Naxçıvandan əsən yellər

 

 

 

 

Hər dəfə Naxçıvana yolum düşəndə, hər dəfə Azərbaycanımızın bu əsrarəngiz bölgəsini qarış-qarış gəzəndə özümə söz verirəm ki, bu yerlərdən aldığım təəssüratdan fərqli bir şey yazacam. Amma Naxçıvana hər gəlişimdə o qədər heyrətlənirəm ki, gördüklərim qələmə sığmır. Çünki bu gün Naxçıvan gül-çiçək içində baş qaldırmış möhtəşəm bir qalaya bənzəyir. hər dəfə Naxçıvandakı bu dəyişikliyi görəndə öz-özümə sual verirəm: baş verir? İdarəetməmi dəyişir? İnsanlarmı?

 

Budəfəki səfərimdə bu suallara cavab tapa bildim. Naxçıvanda, naxçıvanlılarda FİKİR İNQİLABI baş verib.Yeddidən yetmiş yeddiyə hamı bu Vətəni bütün varlığı ilə sevir - onun sahibi kimi, onun əsgəri kimi, onun fəhləsi, ziyalısı nəhayət, övladı kimi.

 

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə media kapitanlarının Naxçıvan səfəri zamanı bu bölgənin hər yerini gəzdik, insanlarla söhbət etdik, bizi maraqlandıran xeyli suallar verdik. Cavablar bu yavru Vətənə məhəbbət, hörmət ehtiramla dolu. Qürur duyduq...

 

belə bir qənaətə gəldik, indi Naxçıvan kiminsə ağlından keçirə bilmədiyi gözəl bir məmləkətdir. Səliqə-səhmanlı, insanları mətin, ən kiçik çınqılı uğrunda belə canını fəda etməyə hazır olan gəncləri bir Naxçıvanın bütün adət-ənənələrini yeni nəslə inadkarcasına ötürən çörək ətirli, beli əlindən düşməyən, başını torpaqdan qaldırmayan, əkən-biçən onu dadlı-duzlu bişirən şirin qocaları. Bilmirəm mənə belə gəldi, yoxsa bütün media kapitanları bu hissi keçirdilər: Məncə, Naxçıvanın hər yerindən BƏRƏKƏT ƏTRİ gəlir. Bəli, bu gün bu bölgə, doğurdan da ALINMAZ QALADI. Sanki  səkkiz yüz il  bundan öncəki Naxçıvandır. Alınmaz, Fəth Olunmaz!!! İnsanlar işində, gücündə. ilə seçilir Naxçıvan? Super fərqli yolları ilə, yox! Super insanları ilə, yox! Naxçıvanı fərqləndirən bir cəhət var: İnsanların səmimiyyəti qayda-qaydalara ciddi riayət etmələri. Uşaqdan tutmuş böyüyə kimi bu qaydalara sevə-sevə əməl edirlər. ən əsası burada Azərbaycan Dövlətini sevirlər, ağrılarına, acılarına hər kəs şərikdir. Anlayırlar, başa düşürlər. Kənara çəkildim, oğurlandım, yaxşı mənada. İnsanlarla təmasda olmaq istədim. Heç kəs mane olmadı.  Kiminlə istəyirsən, qədər istəyirsən söhbət elə. Hansı qapını istəyirsən , qonağı ol. Səni bağırlarına basacaqlar. Evin yuxarı başına keçirəcəklər səni bəlkə heç zaman heç bir yerdə görmədiyin bir qonaqpərvərliklə əzizləyəcəklər. Söhbət elədiyin insanlardan Naxçıvan barədə soruşanda gözləri qəribə bir sevinclə işıldayacaq hər sətirbaşı Azərbaycan dövləti deyəcəklər. Məncə, Naxçıvan Azərbaycanımızın digər bölgələrinə bir nümunədir. Burada bizə bölgə ilə tanışlıq üçün hər cür şərait yaratdılar: Gəzin, baxın, adamlarla söhbət edin dedilər. oturub-durduğumuz sadə insanlar, hətta gizlincə görüşdüyüm şəhər sakinləri dedilər - var onu dedilər. Şikayət etmədilər, qədim insanlar kimi Şah Abbasın 38 vergi növündən danışmadılar. var onu dedilər. Fəxrlə danışdılar, qürurla danışdılar, sevgi ilə danışdılar.

 

Bu səfər boyu bir qənaət məni tərk etmədi: Müvəqqəti olaraq Bakıdan məsafəcə ayrı düşmüş Naxçıvan nümunədir.

 

Niyə?

 

Burada DÖVLƏTÇİLİYİ QORUMAQ var. Burada insanlara FƏRQLİ YANAŞMA qaydası var. Burada DİRİLİŞ var burada bütöv Azərbaycana sevgi var. Burada mənə elə gəlir ki, insanlar sanki öz talelərini yaşamırlar, altı min illik tarixlərini yaşayırlar nəsillərə ötürürlər. Səbəb nədir? Dövlətinə, millətinə bağlılıq. Kaş bu bağlılıq Azərbaycanımın hər guşəsində olaydı. Naxçıvanda olanda mən Azərbaycanın hər bir yerində belə bir yurd istədim. Düzdür, bölgələrimizin inkişafını, bu bölgələrə rəhbərlik edən insanların əməyini qətiyyən kölgədə saxlamaq olmaz. O bölgələrdə yaşayan insanların zəhmətini qiymətləndirməmək günahdır. Amma Naxçıvan... Etiraf edək ki, Naxçıvan bir başqa aləm...

 

Gəzdik, gördük, Vətənimizin bu parçasını hiss etdik. Naxçıvanı qəlbimizə, könlümüzə  həkk etdik. Hər yerdə səliqə-səhman gördük. Hər yerdə daşıdığı vəzifəyə məsuliyyət gördük. Kiçikliyindən-böyüklüyündən asılı olmayaraq.

 

Burda yaşamağa var ki? Yollar tərtəmiz. Şərurdan tutmuş ta Ordubada qədər yollar gözəl! Hər kəs yerindədir. Hər kəs işini bilir.

 

Arpaçayda, Batabatda olduq. İnsanların xoş rəftarına, sakit təbiətlərinə heyran qaldıq. bir şeyə daha çox təsirləndik. İnsan dövlətini, yaşadığı bölgəni qədər sevərmiş! Yox, onlar bunu sözdə demirlər, ağızdolusu danışmırlar, bu onların üzündə yazılıb, bu onların gözlərindən oxunur. burada, bu qədim bölgədə bir daha əmin olduq ki, Naxçıvan bir bölgə kimi alınmaz qaladır; sözü ilə, sirri ilə, adamları ilə...

 

Burda külək də başqa cür əsir - məhəbbət dolu...Burda çaylar da başqa cür axır - sevgi dolu. Və hər yerdə rəhbərlik qayğısı. Məncə, Naxçıvan indi əsl turizm məkanıdır. Qoy gəlsinlər, görsünlər və heyran olsunlar.

 

Bakıdan uzaq olsa da, Bakıya ən yaxındır Naxçıvan.

 

Nuh peyğəmbərin, Möminə Xatunun qəbirlərini ziyarət etdik. Məhşur Duz dağında olduq. Düzdür, üzən ada daha üzmür. Torpağa yapışıb qalıb. Bəlkə ona kömək etsinlər?!  Təklifdi sadəcə... Ordubad və Şərur, Sədərək isə tam başqa bir aləm. Sədərəkdə 130 metrlik məsafədə erməni snayperlərinin səni izləməyi başqa bir hiss. Orada yaşananları, insanların hər an, hər saniyə təhlükə ilə üz-üzə dayanmalarını sözlə təsvir etmək mümkün deyil. Təsəvvür edin, hər an güllə, döyüş hiss edən bir rayondasan, amma elə bil Avropanın mərkəzindəsən. Azərbaycanın heç bir rayonundan geri qalmayan Sədərək, bəlkə də irəlidə gedən Sədərək.

 

lll

 

Naxçıvandan qəribə hisslərlə ayrıldıq. Burada sanki bir baladan ayrılırdıq, bir atadan, bir anadan ayrılırdıq. Amma arxayın ayrılırdıq. Çünki bu ALINMAZ QALA - tarixin Naxçıvan qalası əmin əllərdədir, mərd əllərdədir. Vətəni sevən insanların, rəhbərliyin əllərindədir. Çünki Azərbaycan dövlətinin nəzəri, qayğısı bu yavru Vətənin üstündədir.

 

...Naxçıvan-Bakı təyyarəsinə minəndə başımı qaldırıb onun aylı-ulduzlu göylərinə baxdım. Azərbaycanımın hər yerində belə bir Vətən istədim.

 

Yunus OĞUZ

 

525-ci qəzet.- 2017.- 8 iyun.- S.5