Rus şairlərindən yeni tərcümələr
ANAR
Sergey YESENİN
ANAMA MƏKTUB
Qoca qarım
mənim sağ-salamatsan? -
Mən də salamatam, salamlar olsun.
Komanın üstündən axşam
çağları
Süzülən o işıq daim var olsun.
Mənə yazırlar ki, təlaş içində
Yenə darıxırsan mənim üçün sən.
Nimdaş
paltarında çıxıb
yollara
Mənim gəlməyimi çox gözləyirsən.
Axşamın toranlıq saatlarında
Nigaran qalırsan,
hey düşünürsən.
Guya sərxoşların kef məclisində
Fin bıçağı saplanıb
düz ürəyimdən.
Heç
narahat olma,bu
bir xəyaldır
Axı mən belə də əyyaş deyiləm.
Səni
görməyincə dünyadan
köçəm,
Səni görməyincə yıxılıb
öləm.
Bizim ağ baxçamız
açanda çiçək,
Dönəcəm ilk bahar günlərində mən.
Sübh
çağı səkkiz
il bundan
əvvəl tək,
Amma daha məni oyatma erkən.
Ötüb keçənləri oyatma daha,
Keçənlər də keçdi, olanlar oldu.
Çox
gənc yaşlarımda
ömrümə mənim
İtkilər bir də ki,
yorğunluq doldu.
Dua etməyi də öyrətmə daha
İstəmirəm bir də keçmişə dönüm.
Bir sənsən dünyada təsəllim mənim
Bir sənsən
həyatda arxam, köməyim.
Nimdaş
paltarınla yollara çıxıb
Gözün yol çəkməsin mənimçün, ana.
Unut təlaşları,nigaranlığı
Yollar ayrıcında
uzağa baxıb.
525-ci qəzet 2017.- 10 iyun.- S.11.