Qarabağ həqiqətləriylə bağlı elmi maarifləndirmə kursları keçirilir

 

YAQUB MAHMUDOV: "AZƏRBAYCAN ERMƏNİSTANDAN ÖZ ƏRAZİLƏRİNİ TƏLƏB ETMƏLİDİR. ERMƏNİLƏR İRƏVANIN ONLARA VERİLMƏ ŞƏRTLƏRİNİ POZUBLAR"

 

İyunun 13-də "Qarabağ Araşdırmalar Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycanın aparıcı media orqanlarının nümayəndələri üçün "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri" haqqında qısamüddətlı elmi maarifləndirmə və təbliğat kurslarına başlayıb.

 

Tədbirdə çıxış edən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ Araşdırmalar Mərkəzininin rəhbəri Elçin Əhmədov kursların keçirilməsinin məqsədləri barədə danışıb. O qeyd edib ki, məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırım siyasətinin mahiyyəti, eləcə də Qarabağ həqiqətlərinin daha sistemli öyrənilməsi və dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir: "Biz bu kursları əvvəlki illərdə ali məktəb tələbələri, Bilik Fondu, Elmin İnkişafı Fondunun əməkdaşları üçün keçirmişik. Bu dəfə isə biz kütləvi informasiya vasitələrinin nümayədələri üçün belə bir maarifləndirici kurslar keçirməyi qərara aldıq. Burada Azərbaycanda Qarabağ həqiqətlərinin təbliği, araşdırılması istiqamətində fəaliyyət göstərən alimlər, ekspertlər öz mühazirələri ilə çıxış edəcəklər".

 

İlk olaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri" mövzusunda mühazirə oxuyub.

 

Y.Mahmudov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti haqqında qısamüddətlı elmi maarifləndirmə və təbliğat kurslarının Dağlıq Qarabağ həqiqətlərinin işıqlandırılması, dünya ictimaiyyətinə doğru, düzgün formada, əsaslandırılmış və sistemli şəkildə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir: "Ancaq biz fəaliyyət konspesiyamızı müdafiə yox, hücum üzərində qurmalıyıq. Yəni rəhbərlik etdiyim Tarix İnstitutunun götürdüyü xətt "Azərbaycanın müasir Ermənistana qarşı haqlı ərazi tələbləri" üzərində qurulub. Hücumda olmaq həqiqəti üzə çıxartmaqdan ötrü daha təsirli yoldur".

 

Akademik bildirib ki, "Cənubi Qafqazın xəritəsində Ermənistan adlı dövlət heç vaxt mövcud olmayıb" - məsələni buradan başlamaq lazımdır: "Bəs necə oldu ki, bu ərazilərdə Ermənistan adlı dövlət peyda olduonlar zaman-zaman bizə qarşı ərazi iddiaları ilə çıxış etməyə başladılar? Azərbaycan iqtisadiyyatının inkişafı, ölkəmizin Cənubi Qafqazda aparıcı dövlətə çevrilməsi bizim böyük uğurumuzdur. Ancaq biz bununla bərabər, dünyada baş verən proseslərdən yan keçə bilmərik. İstənilən halda, proseslərin ölkəmizə təsirləri olacaq. Dövlətin apardığı müdrik siyasət nəticəsində bu təsirləri azalda bilərik. Lakin elə məsələlər var ki, biz o istiqamət üzrə qələbəməzi daimi təmin etmək iqtidarındayıq. Bunlardan ən mühümü bizim ideoloji baxışlarımız - Azərbaycançılıq ideologiyasıdır. Təəssüflər olsun ki, Tarix İnstitutunun götürdüyü bu xəttə ölkənin daxilində də müəyyən qüvvələr çox qısqanclıqla yanaşır. Bizim müstəqillik dövründə əsas məqsədimiz Azərbaycan tarixində mövcud olan qüsurları aradan qaldırmaq, ortaya yeni konseptual baxış qoymaqdır. Haqqımızın müdafiəsində bizi bəzi qüvvələr nə qədər gecikdirsə də, biz çox mühüm uğurlara nail ola bilmişik".

 

 

 

Akademikin sözlərinə görə, bizim ümumi fəaliyyətimizə qarşı bütün maneələrin arxasında Azərbaycan xalqına, dövlətinə münasibət dayanır: "Hadisələr 19-cu əsrin əvvəllərindən - Azərbaycanın iki yerə bölünməsindən başlayıb. Söhbət ondan gedir ki, iki qüdrətli imperiya Azərbaycanın varlığını silib yer üzündən götürməkdən ötrü "Gülüstan" və "Türkmənçay" müqavilələrindən sonra həm şimal, həm də cənubda düşünülmüş ən dəhşətli siyasət yeridildi. Bu siyasəti yeridən qüvvələrin zəngin dövlətçilik təcrübəsi var. O vaxt xalqımız üçün bu iki qüvvənin qarşısında durmaq son dərəcə çətin idi. Şimali Azərbaycan torpaqları təkcə "Gülüstan" və "Türkmənçay" müqavilələri ilə bölüşdürülmədi. Bu torpaqlar daha sonra dəfələrlə bölüşdürüldü, üzərində islahatlar keçirildi. Xalqımızı məhv etməkdən ötrü sistemli siyasət yeridildi. Bunun nəticəsidir ki, bu gün nə Dərbənd, nə də Borçalı torpaqları bizim əlimizdədir. Yer üzərində Çar Rusiyası qədər dəhşətli, kobud müstəmləkəçilik siyasəti yeridən ikinci dövlətə, bəlkə də təsadüf etmək qeyri-mümkündür. Cənubi Azərbaycanda isə dini-ideoloji xətlə millətimizin başına daha dəhşətli oyunlar açıldı".

 

Y.Mahmudov qeyd edib ki, Azərbaycan xalqı türk milləti olaraq dünyada böyük imperiyalar yaradıb: "Biz hər hansı qüvvələr tərəfindən idarə olunan xalq olmamışıq. Biz həmişə idarə edən xalq olmuşuq".

 

Azərbaycan xalqının Cənubi Qafqazın aborigen əhalisi olduğunu xatırladan akademik təəssüflə bildirib ki, Sovet hakimiyyəti dövründə yalnız gürcü və ermənilərə dövlətçilik təbliğatı aparmağa icazə verilmişdi: "Məqsəd Cənubi Qafqazın aborigen əhalisi kimi ermənilərlə gürcüləri təqdim etmək idi. Bununla da bizə qarşı yeni ideoloji savaş başladıldı. Təəssüflər olsun ki, bunun bəzi fəsadlarından biz bu gün də əziyyət çəkirik. Dəhşətli haldır ki, bununla bağlı biz öz mövqeyimizi açıqlayanda daxilimizdən də bəzi qüvvələr əleyhimizə danışırlar. Lakin biz sübut etmişik ki, burada tarixən ermənilər mövcud olmayıblar. Ortada Birinci Pyotrın manifesti var. Orada qeyd olunub ki, "ermənilər rusların dostuduronlar Cənubi Qafqaza köçürülməlidir". Və belə də olur. 1828-ci ildə "Türkmənçay", 1829-cu ildə "Ədirnə" müqavilələri ilə ermənilərin İran və Osmanlı ərazilərindən Azərbaycanın Naxçıvan, İrəvan, Qarabağ bölgələrinə köçürülməsi həyata keçirilir".

 

Tarix İnstitutunun direktoru onu da bildirib ki, onlar ermənilərin nəinki Cənubi Qafqaz, hətta Asiyanın aborigen əhalisi olmadığını sübut edib, əsaslandırıblar.

 

Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçiliyimizin bütövləşməsi, Azərbaycançılıq ideologiyasının təşəkkül tapmasında böyük, misilsiz xidmətləri olduğunu deyən Y.Mahmudovun sözlərinə görə, 1918-ci ildə ermənilərə dövlət yaratmaq üçün İrəvanda 9 min kvadrat kilometr ərazi verilərkən bir sıra şərtlər razılaşdırılmışdı: "Əsas şərtlər ondan ibarət idi ki, ermənilər bir daha Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyəcək, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırım siyasəti həyata keçirməyəcəklər. Lakin ermənilər şərtləri tamamilə pozdular. Düşmənlərimiz Azərbaycan torpaqlarında dövlət yaratdıqdan dərhal sonra Zəngəzur, Qarabağ və digər bölgələrimizdə soyqırımlar, təcavüz aktları törətməyə başladılar. Daha sonra ermənilərə verilən həmin kiçik ərazi daha da genişləndirildi. Ona görə də, bu gün ermənilərin deyil, bizim ermənilərə qarşı ərazi iddiaları ilə çıxış etmək haqqımız var. Bütün məsuliyyətimlə deyirəm ki, tarixdə "Böyük Ermənistan" dövləti olmayıb. Ermənilərin, ümumiyyətlə Asiya torpaqlarında haqqı yoxdur".

 

Daha sonra Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun Qarabağ şöbəsinin baş elmi işçisi Nazim Mustafa "XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)" mövzusunda mühazirə oxuyub.

 

N.Mustafa bildirib ki, ermənilərin azərbaycanlılara qarşı ən dəhşətli kütləvi qırğınları 1905 - 1906-cı illərə təsadüf edir: "Bu hadisələri dərindən analiz etmək üçün məsələnin kökünü araşdırmaq lazımdır. Niyə məhz 1905-ci il?  Erməni məsələsi ilk dəfə 1878-ci ildə Berlin konqresində gündəliyə gəlib. Ondan əvvəl isə Şərq məsələsi meydana çıxmışdı. Bu məsələnin mahiyyətində müxtəlif etnosları ayağa qaldıraraq Osmanlı dövlətini parçalamaq dururdu. Qərb dövlətləri bunun üçün müxtəlif yollar axtarırdı. Erməni məsələsi isə Şərq məsələsinin içindən çıxan prosesdir. Qərb dövlətləri ermənilərin qanında olan satqınlıq, yaşadığı dövlətə qarşı xainlik kimi xarakterik xüsusiyyətlərindən faydalanaraq onları ələ ala bildilər. Nəticədə, Berlin konqresində erməni məsələsi ortaya atıldı. Məqsəd Şərqi Anadoluda ermənilərə muxtariyyat vədi verməklə onları Osmanlıya qarşı çevirmək və bu yolla böyük türk dövlətini parçalamaq idi. Xarici dövlətlər isə hələ 19-cu əsrdən başlayaraq missionerlər vasitəsilə məsələnin üzərində işləyirdilər. Onlar əsasən erməni gəncləri aparıb xaricdə - Avropa, Amerikada təhsil verərək geri qaytarırdılar ki, əhali arasında aparsınlar, Osmanlı dövlətinə qarşı qüvvə formalaşdırsınlar".

 

Berlin konqresinə ermənilərin iki nümayəndəsinin getdiyini deyən N.Mustafa bildirib ki, tədbirdə müzakirələr zamanı qışqırıq, ağlaşma səsləri eşidilir: "Buna görə də təşkilatçılar məsələ ilə bağlı maraqlanırlar. Əlində incil tutan erməni ağlaya-ağlaya deyir ki, Osmanlı torpaqlarında yaşayan ermənilərə dövlət yaratmağa kömək etsinlər. Almaniyanın birinci kansleri Otto fon Bismark ona cavabında bildirir ki, torpağı ağlaya-ağlaya deyil, silaha sarılaraq almaq olar. Bismark ermənilərə məsləhət görür ki, silahlanaraq hücuma keçsinlər. Bundan sonra ermənilər təşkilatlanmağa başladılar. 1885-ci ildə "Armenakan", 1890-cı ildə isə "Daşnaksütyun" partiyası yaradıldı. Bu təşkilatların hər birinin nizamnaməsində öz məqsədlərinə nail olmaq üçün silahlı dəstələr yaratmaq, terrora əl atmaq əksini tapmışdı. Erməniləri silahlandıran iki əsas qüvvə olub: Qərb dövlətləri və Rusiya. Nəticədə, 1890-cı ildə ermənilər üsyana qalxdılar. Lakin onların bu üsyanları yatırdıldı. Buna görə də, həmin ermənilər müxtəlif yerlərə qaçaraq canlarını qurtarmağa çalışdılar. 1890-cı ildən 1908-ci ilədək təxminən 400 min erməni Cənubi Qafqaza köç etdi. Ermənilər İrəvan quberniyasına üz tutmuşdular. Onlar burada məskunlaşmaq üçün silah vasitəsilə azərbaycanlılara qarşı kütləvi hücumlara başladılar. Həmin dövrün arxiv materiallarında qeyd olunub ki, ermənilərin Cənubi Qafqaza gəlişi ilə bu region qan çanağına dönmüşdü".

 

Tarix İnstitutunun Qarabağ şöbəsinin baş elmi işçisi qeyd edib ki, erməni kilsələri düşmənlərimiz üçün silah-sursart anbarı, terror hazırlama mərkəzi rolunu oynayırdı: "Bütün təşkilatı işlər "Daşnaksütyun"un Tiflis bürosundan idarə olunurdu. Silah-sursatlar erməni dəstələrinə bu mərkəzdən paylanılırdı. Eyni zamanda, "Hınçak" partiyasının silahlı dəstələri var idi. Nəticədə, 1905-ci ilin fevralından başlanan kütləvi qırğın hadisələri 1906-cı ilin sentyabrınadək davam edib. Bu dəhşətli təcavüz aktları Cənubi Qafqazın 14 qəzasında baş verib".

 

Daha sonralar azərbaycanlıların da təşkilatlandığını deyən N.Mustafa qeyd edib ki, "Difai" partiyasının yaradılması ermənilərin silahları yerə qoymasında böyük rol oynadı: "Çünki ermənilərə bəyan olunmuşdu ki, əgər təcavüzkarlıqlarına davam etsələr, onlara qarşı daha sərt tədbirlər görüləcək. Buna qədər isə silahlanmış ermənilərə qarşı əliyalın azərbaycanlılar mübarizə aparırdı. Lakin sonrakı illərdə ermənilər fürsət düşən kimi, yenə də öz miskin niyyətlərini reallaşdırmaq üçün hərəkətə keçib. Bu, ermənilərin taktikası idi".

 

Hazırkı dövrümüzdə də ermənilərin eyni taktika ilə hərəkət etdiyini deyən N.Mustafa qeyd edib ki, ermənilər tərəfindən 1905-1906-cı illərdə qarşıya qoyulan plan indidavam etdirilir.

 

Qeyd edək ki, iyunun 13-dən 19-dək keçiriləcək kurslarda növbəti günlərdə "Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)"; "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları DQMV-nin yaradılması və onun nəticələri (1918-1923)"; "Sovet dövründə Ermənistanın Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticələri (1945-1985)"; "XX əsrin 80-ci illərinin sonunda Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzünün nəticələri (1988-1993)"; "Millətlərin öz müqəddəratını təyin etmə və ərazi bütövlüyü prinsipləri: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və beynəlxalq hüquq kontekstində", "Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Xocalı soyqırımı" və "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində Azərbaycanın dövlət siyasəti" mövzularda proqram üzrə mühazirələri Azərbaycanda bu sahədə tanınmış alimlər və mütəxəssislər oxuyacaqlar.

 

Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim ediləcək.

 

Ceyhun ABASOV

525-ci qəzet  2017.- 14 iyun.- S.5.