İbrahim Yıldırım Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət etdi

 

Azərbaycan-türk ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, tanınmış yazıçı-publisist, maarifçi Əli bəy Hüseynzadənin şəxsi əşyaları və sənət əsərlərindən ibarət sərgi-təqdimatın keçirilməsi ilə əlaqədar Bakıda səfərdə olan İstanbul Universitetinin professoru, tarixi-etnoqrafik araşdırmaların müəllifi İbrahim Yıldırım dünən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib.

 

Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fondun məqsəd fəaliyyət istiqamətlərindən söz açıb, türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi təbliğ edilməsinin vacib əhəmiyyət kəsb etdiyini bildirib.

 

İ.Yıldırım Türk dünyasına xas zəngin irsin qorunması araşdırılması sahəsində Fond ilə əməkdaşlıq niyyətini ifadə edib, eləcə Azərbaycan Türkiyə arasında qardaşlıq əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib.

 

Görüşdə gələcəkdə bütövlükdə Türk dünyası ilə bağlı layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, o cümlədən,  XX əsrin əvvəllərində Türkiyədə yaşayan görkəmli şəxsiyyətlərin irsinin daha dərindən tədqiqi məqsədilə birgə tədbirlərin keçirilməsi müzakirə edilib.

 

525-ci qəzet  2017.- 14 iyun.- S.7.