Zaur Sahil
Zaur Sahil (Bağırov Zaur Fazil oğlu) 1988-ci ildə anadan olub. Orta məktəbi Cəlilabad
rayonunda bitirib. Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstan
torpağında xidmət
edib.
Bədii yaradıcılığa erkən
yaşdan həvəs
göstərən Z.Sahilin
ilk şeiri 2006-cı ildə
çap olunub.
2014-cü ildə Bakı
Slavyan Universitetinin Yaradıcılıq fakültəsini
"Ədəbi işçi"
ixtisası üzrə
bitirib.
İndiyədək iki kitabı çapdan çıxıb. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür.
Zaur SAHİL
Atam sağ gözümdü,
Anam sol gözümdü.
Anam öləndən sonra,
Bu dünyaya iki gözümlə
baxa bilmirəm.
Sağ gözümlə bu dünyanı,
Sol gözümlə o dünyanı
görürəm.
lll
Anamın
göz yaşını
görməyim deyə.
Yağışlı havada
öləcəyəm mən.
Qoşulub yağışa
güləcəyəm mən.
Məzarım uşaqkən
qazıldığı üçün,
Öləndə uşağa
dönəcəyəm mən.
lll
Gözlərim Atam kimi,
Ürəyim Anam kimidi.
Dilim uşaqlığım kimi
Gözlərimlə ürəyimin
Arasında qalıb.
Dilimi yumşaltdıqca
Gözlərimdən yaş düşür,
Ürəyimə daş düşür.
Bu dünyanın göz yaşı,
O dünyanın daşıymış.
lll
Vətən bir güzgüdü.
Ancaq qürbətə çəkilib,
Özünü vətəndə
görə bilərsən.
Qürbətdən məktub
Qürbətin yolları nə
uzun imiş,
Çatmır vətənə ki, gedəm evimə.
Atam kəndimizdən, Anam məzardan,
Sevgilim şəhərdən
gələ, sevinə.
lll
Mən düşdüyüm qürbət
ilə
Vətənin arasında
Yarım saat fərq var.
Bu fərq,
Qürbəti vətənə sarı
qovub,
Yarım
saat qürbətdə,
Yarım
saat vətəndə,
Yaşamaq deməkdi.
İncimə, vaxtından tez gəlsəm.
lll
Ağlayan vaxtlarımda
Göz
yaşlarımdan islanan torpaq
Bir gün də sən ağlayacaqsan
Mən islanacam göz yaşlarında
Bax onda istəmirəm
Qəbrimin gözləri
Yaşlı olduğunu
Kimsə görsün.
lll
Qışın soyuğuna,
Yayın istisinə baxmayın.
Qış yaydan varlı olur,
Qışın günəşi, yağışı,
qarı, küləyi,
dumanı-çəni, şaxtası-buzu
var.
Yayın təkcə günəşi
var.
Həyat yoldaşım üçün
Gözündən lalələr axıb
gedirdi,
Düşürdü könlümün qərib
bəxtinə.
Bilirəm, dərdimi yaman
çəkirsən,
İslanmış arzular sərib bəxtimə.
Həsrəti uzanmış, gödək
adamsan,
Boyun çatmayacaq
məni görməyə.
Darıxma, günləri nərdivan
edib,
Bir gün çıxacağam səni
görməyə.
Oğlum
və qızım üçün
Hər zaman yuxularda
qarşılayardım günləri.
İndisə, oyaq qarşılayıram.
Sizə çatmaq üçün,
balalarım.
Hər gün bir pillədi
Qalxıram Sizə doğru.
Məni bəlalardan qoruyan
balalarıma...
Göylərdən tökülən qar
dənələri,
Atılan topların qəlpələridir.
Atalar, Analar heç qorxmasınlar,
Onları qoruyan körpələridir.
Layla bir duadır,körpə
eşidir,
Dönüb Tanrısına təşəkkür
edir.
Hamı
gələ-gələ dünyadan
gedir,
Onları qoruyan körpələridir.
Bütün musiqilər qavala
gəlir,
Ömür bir cavabdır, suala gəlir,
İnsanlar gündə bir
zavala gəlir,
Onları qoruyan körpələridir.
lll
Yalnız,
ürək
ürəyə dəyəndə,
gözdən çınqı
çıxar.
Bağışla,
ürəyim ürəyinə
dəyə bilmədi,
gözüm gözünə
həsrət qaldı.
lll
Bilirəm,
İndi
boş qalan yastığım
Göz yaşınla
doludur.
Sanki, mənəm deyə,
Hər gün göz yaşını
qucaqlayıb yatırsan.
Mənsizlik lay-lay deyir
Sənsizliyə.
lll
Adam boyda adamsan,
Küçə boyda küçəsən.
İçindəki adamdan,
İçindəki küçəyə,
Ümid boyda cığır var.
Hər gün sənçün darıxan,
Adam kimi yetim var,
Küçə kimi fağır var.
lll
Bir ovuc daş kimi,
Günlər girib ömrümə.
Barmaqlarımın arasından,
Bir-bir düşür könlümə...
lll
Uçdu
gözlərimin yaş
dənələri,
Getdi buludlara qondu,dayandı.
Düşdü buludlardan daş
dənələri,
Gəldi ürəyimdə dondu, dayandı.
İmanım göylərə, ümidim
yerə,
Gəlmişdim dünyadan gül dərmək üçün.
Tikanlar ömrümü nöqtələdilər,
Gedirəm, dünyanı güldürmək üçün.
525-ci qəzet 2017.- 20 iyun.- S.7.