"Türkiyədə Azərbaycana, ədəbiyyatımıza böyük maraq var"

 

TANINMIŞ FİLOLOQ ESMİRA FUAD BU YAXINLARDA TÜRKİYƏDƏ KEÇİRİLƏN TƏDBİRLƏRDƏ AZƏRBAYCAN ELMİ-ƏDƏBİ MÜHİTİNİ LAYİQİNCƏ TƏMSİL EDİB

 

 

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin aparıcı işçisi Esmira Fuad bugünlərdə Türkiyədən qayıdıb.

 

Səfərinin "Məhəmmədhüseyn Şəhriyar: ədəbi mühiti, əsərləri həyatı" adlı monoqrafiyası ilə bağlı olduğunu deyən E.Fuad bizmlə söhbətində Türkiyənin müxtəlif şəhərlərindəki tədbirlərdə, kitab sərgilərində iştirakından danışdı:

 

"2014-cü ildə İstanbulda "Məhəmmədhüseyn Şəhriyar: ədəbi mühiti, əsərləri həyatı" adlı monoqrafiyam çap olunmuşdu.

 

Bu monoqrafiyam Türkiyədə çox böyük maraqla qarşılandı. 

 

Elə həmin il aprelin 18-də "Topqapı Türk Kültür Evləri"ndə İstanbul Böyükşəhər Bələdiyyəsinin Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun birgə təşkil etdikləri Şəhriyarın anım gecəsində həmin kitabın imza günü keçirildi. Ondan sonra bu kitab bir sıra elmi araşdırmalarda mənbə kimi istifadə edildi, mətbu orqanlarda haqqında məlumat verildi. Bu dəfə bu kitabın vasitəsilə mən IV Ərzurum kitab sərgisinə qatıldım. Məni bu sərgiyə Azərbaycandan "Araz yayınçılıq" nəşriyyatı Türkiyədən Ərzurum Böyük Şəhər Bələdiyyəsi dəvət etmişdi. Bu sərgi çərçivəsində iki gün ərzində mənim imza günüm keçirildi. Orada Şəhriyara, onun haqqındakı kitaba olan maraq, sevgi məni heyrətə saldı. Bizdə kitabın təqdimatı imza günü mərasimlərində satışı prosesi çox da inkişaf etməyib. Amma Türkiyədə bu artıq ənənə halını alıb. Ən məşhur şairlər, yazarlar belə həmin sərgiyə qatılmışdılar. Hər bir nəşriyyatın öz stendi var idi həmin stendin qarşısında o nəşriyyata məxsus kitablar nümayiş olunurdu. Mən bu sərgidə öz kitabımla qürur duydum. Sevindim ki, yaxşı Şəhriyarı bu qədər sevirlər, dəyərləndirirlər".

 

"Mən ən doğru ünvandaydım"

 

Səfər müddətində Ərzurumda, Amasiyada, Kocaelidə olduğunu deyən alim, Atatürk Amasiya Universitetlərində tələbələrlə görüşlərindən məmnun qaldığını dedi. Qeyd etdi ki, Türkiyədə tələbələr Azərbaycanın bugünkü vəziyyəti, Qarabağ problemi başqa vacib milli məsələlərlə maraqlanırdılar:

 

"Ərzurumda 1954-cü ildə qurulmuş əski ənənələrə malik olan Atatürk Univeristetinin Ədəbiyyat bölümünün rəhbəri dosent Sədat Adıgözəl bəylə görüşdüm. O, məni Ədəbiyyat fakültəsinin tələbələrinə Güney Azərbaycan ədəbiyyatı haqqında mühazirə oxumağa dəvət etdi. İki gün ərzində orada mühazirə oxudum. Çalışırdım ki, mühazirəmdə Güney Azərbaycan ədəbiyyatını Quzey Azərbaycan ədəbiyyatı ilə müqayisəli şəkildə təqdim edim. Hiss edirdim ki, bu, tələbələrin diqqətini daha artıq çəkir".

 

Ərzurumda düzənlənmiş IV kitab sərgisi bitdikdən sonra 13-21 may tarixlərində Kocaelidə gerçəkləşən növbəti sərgiyə qatılmalı olan E.Fuad mayın 5-dən 13-dək olan bir həftəlik vaxtı keyfiyyətli dəyərləndirib: "Öncə Muğladakı Sıtqı Göçmen Universitetində oxuyan qızım Ayana, sonra isə Amasiyada yaşayan bacım qızı Ülkərə baş çəkdim təbii, yaranmış fürsətdən yararlanaraq Amasiya Universitetinə gəldim. Universitetin rektoru professor Metin Orbay məni qəbul otağında heç gözlətmədi böyük məmnuniyyətlə otağına dəvət etdi. Gerçək bir elm adamı ədəbiyyat sevdalısı ilə çox səmimi söhbət alındı. Qeyd etməyə bilmərəm ki, mən ən doğru ünvandaydım. Sən demə, Mətin bəy o taylı-bu taylı Azərbaycan ədəbiyyatının vurğunlarından imiş. Həmin görüş zamanı 2016-cı ildə Tehranda əski əlifba ilə çap olunan "Söz sərrafı Şəhriyar", XX əsrdə Güney Azərbaycanda yaranmış poema örnəklərindən ibarət "Sözdən asılan arzular" adlı antologiya, "Türkün ilk beşiyi, sevgi ocağı" adlandırdığım "Urmu şeir antologiyası", "XX əsr Güney Azərbaycan epik şeiri" "Güney Azərbaycanda çağdaş ədəbi proses" monoqrafiyalarımı ona təqdim etdim. Mətin bəy bu kitablarla tanış olduqca çox sevindi zəhmətimə böyük dəyər verdi. Şəhriyar haqqındakı monoqrafiyam isə onu daha çox həyəcanlandırdı. Dedi ki, mən Şəhriyarın aşiqiyəm. Şairin əsərlərini, xüsusilə "Heydərbabaya salam" poemasını oxuyanda tüklərim biz-biz durur (Amma o, tüylerim diken-diken olur, demişdi), bu kitabı "su kimi içəcəyəm"- dedi... Daha sonra Kocaeliyə gəldim. Kocaeli IX kitab sərgisinin açılış mərasimi artıq başlamaq üzrəydi. Burada da Şəhriyar monoqrafiyam çox böyük maraqla qarşılandı mən orada olduğum müddətcə sərginin ən çox satılan kitabı oldu. Bir saatlıq söyləşi-konfransda mən çıxış etməli sərgiyə qatılan kitab-ədəbiyyat  həvəskarlarına ustad Şəhriyar Azərbaycan ədəbiyyatı haqqında bilgilər verməli idim. Monitor vasitəsilə çıxışım yayımlanır, bütün sərgi salonlarında səsim eşidilirdi..."

 

"Türkiyədə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına maraq çox böyükdür"

 

- deyən Esmira Fuad qeyd etdi ki, türkiyəli oxucular ədəbiyyatımıza, Azərbaycan türkcəsində olan kitablara daha böyük maraq göstərirlər gələn səfərlərində onlara məhz azərbaycanca kitablar gətirməsini xahiş ediblər: "Mən orada gördüm bir daha əmin oldum ki, Qarabağ problemini, Xocalı soyqırımını Türkiyədə çox yaxşı bilirlər. Atatürk Universitetində olanda heyrətə gəldim. Gördüm ki, tələbələr ədəbiyyatımızı çox gözəl bilirlər. Bu da ondan qaynaqlanır ki, Ədəbiyyat fakültəsinin dekanı Sedat Adıgözəl məhz Azərbaycan ədəbiyyatı üzrə araşdırmaçıdır. Onun elmi işi yazıçı Elçin Əfəndiyevin yaradıcılığı haqqındadır. Onların suallarından hiss edirdim ki, burada gedən prosesslər haqqında daha geniş məlumat almaq istəyirlər. Həm sərgiyə gələn oxucular, həm tələbələr məndən bir şeyi xahiş etdilər ki, gələn dəfə gələndə Azərbaycan dilində olan kitablardan gətirin. Biz onsuz da Türkiyə türkcəsini bilirik. Bizə sizin dilin incəliklərini öyrənmək maraqlıdır. Mən düşünürəm ki, o zamana qədər çap etdirəcəyim Bəxtiyar Vahabzadə haqqında monoqrafiyamı bəzi onların marağına səbəb olacaq kitabları apararam".

 

E.Fuad Türkiyədə olduğu müddətdə belə layihələrin davamı kimi bir sıra təkliflər aldığını, gələcəkdə bu kimi tədbirlərin keçirilməsinin planlaşdırıldığını bildirdi:

 

"Mən orada olarkən Ərzurum Yazarlar Birliyindən növbəti kitab sərgilərinə qatılmaq özüm kimi bir neçə elm adamının da orada iştirakını təşkil etmək üçün təklif aldım. Atatürk Amasiya Universitetlərində mühazirələrimin təşkil olunması fikri səsləndi. Kocaelidə Yazarlar Birliyinə üzv qəbul olundum  orada da ədəbi-mədəni əlaqələrin inkişafı üçün bir sıra yeni təkliflər aldım".

 

"Haqq səsimizin dünyaya çatdırılması həyati önəm daşıyır".

 

E.Fuad ədəbiyyatın cəmiyyətin həyatındakı roluna, ölkəmizlə bağlı gerçəklərin dünyaya çatdırılmasının vacibliyinə də toxundu: "Milli mövqeyimizin, qayğı və problemlərimizin ifadə olunmasında ədəbiyyatımızın xüsusi rolu var. Bu rolu daha da genişləndirib gücləndirmək lazımdır. Haqq səsimizin dünyaya çatdırılması bu gün həyati önəm daşıyır. Bu yolda Azərbaycan Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın gördüyü işlər müstəsna əhəmiyyət daşıyır. Onlar var qüvvələri ilə bu məqsəd uğrunda çalışırlar. Artıq bununla bağlı təsirli addımlar atılıb, ancaq yeni işlərə də böyük ehtiyac duyulur. Düşünürəm ki, hamılıqla, o cümlədən biz alim və ziyalıların birgə səyi nəticəsində ali məqsədimizə nail olacağıq, sonda mütləq haqlı olan tərəf, yəni Azərbaycan qalib gələcək".

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2017.- 8 iyun.- S.4.