Aşıqlar Birliyində çinli
alimlə görüş
Azərbaycanda qonaq olan Çin
Xalq Respublikasının
Etnik Ədəbiyyat İnstitutunun professoru Xuan Gün Şan
ilə Aşıqlar Birliyində görüş
keçirilib.
Bu haqda AZƏRTAC-a məlumat
verən AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi
Musa Nəbioğlu bildirib
ki, türk xalqlarının qədim ədəbiyyatı və
mədəniyyəti sahəsində
tədqiqatlar aparan alimin bu görüşdə
məqsədi Azərbaycan
aşıq sənəti
ilə daha yaxından tanış olmaqdır.
Azərbaycan Aşıqlar Birliyinin
sədri, professor Məhərrəm
Qasımlı çinli
alimə Azərbaycan aşıq sənətinin
dünəni və bu günü, bu sənətə dövlətin qayğısı
və onun inkişafı və beynəlxalq miqyasda tanıdılması istiqamətində
həyata keçirilən
tədbirlər haqqında
geniş məlumat verib. O, günümüzün
ustad aşıqlarından
və AAB-ın reallaşdırdığı layihələrdən
söhbət açıb,
qonağı maraqlandıran
suallara əhatəli cavab verib. M.Qasımlı,
eyni zamanda, çinli alimə AAB-nin nəşri olan "Günümüzün
ustad aşıqları"
seriyasından kitablar və "Folklor və etnoqrafiya" jurnalının son nömrələrini,
Aşıq Şəmşirin
lent yazılarından ibarət
diski hədiyyə edib.
Sonra qonaq aşıqların ifasında
müxtəlif aşıq
havalarını canlı
olaraq dinləyib, onların ifasını videolentə köçürüb,
onlardan müsahibələr
götürüb.
525-ci qəzet 2017.- 20 iyun.- S.7.