Tükənməz həvəsin və zəhmətin bəhrəsi

 

Son illər respublikamızda tariximizin, milli kimliyimizin araşdırılmasına, hərtərəfli öyrənilməsinə diqqət daha da artırılıb.

 

Xalqımızın qədim tayfa elatlarının tarixinin öyrənilməsi geniş elmi araşdırmalar mövzusuna çevrilib. Bu istiqamətdə ciddi tədqiqat işləri aparılıb, elmi əsərlər yazılıb, nəşr olunub. Maraqlıdır ki,peşəkar mütəxəssislər alimlərlə yanaşı, xalqını, vətənini sevən, milli tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə yaxından bələd olan başqa sahələrin nümayəndələri tərəfindən belə  addımlar atılır.Tədqiqatçı-yazar Süleyman Kəbirlinin bu günlərdə işıq üzü görmüş "Kəbirlilərin genealogiya tarixi" adlı yeni kitabı bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Sözügedən ensiklopedik əsərdə qədim türk tayfalarından  olan Kəbirli elinin tarixinə, mənşəyinə dair zəngin bilgilər,məlumatlar qələmə alınıb.S.Kəbirli bundan əvvəl özünün "Tarixi mahal-Kəbirli eli" kitabında ölkəmizdə onun hüdudlarından kənarda yaşayan kəbirlilər haqqında ətraflı bəhs açıb,bir çox qiymətli tarixi məqamlara toxunub. Təsadüfi deyildir ki, həmin kitab oxucuların rəğbətini qazanıb, mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.

 

Oxucuların çoxsaylı müraciətləri əsasında yazılmış ikinci kitabda tədqiqatçı daha dərin qatlara gedərək, Kəbirli elinin formalaşması, mənşəyi şəcarə tarix barədə müfəssəl məlumat verib, bu haqda tarixi faktları sistemləşdirməyə nail olub. "Ön söz", "Tarixi Kəbirli soyları", "Kəbirlilərin həyat tərzindən bəzi nümunələr" adlanan iki fəsildən "Nəticə"dən ibarət kitabın birinci fəslində ümumən Azərbaycan tarixi kontekstində kəbirlilərin qədim soyları, tirələri, oymaqları, Qarabağ xanlığı dönəmində məşğuliyyətləri, maarifçilik fəaliyyətləri, dünya ölkələrində sıx yerləşdikləri məkanlar s. barədə maraqlı fikirlər əksini tapıb.

 

Kitabın ikinci fəslində isə kəbirlilərin psixologiyasının, xarakterinin, əxlaq davranış xüsusiyyətlərinin, həyatının gözəl bilicisi olan müəllif onların ailə münasibətləri, məişəti, yaşam tərzi, bayram, toy, yas adətləri, geymləri, toxuculuq sənətkarlığı, xalçaçılıqda istifadə etdikləri təbii boyalar, eləcə Kəbirli mahalının tarixi əraziləri, abidələri barədə oxuduqlarını, eşitdiklərini  həvəslə bölüşüb.O,bütün əsər boyu oxuculara Kəbirli eli haqqında daha çox məlumat çatdırmağa, ləyaqətli insanların adlarını daha çox təqdim etməyə, fəaliyyətlərini daha çox işıqlandırmağa çalışıb. Təbii ki, bu səbəbdən kitabda məşhur kəbirli soyadları, nəsilləri, əslən kəbirli olan sərkərdələr, hərbçilər, hüquqşünaslar, dindarlar, maarif elm xadimləri, repressiya qurbanları, şəhidlər, həmçinin qəbirstanlıq gorgahlar barədə materiallar geniş yer alıb. Əsərdə tarixi mahal kimi Kəbirli elinin sosial tərkibi, iqtisadiyyatı, siyasi durumu, təsərrüfat alətləri, söz adamları, xalq təbibləri, ağsaqqallar haqqında qeydlər diqqəti çəkir. S.Kəbirli bu faktları təqdim etməkdə Kəbirli elinin keçmişinə, bu gününə, işıq tutmağı layiqincə bacarıb.Mövcud elmi ədəbiyyatdan, zəngin mənbələrdən arxiv materiallarından lazımınca yararlanan tədqiqatçı, yeri gəldikcə Kəbirli eli haqqında səsləndirilmiş fikirlərə münasibətini sərgiləyib, yanlışlıqlara iradlarını bildirib.

 

"Kəbirlilərin genealogiya tarixindən" kitabında Azərbaycanın qədim Kəbirli elinin tarixi ilə bərabər, coğrafiyası da əsaslı şəkildə işlənib hazırlanıb desək,yanılmarıq. Burada tutarlı faktlar əsasında  sübut edilir  ki, kəbirlilər tarixən respublikamızın Qarabağ regionunda qərarlaşıb, inkişaf edib, yayılıblar.Kəbirlilərin Qarabağ bölgələrində daha çox məskunlaşmaları bunu aydın surətdə təsdiq edir. Qarabağla bərabər, hazırda respublikamızın digər bölgələrində, Türkiyə, İran, İraq, Əfqanıstan, Gürcüstan, Dağıstan ərazilərində kəbirlilərə məxsus saysız-hesabsız oymaqlar, obalar, yaşayış massivləri mövcuddur.S.Kəbirlinin haqlı olaraq qeyd etdiyi kimi, kəbirlilər tarixən el, oymaq, tirə formasında bölünsələr , çağdaş dövrümüzədək öz birliklərini qoruyub-saxlayıb, yaşadıblar.

 

İnanırıq ki,uzun illər aparılan səmərəli axtarışların zəhmətin bəhrəsi olan "Kəbirlilərin genealogiya tarixindən" kitabı da ölkəmizin tarixinin mühüm bir sahəsinə həsr olunmuş sanballı tədqiqat əsəri kimi oxucular tərəfindən maraqla qarşılanacaq,

 

Yəhya PAŞAZADƏ

525-ci qəzet  2017.- 20 iyun.- S.8.