"Kaspi" Təhsil Şirkətinin
10 illik yubileyi - Fotolar
SONA VƏLİYEVA: "BİZ
HƏR BİRİMİZİN ARZULADIĞI GƏNCLİYİ
YETİŞDİRMƏYƏ ÇALIŞIRIQ"
"Bu gün "Kaspi" Təhsil Şirkəti üçün ikiqat bayramdır. "Kaspi"
Təhsil Şirkəti
10 illik yubileyini qeyd etməklə yanaşı, 2014-cü ildə
fəaliyyətə başlamış
Kaspi Liseyinin də ilk məzunlarının
gecəsini qeyd edir".
Gənc Tamaşaçılar Teatrında
"Kaspi" Təhsil
Şirkətinin yubileyi
və ilk məzun gecəsinə həsr olunan tədbirdə səslənən bu fikirlər ölkənin ən qabaqcıl və sürətlə inkişaf edən təhsil təşkilatlarından
birinin keçdiyi yolu vərəqlədi. Şirkətin kollektivi, məzunlar və onların valideynləri ilə yanaşı, ictimai xadimlər, millət vəkilləri, mədəniyyət
və media nümayəndələrinin
də iştirak etdiyi tədbirdə şirkətin əldə
etdiyi nailiyyətlərdən
danışıldı, həmçinin
gələcək hədəflərindən
söhbət açıldı.
Qeyd edildi ki, "Kaspi" Təhsil Şirkəti 2007-ci ildə
xarici dillərin tədrisi ilə məşğul olan bir mərkəz kimi fəaliyyətə başlayıb, keçən
10 il ərzində fəaliyyətini genişləndirərək
2 lisey, 4 uşaq bağçası, 11 filial, 7 yerli
nümayəndəlik açıb,
şirkət statusunu qazanıb.
"10 il ərzində
müəyyən işlər
görməyə çalışdıq. Amma bu, bizim planımızda
olan işlərin bir hissəsidir" deyən "Kaspi" Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva qonaqları salamlayaraq rəhbərlik etdiyi şirkətin yaranma məqsədindən
danışdı: "Biz bu
təhsil şirkətini
yaradanda özəl və dövlət təhsil sektorlarının
fəaliyyətini araşdırdıq. "Fərqli bir
təhsil sahəsi yaratmaq üçün nə etmək lazımdır ki, bütün insanların maraq dairəsini cəlb etsin və orada təhsil
almağa gəlsinlər?"-
deyə düşündük. Milli təhsil
bizim üçün
vacib məsələ
idi. Ulu öndər Heydər
Əliyev də milli təhsil məsələsini vacib hesab edirdi. O cümlədən, ölkə
prezidenti İlham Əliyev "bizim assimilyasiya olunmamağımızda
milli təhsil böyük rol oynayır. Hər bir millət
öz adət-ənənəsini,
tarixini və mədəniyyətini gözəl
bilməlidir"- deyə
millilik məsələsini
önə çəkir.
Hər iki böyük şəxsiyyətin fikirlərini
fəaliyyətimizin əsas
prinsipi hesab edərək "Mükəmməl
milli təhsil amalımızıdır" devizi
ilə işə başladıq. Beynəlxalq
təhsilin mütərəqqi
metodlarını milli
təhsillə birləşdirməyə
nail olduq. Biz ulu öndərin bizə miras qoyduğu Azərbaycanın gələcək
qurucularını, hər
bir ailənin arzuladığı vətəndaşı,
Azərbaycan cəmiyyətinə
gərəkli ola biləcək, dövlətimizi gələcəkdə
müxtəlif istiqamətlərdə
təmsil edə biləcək insanı yetişdirmək istəyirik".
S.Vəliyeva Kaspi liseylərinin
ilk məzunlarını təbrik
edərək onların
taleyindən narahat olmadığını bildirdi:
"Bu illər ərzində
lisey şagirdlərinin
qəlblərinə elə
bir işıq və inam verə
bildik ki, onlar müstəqil həyatda qətiyyətlə
addımlayacaq və öz bilik və
bacarıqlarını nümayiş
etdirəcəklər". Rəhbərlik etdiyi təhsil ocağının
konsepsiyasından danışan
təsisçi şagirdlərin
milli olmaqla bərabər, beynəlxalq
təhsilin müxtəlif
istiqamətlərində yaşıdları
ilə nəinki rəqabətə davamlı,
hətta bir addım öndə olmalarının vacibliyini
vurğuladı: "Biz qloballaşan
dünyanın Azərbaycan
vətəndaşını, hər birimizin arzuladığı gəncliyi
yetişdirməyə çalışdıq.
Bu həm də
Azərbaycan təhsilinin
inkişafının göstəricisidir".
Azərbaycanın özəl təhsil
sektorunda kifayət qədər önəmli yer tutduqlarını deyən "Kaspi" Təhsil Şirkətinin direktoru Elnur Əliyev hesabat xarakterli çıxışı
ilə təhsil müəssəsinin keçdiyi
yoldan bəhs etdi: "Fəaliyyətimizin
ilk açılış məqamı
olan "Poliqlot" şöbəsi bir filialda fəaliyyətə
başlamışdı. Bu gün artıq respublikanın bir neçə böyük şəhərini əhatə
edərək 11 filialda
"Kaspi"nin ingilis və rus dili dili
kursları fəaliyyət
göstərir. Hər
il mindən
çox məktəbli,
tələbə və
müxtəlif peşə
sahibləri "Kaspi"nin
ingilis dili kurslarının sertifikatını
alırlar. Bu şöbə fəaliyyəti
dövründə başqa
xarici layihələrə
də imza atıb. İngiltərənin məşhur məktəbləri
- English National və Oksford
English məktəbləri ilə
birlikdə kurslar təşkil etmişik.
"Avroviziya" günlərində
çevik polis alayının
300 əməkdaşının dil bilgilərinin artırılmasına nail olmuşuq.
O cümlədən, Azercell
şirkəti ilə birlikdə jurnalistlər üçün təşkil
olunan kurslar çərçivəsində 6 il müddətində
100-dən çox jurnalistin
ən aşağı
səviyyədən yuxarı
səviyyəyədək hazırlanmasına
töhfə vermişik".
Kaspi Abituriyent şöbəsinin
uğurlarından danışan
direktor 2008-ci ildə Kaspi Təhsil Şurasının qərarı
ilə yaradılan şöbənin artıq
uğurlara imza atdığını qeyd
etdi: "Hər il minlərlə abituriyent "Kaspi"-nin bölgələrdə
və Bakıda yerləşən kurslarında
hazırlıq keçir
və uğurlu nəticə əldə edirlər. Bu illər ərzində 300-ə yaxın
tələbə 600-dən yuxarı bal toplayaraq müxtəlif ali məktəblərə
daxil olublar. Bu il "Kaspi"
Təhsil Şirkətinin
müəllimlərinin zəhmətinin
bəhrəsi olaraq
ilk 700 bal toplayan abituriyent
Vahab Cəbrayılovun
uğurunun şahidi olduq".
Yüksək bal yığmaq
üçün şirkətdə
xüsusi istedad qruplarının təşkil
edildiyini deyən E.Əliyev əsas məqsədin ən yüksək nəticələr
əldə etməkdən
ibarət olduğunu bildirdi. Həmçinin, şirkətin məktəbəhazırlıq
kursları hər il 100-ə qədər
uşağı ibtidai
siniflərə tam hazırlayır:
"Bu kurslar açılandan
bəri uşaqların
məktəbə hazırlığı
ilə bağlı çoxlu işlər görülüb".
E.Əliyev şirkətin önəmli
sahələrindən olan
Kaspi Global - xaricdə
təhsildən danışaraq
bildirdi ki, şöbə yerli tələbələrin xaricdə
bütün dərəcələr
üzrə təhsil almalarının təşkili
ilə məşğul
olur: "Bu şöbə
xaricdə təhsilin təbliği ilə bağlı ölkədə
kifayət qədər
işlər görüb.
Şöbənin açılmasında əsas məqsəd
2007-2015-ci illərdə xaricdə
təhsillə bağlı
Dövlət Proqramının
icrasına dəstək
olmaq idi. Xaricdə təhsillə bağlı
əhalinin məlumatlılığı
zəif idi. İndiyə
qədər 6 beynəlxalq
təhsil sərgisi təşkil etmişik ki, burada minlərlə
azərbaycanlı tələbə
xarici universitetlərin
nümayəndələri ilə
real şəkildə görüşərək
məlumatlar alıb.
20-dən artıq ölkənin universitetləri
ilə rəsmi partnyorluq müqaviləsi imzalamışıq və
hər birinin ölkədə təqdimatını
təşkil etmişik.
Bu fəaliyyətlərlə
xaricdə təhsil proqramına kifayət qədər yardım etmişik". Direktor bildirdi
ki, bu müddət
ərzində 300-ə yaxın
"Kaspi" tələbəsi
xaricdə təhsil alıb və onlardan 100-dən çoxu
təqaüd proqramları
ilə oxuyub.
E.Əliyev şirkətin ən
böyük layihələrindən
biri olan "Kaspi" liseylərinin fəaliyyətini yüksək
dəyərləndirdi: "2014-cü ildə fəaliyyətə
başlamış "Kaspi"
Liseyi də ilk məzunlarını buraxıb.
Liseylər 7 illik təcrübəmizin
nəticəsi olaraq fəaliyyətə başladı.
3 illik təcrübəmizə
görə alnımız
açıqdır. Valideynlərin və şagirdlərin məmnunluğu, keyfiyyətli
təhsil ona gətirib çıxardı
ki, birinci ilin sonunda ikinci
liseyi açmaq ehtiyacı yarandı".
Bu gün "Kaspi" liseylərində
ciddi addımlar atıldığını deyən
direktor hazırda təhsil müəssisəsinin
bir qrup tələbəsinin Amerika
Birləşmiş Ştatlarında
beynəlxalq olimpiadada
iştirak etdiyini bildirdi. E.Əliyev, həmçinin liseylərdə şagirdlərin
sosial baxımdan irəliləməsi, əl
qabiliyətləri və
təxəyüllərinin inkişafı ilə bağlı müxtəlif
əlavə dərnəklər,
kurslar təşkil olunduğunu da qeyd etdi.
Direktor
"Kaspi" bağçalarının
özəlliyindən danışaraq
qayğı və keyfiyyətli təhsilin birlikdə uğur yaratdığını söylədi:
"Uşaqların milli
ruhda tərbiyəsi və təxəyyülünün
inkişafı üçün
xüsusui proqramlar həyata keçirilir. Artıq bu ildən etibarən
beynəlxalq uşaq bağçamız da fəaliyyətə başlayacaq".
E.Əliyev qeyd etdi ki, "Kaspi" öz keyfiyyətli təhsilini təmin etmək üçün xüsusi
proqram üzrə dərsliklər, tədris
resursları hazırlayır:
"Bu, həm "Kaspi"
şagirdləri, həm
də bütün ictimaiyyət üçündür. "Kaspi" qəzeti
ilə birgə layihələrimizdə bir
çox mədəni-kütləvi,
maarrifçilik yönümlü
nəşrlərimiz olub
ki, bu da
bizim sosial məsuliyyətimizi dərk
etməyimizdən xəbər
verir. Həmçinin, şirkətin elektron
təhsil resurslari 3 ildir ki, yüksək
keyfiyyətdə təqdim
olunur". Direktor
şirkətin nailiyyətlərinin
əsasında "Kaspi"nin sədaqətli, zəhmətkeş və savadlı komandasının
durduğunu vurğuladı:
"Bu komanda təsisçimizin
köməyi ilə daim qarşıya qoyulmuş hədəflərə
doğru can atır. Belə bir komanda
ilə daha böyük nailiyyətlər
əldə edə biləcəyik".
Tədbirdə "Kaspi" abituriyent
kurslarında təhsil
alaraq 700 bal toplayan tələbə Vahab Cəbrayılova xüsusi mükafat verildi. O, həmçinin yeni təsis olunmuş "Kaspi" təqaüdünə də
layiq görüldü.
Tədbirdə "Kaspi" liseylərinin
beynəlxalq olimpiada və yarışlarda qalib gələn şagirdlərinə də
mükafatlar təqdim
olundu.
Daha sonra "Kaspi" liseylərinin incəsənət dərnəyinin şagirdləri tərəfindən hazırlanmış kompozisiyalar, rəqslər və səhnəciklər nümayiş olundu, xor dərnəyinin ifasında mahnılar səsləndi.
Kaspi Təhsil Şirkətinin 10 illik tarixini əks etdirən video-çarxın nümayişi böyük maraqla qarşılandı.
Kaspi.az
525-ci qəzet 2017.- 20 iyun.- S.4.