Firuzə Məmmədlinin
şeirləri
GEDİM
İlahi,
İlahi, mən bu günlərin
Hansı sifətini ötürüm
gedim?!
Ömürlə açdığım bu yoldan bəlkə,
İzimi, sözümü itirim gedim.
Ta qanım qaynamır bu gündüzlərə,
Bozaran üzlərə,
dönük üzlərə.
Ayətəl-kürsümü bəlkə yüz kərə
Oxuyub, bəşərə
üfürüm gedim.
Daha yorulmuşam, daha bezmişəm,
Bu yolda kölədən-şaha
bezmişəm.
Dünyaca naləyə, aha bezmişəm,
Qaçım dərə, təpə, uçurum, gedim.
Səbrim
əliboşdur baxt itkisində, -
Gəlişi olmayan vaxt itkisində.
Bəlkə bu zamansız haqq itkisində
Vaxtımı bir təhər keçirim gedim.
Bəs necə
sevmişəm bu dar dünyanı?
İtinə, qurduna bazar dünyanı.
Allah, özün yol tap, qurtar dünyanı, -
Sevgisin qəlbimə
köçürüm gedim.
lll
Qoy başını dizim üstdə,
Uzan yat, dərdin anası.
Kimsə
səni yatırmasın,
Özün yat, dərdin anası.
Yat bir körpə həvəsiylə,
Yat "zövqüylə",
"səfasıyla".
Dərdin
soyuq nəfəsiylə
Qızın yat, dərdin anası.
Hardakı dərd, haçankı
dərd,
Səhər-axşam - azançı dərd.
Dərd
alanın qazancı - dərd,
Qazan yat, dərdin anası.
SƏRVƏTİM
Nə çaş, nə dolaşıqdı,
Nə sazdı,
nə aşıqdı.
Fikrimə əliaçıqdı
Mənim bu söz sərvətim.
Nə yumaq, nə kələfdi,
Nə hiylə,
nə kələkdi.
İçimdəki mələkdi
Mənim bu söz sərvətim.
Nə qiyam, nə qəzəbdi,
Nə əsəb,
nə əzabdı.
Tanrı
verən cəzadı
Mənim bu söz sərvətim.
Açarı var, mücrüdür,
Ümid, inam bürcüdür.
Dinsə,
məndən güclüdür
Mənim bu söz sərvətim.
Çox
da sevincə acdı, -
Ağrılara əlacdı.
Haqdan gələn xəracdı
Mənim bu söz sərvətim.
Düşməni var, dostu var,
Zirvələrdə qəsri var.
Bir gündə dörd fəsli var...
Mənəm bu söz sərvəti!
Qəlbdən beyindən gəlir,
Səsdən, deyimdən gəlir.
Nə xoş, göyündən
gəlir
Allah, bu söz sərvətim.
XXI ƏSR
Bəzi ədəbiyyatşünasların fikrincə, "izm"lərdən
sonra postinsan mərhələsi (cərəyan)
başlanacaq. Əgər belə bir fəlakət baş verərsə, elə bilirəm ki, bu özünü öncə əsərin dil-üslubunda göstərəcək.
Şizofrenik döyüşlər,
Posmoderin söyüşlər.
Energetik
görüşlər,
Diplomatik öpüşlər.
Ekstrasens
xətalar,
İnnovasion ədalar.
Alternativ
cərimələr,
Plüralist kəlmələr,
Monoqam dartışmalar,
Poliqon atışmalar.
Kosmodrom
ölkələr,
İppodrom bölgələr.
Milli kamikadzelər,
Yarımmilli mazelər.
Eksperimental maraqlar,
Degenerativ yaraqlar.
Eksklüziv fərmanlar,
Kosmopolit dərmanlar.
Laminat göydələnlər,
Mobil çərən-pərənlər.
İnternet manqurtlar,
Supermarket anqutlar.
Tolerant teleekranlar,
İmplantant reklamlar...
Hə...
Nə yaxşı, yenə də
Astarı üz dünyadı.
Sirrində, sorağında
Gecə-gündüz dünyadı.
YARALI ÇİNAR
Çoxillik çinar kəsilib
göylərə dirənən
başı yerəgələndə
kötüyünün başındam
əvvəl alov qalxdı, sonra isə sel kimi
su axmaşa başladı
Qamətinin yarasını
Yarpaq-yarpaq
örtdüm, çinar.
Ağrıların qan verirdi,
Qan yerini öpdüm, çinar.
Olmaya qarğıdın məni,
Bəslədiyim bağ adından.
Boğdu
cır armudu məni
Bir sarı
yarpaq adından.
Başıma oyun açmışdın,
Səni çapan kimdi, bildim.
Bir ömür düyün açmışdım,
"Düyün nəymiş"
indi bildim.
Səni
çapan kimdi, bildim,
Yaranın üstə əyildim.
Gözlərim də gildir-gildir
Sənə dərman olsun, çinar.
Ah, bu nə ürəkdi
belə!
Ağrıya kövrəkdi belə!
Məni
şişə çəkdi
belə
Yarandan axan su, çinar.
Ağrın dərdlərimə yaxın,
Əyil, yarpağından baxım.
Gözlərimdən sel-su axır,
Buyur, yaranı
yu, çinar.
AZADLIĞIM
Təqaüdə çıxdığım gün üçün
Süpürgə çəkildi dərd-sərimə,
Rahat və asudə yaşaram daha.
Gah toplum yerinə, gah fərd yerinə
Etnikəm, milliyəm, bəşərəm
daha.
Gəzib
dolaşaram quş kimi azad,
Sərhəd adlayaram, məkan ölçərəm.
Mənim
qələmimlə qəlbinə
yazar
Adımı yanımdan keçən ölkələr.
Əlimin,
qolumun, qanadlarımın
Qırılıb tökülən vaxtı
deyil ta.
Hissim, duyğularım, ağlım
daranıb,
Üzümdə təbəssüm saxta deyil ta.
Bir kəsə dil töküb, ağız açmaram,
İşimin-gücümün qürur vaxtıdır.
Ağrıdan-acıdan nağıl açmaram,
Nağıl yaşımın da qürub vaxtıdır.
Örtülü qapılar qalar örtülü,
Qapı açana da salamım olmaz.
Doğru
- açıq-aşkar, yalan
- örtülü,
Şükür, dərd satanım-alanım
olmaz.
Divara mıxlamaz, tavandan asmaz,
Daha səksəkəli
yuxular məni.
Həqiqət axtarmaz, gümandan
asmaz, -
Nə şeytan,
nə mələk toxunar mənə.
Kamana ox
olmam, tüfəngə
çaxmaq, -
Əsəbə, həsədə nöqtəyəm
daha.
Hər zövqə, səfaya ürəyim axmaz,
Görün nə haldayam, kökdəyəm daha.
Dolub mürgülərim yuxularıma,
Daha şirin
yatıb, acı durmaram.
Dalmaram itirmək qorxularıma,
Ümid qollarımı açıb
durmaram.
Mən elə asudə, elə azadam,
Özüm öz yolumu kəsəm, qorxuram.
Dilimdə zəhərdən - bala
azadam,
Hər gələn
sədaya, səsə
qorxuram.
Süpürgə çəkildi dərd-sərimə,
Daha yaşayaram
asudə, rahat.
Sıxaram gündüzü şeirlərimə,
Gecəni gecə tək yaşaram daha.
lll
Ürəyimin əlindən
Başım salamat olmur.
Məni
məndə əridən
Yaşım salamat olmur.
Yıxılıram, qalxıram,
Sağa-sola darıxıram.
Hər nəsnədən karıxıram,
İşim salamat olmur.
Ötüb keçib yay üzüm,
Şırımlanıb Ay üzüm.
Uralanıb payızım,
Qışım salamat olmur.
FRAQMENTLƏR
Gecə-gündüz doğuluşu,
Vaxt mənə
gün ağlamaz ki?!
Günəşin gözümdə gülsə,
Yerin-göyün ağlamaz ki?!
Bilirdim,
əlim tutamaz
Bir bu qədər qəm çiçəyin.
Buraxdım getdi Araza,
Ayrılıq, hicran çiçəyin.
Əzab
kimi üzüm qırış,
Biyabanlar sorar məni.
Dərdimdən yollar salınar,
Yerimərəm, yorar məni.
Bir üzümlə tutammadım
Bu dünyanın iki
üzün.
Kəsər məni qəm tiyəsi, -
Mən bu qəmin iti üzü.
lll
Yığışdır qaranlığı,
Günəşdən zər ələnir.
Metro salınır burda,
Yer bağrı
zərbələnir.
Preslənir yer yerə,
Göy göyə
pərçimlənir.
Fəhlələrin əlində
Toz-torpaq əlçimlənir.
Keçir binalar altdan,
Daraqlanır şpallar.
Beş ildir, yer eşirlər,
Bu il üzə
çıxarlar.
lll
Sözdü, şərə düşmədi,
Atdım, yerə düşmədi.
Bircə
şerə düşmədi,
Nədən günahkar oldu?
Bağlanmışdıq həyata,
Atlı idik həyada.
Atdan düşüb piyada
Gedən günahkar oldu.
Əl vardı sirr tərəfdə,
Tutulan yer tərəfdə.
Əl qaldı bir tərəfdə,
Yetən günahkar oldu.
QALDI
GÖZÜMÜZÜN YAŞI
Nurəngiz Gün üçün
Şirin
gözəllikdə
bir gözəl idi.
Gəzdiyi, durduğu
yer gözəl idi.
Məhsəti görkəmi,
qaməti vardı,
Başında şeirdən
dəməti vardı.
Sevgili baxışı vardı
gözündə,
Hamı
sevimliydi,
yardı gözündə.
Hamıya
deyilən
xoş söz idi o,
Hər yerdə bir sifət,
bir üz idi o...
...Davam gətirmədi
vaxt yürüşünə,
Çıxdı taleyinin
haqq yürüşünə.
Yarıldı Göy üzü
-
uzandı bir əl,
Asta sığal çəkdi
saçına əvvəl,
Tutub əllərindən
apardı onu.
Qədd-qamətindən,
istedadından,
Şirin
dillərindən
apardı onu.
Qaldı
gözümüzün
yaşı dalınca,
Bir şeir sultanı -
tacı dalınca.
Firuzə MƏMMƏDLİ
525-ci qəzet 2017.- 14 iyun.- S.7.