UZAQLAR YAXIN, YAXINLAR UZAQDIR EŞQDƏ...

 

Aşiqə uzaq yox ki, sevən qəlb üçün uzaqlar yaxındır sevdada.

 

Uzaqlıq yaxınlıq məcazi, nisbi bir anlayışdır eşqdə.

 

Baxdığımız yerə baxış bucağımıza görə dəyişməzmi görünən? Aldatmazmı bizi həyat, susdurmazmı dilimizi bəzən ürəyimiz?

 

Uzun kimi görünən ömrə ölümdür həmişə yaxın olan. Qazancdadır, əlbəttə, ölümü toy olan. Bunu unutsa insan, mütləq olan ölüm özünü, nəfəsini bir gün əlbət xatırladar, həm qəflətən. Eyvahlara yalvarmalara baxmadan.

 

Can yalnız bədənə deyil; ruha da aiddir. Ömür mütəmadi olaraq ölümə sarı qaçır. Bəzən səssizcə gəlir; bəzən ayaq səslərini dinlətməyi sevər o, amma vaxtı, saatı gəlincə heç çaşmaz işini görər o.

 

Canan deyilən sevgili bədəndə yaşasa, eşq ölümlü; ruhda yaşasa ölümsüzdür. Əsl olan əbədiyyən sevə bilmək, uzaqları yaxın eyləyə bilməkdir eşqdə. Bu da sevgiliyə təslimiyyətlə olur, inancla olur.

 

Gerçək eşqdə uzaqlar yaxındır; yaxınlar uzaq. Həyat cazibədarlığı ilə faniliyini gizləməyə çalışan bir tələdir. Aldanmaq müvəqqəti olanı yada salmaq; mütləq olanı unutmaqdır.

 

Eşq həyat bəzən boyasaq da, gözlərimizi, gerçək olan ölümü sonsuzluğu unutmamaqdır. Arzulamaq cürbəcür, istəmək min cür.

 

Hansı gerçək, hansı yalan? Doya bilmədiyimizi, qana bilmədiyimizi istəməkdir əsl olan.

 

İnsan ölçüb-biçmədən; eşqə təslim olmadan ümid bağlamamalı eşqə. Aşiqə uzaq yox ki, sevən ürək üçün uzaqlar yaxındır sevdada.

 

Eşq eşqin sonsuzluğuna iman uzaqları bir nəfəs qədər yaxınına gətirər aşiqin. Qəlblər bir olunca, gözlər bir baxınca sevgidə, ürəklər tək atar.

 

Əllər bir olunca duada həsrət olsa da, şükür küləyi həsrəti üstələyər, daha betər şövqlə.

 

Aşiqin könlündə yuva qurmuşsunuzsa, xoşbəxtlik, bədbəxtlik zaman-zaman varlığını göstərməyə çalışsa da, sevgilinin sözləri xitabları şahə qalxan bir at olar həm kişnədikcə kiçilər bədbəxtlik.

 

Xoşbəxt alınan nəfəs, önünə keçər həsrətin yaxıcılığının. Yoxluğu yaşayan qəlblər vara aşiq olduqdan sonra, zaman lehinə işləyər aşiqin səbirlə dalğa-dalğa.

 

olursa olsun, bir gün bitəcək keçəcək bu dünyaya aid olan həsrətlər.

 

Yaxınlıq könüldə; uzaqlıq ömürdə kimi görünsə , uzaq yaxın bir-birinə zidd olmaqdan çıxar həqiqətən aşiq olana.

 

Uzaqlıq yaxınlıq... İkisi içimdə mənim.

 

Xoşbəxtlik içimdə; həsrətdə...

 

Hüzün içimdə; həsrətdədir. Dilimdə şükür; səbrimdə təvəkkül gizli mənim. Sonsuz eşqi tapmaqla şən içim; sonsuzluğa aşiq olmaqla.

 

Eşqə təslim olmaqla xoşbəxtəm; təslim olunacaq məşuqu tapmaqla.

 

İnancım sonsuzluğa, şükrüm Yaradana eşqim Mövlanın yaratdıqları içində ruh yoldaşım olana.

 

Bir noyabr günündə sızdın, axdın içimə.

Solmayan məhşər adlı gülü taxdın içimə.

Nuruma nur qatdın yar,

ziyam oldun hər gecə,

Sonsuz huzuru, eşqi sən buraxdın içimə.

 

QÜRUB ÇAĞININ SERENADASI

 

Gün batımı dünya, doğuşu isə bir daha batmamaq üzrə sonsuzluğa.

 

Ey Sevgili! Ey könlümün hakimi!

 

Qalu-bəlada qurulmuş saatam eşqə...

 

Bir gün batanda yenidən dünyada vuruldum mən sənə. Şəmsi qısqandıransan könlümə, ömrümə. Rəbbimin lütfüsən; əsl günəş sənsən mənə mən necə şükr edəcəyimi çaşdım Allaha.

 

Ey Sevgili! Gecəni sənlə qarşılamaq, günü sənlə bitirmək bilsən gözəl...

 

Sən gecəmə ömrümə doğan günəş; zülmətimi aydınlığınla şənləndirən duasan. Sənlə atan, sənlə nəfəs alan qəlbim Rəbbimdən diləyimdir; sənlə dursun.

 

Hər gecə könül eyvanının altına gəlib oxuduğum serenadalar kifayət etməz ki mənə. Mənim içim durmaz ki sənə. Hansı vüsal; hansı an yetmiş ki aşiqə?

 

Bir gün batımı; min gün batımı sığarmı səninlə sonsuzluğu arzulayan ruhuma; adı dünya, özü həsrət olan bu fani kaşığa.

 

Söyləsənə, məhşərim olan yar!

 

Arı olan bu könlüm; bal yaratmaqdan heç usanarmı sənə? Bir anlıq, ömrü bir qaşıq qədər olan bu dünya yetərmi mənə?

 

Mənim dərdim səninlə olmaq; səninlə dolmaq. Rəbbimin hüzuruna razılıqla çıxmaqdır, yarım. Hansı aşiq aldanmış ki, yarına mən də aldanam; hansı aşiq doymuş ki yarına mən də doyum?

 

Doymaq varsa eşqdə, mən niyə heç doya bilmirəm onda sənə? Mənim duam səninlə bir olub Birə çatmaq; mənim gerçəyim səninlə eşqdə itib varda görüşmək.

 

Ey sonsuzluğum olan yar!

 

Hər günüm sənlə ağır; hər gün batımı sənlə son tapsın dünyada.

 

Sonsuzluqda doğulub batmayacaq günəşim olan yar!

 

Bil ki, könlümün bir serenada kimi qulağına pıçıldadığı eşqim ölümsüzdür. Allahın izni ilə könlümdən könlünə, səsimdən səsinə, nəfəsimdən nəfəsinə, ömrümdən ömrünə kəsilməyəcək heç külək.

 

Sən könül eyvanında hər gecə gözlə; mən sənə gəlməyi unuda bilmərəm, mən sənə gəlmədən uyuya bilmərəm, yar. Hər mövsümmü deyə əsla düşünmə; nə fərq edər aşiqin könlünə bir deyilmi qış və ya bahar?

 

Atəşim sənə, yanğınım sənə, içimdəki xarın özü qalu-bəla. Söyləsənə yarım; ordan gətirdiyim atəş heç sönərmi dünyada?

 

Gün həsrətlə batsa da; Rəbbimin izni ilə səninlə doğmayacaqmı mənə? Gün batımı yalnız günəşin batışı deyil ki, yarım.

 

Gün batımı dünya, doğuşu isə bir daha batmamaq üzrə sonsuzluğa.

 

Səninlə duaya qalxan əlim; səninlə səcdəyə çatan halım; şükrümüzü Yaradana çatdıran könlümdilim, hər şeyin həm də qədərin sahibi Mövlanı bir gün yenəcək sevgilim.

 

Gün batsa da, inşallah bitməyəcək sənə eşq serenadam; çünki yalnız dünyalıq deyil ki, mənim sənə eşqim.

 

Bəzən hüzünlü

Bəzən yalnız

Dolaşırım mən sokaklarda.

Bəzən bir şey ararım,

Bəzən insanlardan qaçarım.

Mən yalnızlıqdan çoxmu çox qorxarım.

Gözlərim doldumu?

Ağlamam mən.

Açılırım dünyaya

Tək qapı olan qəlbimdən.

 

 

Mehmet Nuri PARMAKSIZ

 

525-ci qəzet.- 2017.- 10 iyun.- S.15.