında olanda hər şey necə də asan olurmuş. Sənə böyük yük kimi ağırlıq edən problem Nizami müəllimin yanında balacalaşırmış. O iş düzəlməsə
belə, ürəyində
bir rahatlıq, arxayınlıq yaranır:
"Bircə ölümə
çarə yoxdur".
Nizami müəllimin səsindəki
səmimiyyət atalar
sözünü təsdiqləmiş
olur. Sən demə, bu səmimiyyətlə də
rahat yaşanmaq olurmuş. Nizami müəllim mənim
elmi rəhbərim olub. Bu sətirləri
yazmağa o zaman onda gördüyüm saflıq, istiqanlılıq,
səmimiyyət vadar etdi. Hər dəfə gedəndə otağının qapısının
açıq olduğunu,
içəridə başqa
adam olduğunu
görəndə oturub
gözləmək istəmişəm.
Məni görən kimi içəri dəvət edir, qonağıyla tanış
edirdi. Fikirləşirdim ki, yəqin
bu diqqət ancaq mənim üçündür. Sonralar gördüyüm
bunun əksini göstərdi. Nizami müəllim
bütün insanlara qarşı həssas və səmimidir. Başqaları kimi onları
qapı dalında gözlətməz. Bircə televiziyadan
gələn çəkilişlər
olanda gözləyəsi
olurduq. O da çox az
çəkirdi. Çünki Nizami müəllim sözləri yox, sözlər Nizami müəllimi axtarıb tapırdı. Ona məlhəm adam
kimi, doğma insan kimi. Çünki sözləri Nizami müəllim ayırd edir, nizama salır,
izahını verir.
Nizami müəllimin
ürəyi otağının
qapısı kimi açıqdır, səma
kimi təmizdir, su kimi ləkəsizdir. Nizami müəllim
daxilən də çox ucadır. Ucadan-uca, qocadan qoca, cavandan
cavandır. Uşaqdan
saf, su kimi
pak, ümman kimi təlatümlü, dərya kimi dərin, dağdan uca, bulaq kimi
həzin.... Elmi, biliyi saz, dostları arasında sevilən, ixtiyarlar arasında müdrik, seçilənlər arasında
ilk, qışda bəyaz
qar, yazda oyanmış torpaqdır.
Yayda kölgəli talvar, payızda bol məhsullu bağdır.
O, bütün bunları
sevdiyi, xətrini əziz tutduğu həmvətənlərinə səxavətlə
paylayır, uf da demir. Çünki
kişi yanında böyüyb, çünki halal süd əmib. Çünki kölgəsi özündən
qabaqda gedir. Çünki özü kölgəli
kişidir. Çünki başqalarına kölgə
salmağı sevir.
Allah da kölgə
salanlardan öz kölgəsini əsirgəmir.
Nemətlərini səxavətlə
verir kölgə salanlara... Kişi gərək kölgəsiz
olmasın. İstidən bağrı bişənlərə
kölgə salsın,
Nizami müəllim kimi. Onu haylayanların səsinə
səs verməlidir, Nizami müəllim kimi. Naümid qoymamalıdır, Nizami müəllim kimi.
Nizami adını çəkəndə ilk növbədə yada dahi Nizami Gəncəvi düşür. Nizamidən üzübəri nə qədər nizamilər yaşayıb, heç birinin izinə rast gəlmədik tarixdə. Nizami Gəncəvidən üzü bəri tuşlanan düz xətt Nizami Cəfərovda sınır, dayanır. Nizami Gəncəvi "Xəmsə"ni yaratdı. Nizami Cəfərov neçə-neçə ədəbiyyatşünaslığa, dilçiliyə aid sanballı, dəyərli kitablar yaratdı. Nizami Gəncəvi sağlığında ala bilmədiyi dəyəri, Nizami Cəfərov türk dünyası, bütün dünya xalqaları tərəfindən aldı, tanındı, dəyər verildi, qiymətləndirildi.
Nizami Cəfərovun çıxışları, apardığı bədii-mədəni tədbirlər də bir elmdir. Çünki o, hər bir tədbirin ruhuna uyğun olaraq söhbəti istiqamətləndirir, məzəli-duzlu deyimlərilə, atmacalarıyla tamaşaçıda xoş ovqat yaradır, apardığı məclisi rövnəqləndirir. Televiziya çıxışlarında da bəzək-düzəksiz, sadə, aydın dildə danışır. Tamaşaçı rahatlıqla onu başa düşür. Çünki Nizami müəllim əsl dilçidir. Saf, sadə, eyni zamanda maarifləndirici dildə danışır.
Bugünlərdə televiziyada Azərbaycan dili haqqında bir verilişə baxırdım. Digər məşhur dilçilərlə bərabər, Nizami Cəfərov da iştirak edirdi. Efirdə çıxış edənlərin adları və titulları yazılırdı. Nizami müəllimin də adının qarşısına "akademik" yazıldı. Bundan çox sevindim, qürur duydum. Ad verilməmişdən əvvəl də biz ona akademik kimi baxırdıq. O, bu ada layiq idi və vaxtında o elmi dərəcəni əldə etdi. İstəyirdim akademik Nizami Cəfərov haqqında başqa səpkili bir məqalə yazam. Ancaq qələmimdən belə bir yazı çıxdı. Bilmirəm, ürəyimdən gələnlərin hamısını, yaza bildim, ya yox? Hər halda bu yazı bir bacının qardaşına olan hörmətinin, ehtiramının, duyduğu qürurun təzahürü, fəxr etdiyi, istinad etdiyi insana olan ürək sözləridir.
Mən Nizami müəllimi akademik adını alması münasibətilə təbrik edirəm, ona can sağlığı, ailə sevinci, elmdə yeni-yeni uğurlar, işlərində müvəffəqiyyətlər arzulayıram.
31.05.2017
Salatın ƏHMƏDLİ
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2017.- 6 iyun.- S.7.