Azərbaycan kitabçılığı
Moskvada yüksək dəyərləndirildi
SƏLİM
BABULLAOĞLUNUN YAZDIĞI "RASİM ƏLİYEV.
XATİRƏLƏR” KİTABI "QRAN-PRİ”YƏ LAYİQ
GÖRÜLÜB
2017-ci ilin 5-6 iyununda Rusiya Federasiyasının paytaxtı Moskvada MDB-yə üzv dövlətlərin XIV Beynəlxalq "Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin iclası olub.
Tədbirdə Azərbaycanı Mədəniyyət
və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova təmsil edib.
XIV Beynəlxalq "Kitab sənəti” müsabiqəsinə
MDB-yə üzv olan dövlətlərin təmsilçiləri tərəfindən
bütün nominasiyalar
üzrə 89 adda kitab təqdim olunub.
Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə sözügedən
müsabiqəyə Azərbaycan
Respublikası adından
müxtəlif nominasiyalarda
iştirak üçün
14 adda kitab göndərilib.
Bu kitablardan 11-i müsabiqənin
əsas nominasiyalar üzrə qalib gəlmiş və müxtəlif dərəcəli
diplomlarla təltif olunub.
Həmin nəşrlərdən, Səlim
Babullaoğlunun yazdığı
"Rasim Əliyev. Xatirələr” kitabı "Qran-Pri”
("Ãðàí-Ïðè”) nominasiyası
üzrə finalçı
seçilib və
"Qran-Pri” laureatı
diplomuna layiq görülüb.
Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan, Şakir Qabıssanlının
qələmə aldığı "Azərbaycan
xalçalarının açılmamış
sirləri” kitabı
"Birlik” ("Ñîäðóæåñòâî”) nominasiyası
üzrə II yeri tutub. Sevda Dadaşova, Elbəy
Qasımzadə, Fazil Məmmədovun "Bakı
– tarixin səhifələri”
kitabına "Mənim
ölkəm” ("Ìîÿ ñòðàíà”) nominasiyası
üzrə III yer verilib. Solmaz Amanovanın "İlmənin macəraları”
(Azərbaycan, rus və ingilis dillərində) kitabı
"Uşaq və gənclər üçün
kitab” ("Êíèãè äëÿ äåòåé è þíîøåñòâà”)
nominasiyası üzrə
II yerə layiq bilinib.
Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan bir başqa
kitab - "Azərbaycan
doğma diyar. Milli azlıqların
V Respublika Festivalının
materialları” isə
"Mədəniyyətlərin dialoqu” ("Äèàëîã êóëüòóð”) nominasiyası üzrə III yerlə dəyərləndirilib. F.Əfəndiyeva, F.Balakişiyeva, Ç.Qaşqay,
V.Babayevin "Müasir
kurort işində quru palçıq formaları” kitabı
"Elm və innovasiya”
("Íàóêà è èííîâàöèÿ”) nominasiyası
üzrə üçüncülük
qazanıb.
Esmira Fuadın "XX əsr Güney Azərbaycan epik şeiri” kitabı "Tədris ədəbiyyatı və
təhsil” ("Ó÷åáíàÿ ëèòåðàòóðà è îáðàçîâàíèå”) nominasiyası
üzrə III yeri tutub. Mədəniyyət və Turizm Nazirliyinin nəşrlərindən,
Rəşid Behbudovla bağlı "Sönməz
Ulduz” kitabı"Art
kitab” ("Àðò-Êíèãà”) nominasiyası üzrə II yerə layiq görülüb. Gülzar İbrahimovanın "Sirus
və Virusun macəraları” kitabına
"MDB-də nəşr
olunub” ("Îòïå÷àòàíî â Ñîäðóæåñòâå”)
nominasiyasında III yer
verilib.
Mədəniyyət və Turizm Nazirliyinin "Molla Nəsrəddin lətifələri” nəşri "İllüstrasiya sənəti” ("Èñêóññòâî èëëþñòðàöèè”) nominasiyası üzrə üçüncü yerlə qiymətləndirlib. Nazirliyinin digər bir nəşri - Sabir Rüstəmxanlının "İki kəlmə” kitabı "Xüsusi diplom”la mükafatlandırılıb.
Kitabların layiq görüldüyü mükafatlar bu ilin sentyabrında Moskva Beynəlxalq Kitab Sərgisində Azərbaycan nümayəndə heyətinə təqdim olunacaq.
CAVİD
525-ci qəzet 2017.- 14 iyun.- S.7.