Milli Kitabxanada Qurtuluş günü
Dünən Mədəniyyət və Turizm Nazirliyi, Milli Kitabxana və AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə "Heydər Əliyev: Azərbaycan xalqının qurtuluş mübarizəsinin qalibi" mövzusunda elmi konfrans və "15 iyun- Milli Qurtuluş günüdür" adlı kitab sərgisinin açılışı olub.
Əvvəlcə tədbir iştirakçıları
ümummilli liderin həyat yolunu əks etdirən "15 iyun-Milli Qurtuluş günüdür" geniş
kitab sərgisi ilə tanış
olublar. Sərgidə 200-ə yaxın ədəbiyyat nümayiş
etdirilib.
Milli Kitabxananın direktoru,
professor Kərim Tahirov
ümummilli liderin həyat yoluna nəzər salıb, onun Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, Azərbaycanı dünyaya tanıtmaq, habelə xalqımız qarşışında sonsuz
xidmətlərindən danışıb,
ulu öndərin mədəniyyətə, incəsənətə
verdiyi yüksək qiymətdən söz açıb.
Daha sonra Ümummilli lider haqqında qısa film nümayiş olunub.
Mədəniyyət və Turizm Nazirinin birinci müavini Vaqif Əliyev bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli
dövlət xadimi haqqında danışıb,
onun uzaqgörən və istedadlı idarəçiliyi sayəsində
Azərbaycanın hər
sahədə inkişaf
etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını
təmin etməsini söyləyib.
Daha sonra AMEA-nın həqiqi üzvü, akademik, millət vəkili, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, institutun Əliyevşünaslıq
şöbəsinin rəhbəri,
professor Ədalət Qasımov,
Əliyevşünaslıq şöbəsinin aparıcı
elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Leyla Hüseynova, Azərbaycan Mədəniyyəti
tarixi şöbəsinin
aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə
doktoru Nigar Axundova çıxış
ediblər.
Tədbirin sonunda Tarix İnstitutunun
son illərdə çapdan
çıxmış nəşrləri
Milli Kitabxanaya hədiyyə olunub.
525-ci qəzet 2017.- 15 iyun.-
S.3.