Şabranda Xaqani Şirvani ilə bağlı elmi
konfrans
Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu ilə Şabran rayon
İcra Hakimiyyəti Şabran şəhərində
böyük Azərbaycan şairi Əfzələddin Xaqani
Şirvaniyə həsr olunmuş elmi konfrans keçirib.
Əvvəlcə
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli,
Şabran rayon icra hakimiyyətinin başçısı Novruz
Novruzov, şair və yazıçılar, Ədəbiyyat
İnstitutunun əməkdaşları, rayonun elmi ictimaiyyəti
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
abidəsini ziyarət edib, ulu öndərin xatirəsini
ehtiramla yad edərək abidəsi önünə gül dəstələri
qoyublar.
Sonra konfrans iştirakçıları Şabran
şəhərində aparılan
arxeoloji qazıntılarzamanı
üzə çıxarılmış
qədim Şabran şəhərinin yerləşdiyi
əraziyə baxıblar. Şabran arxeoloji
ekspediyasının rəhbəri,
tarix üzrə fəlsəfə doktoru Səfər Aşurov aparılan qazıntıların
nəticələri barədə
məlumat verib. Bildirilib ki, davam edən
qazıntı işləri
zamanı daha dərin qatların mədəniyyət izləri
aşkara çıxarılır.
Bu isə Şabranın
qədim şəhər
mədəniyyətinə malik
olduğunu bir daha sübut edir. AMEA-nın
vitse-prezidenti, akademik İsa Həbibbəyli protoşəhərin aşkar
edilməsi və qədim yaşayış
məskəninin müfəssəl
panoram eskizinin hazırlanmasının zəruriliyini
bildirib, ekspedisiya rəhbərliyinə qazıntı
işlərinin miqyası
və zəruri detalları barədə tapşırıqlarını verib.
Qədim yaşayış məskənində,
eyni zamanda Xaqaninin Şabranda həbsdə olduğu zaman saxlanıldığı
ehtimal olunan zindanın qalıqlarına
baxış keçirilib. Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
elmi işçisi Elnarə Zeynalova Xaqaninin həbsxana həyatı ilə bağlı məlumatları
iştirakçıların diqqətinə çatdırıb,
institutun əməkdaşı
Pənah Hacıyev Xaqaninin "Həbsiyyə"
şeirindən bir parçanı səsləndirib.
Şabran
tarix muzeyinə təşkil edilmiş ekskursiya zamanı isə tədbir iştirakçıları Şabranın
tarixini özündə
əks etdirən qiymətli arxeoloji materiallarla tanış
olublar.
Daha sonra
"Xaqani poeziya evi"nə baxış keçirilib və Xaqaninin heykəli ziyarət olunub. Akademik İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun son illərdə
nəşr etdiyi 100-dən
artıq adda kitabı poeziya evinə bağışlayıb.
İnstitutun elmi nəşri olan "Ədəbiyyat məcmuəsi"nin Xaqani Şirvaniyə həsr edilmiş xüsusi buraxılışı və
institut elmi şurasının qərarı
ilə çap olunmuş "Xaqani Şirvani. Ərəbcə şeirləri. Filoloji tərcümə" kitabı
rayon kitabxanasına və
muzeylərə hədiyyə
edilib.
Böyük Azərbaycan şairi Xaqani Şirvaniyə həsr edilmiş, Şabran rayon İcra Hakimiyyətinin akt zalında keçirilən
elmi konfransı giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı
Novruz Novruzov açıb. Ümummilli lider Heydər Əliyevin vaxtilə Şabrana göstərdiyi
diqqət və qayğıdan danışan
Novruz Novruzov bu gün
ölkə Prezidenti İlham Əliyev tərəfindən bütün
sahələrdə olduğu
kimi, elmə, incəsənətə, ədəbiyyata
da yüksək qayğı göstərildiyini
diqqətə çatdırıb.
Bildirilib
ki, Xaqanin həyatının müəyyən
bir çətin dövrü Şabranla bağlıdır və şairin xatirəsi şabranlılar üçün
də əzizdir.
Tədbirin əhəmiyyətindən danışan rayon icra hakimiyyətinin başçısı
Novruz Novruzov konfransın təşkilinə
göstərdiyi diqqət
və qayğıya görə AMEA rəhbərliyinə,
akademik İsa Həbibbəyliyə minnətdarlığını
bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli ölkə
rəhbərliyi tərəfindən
regionların inkişafına
göstərilən daimi
diqqət və qayğını xüsusi
vurğulayaraq Şabran
rayonunda da aparılan geniş quruculuq işlərindən
danışıb. Akademik İsa
Həbibbəyli Şabranda
aparılan arxeoloji qazıntıların əhəmiyyətindən
danışaraq qeyd edib ki, tapılan
maddi mədəniyyət
nümunələri, əldə
olunan nəticələr
Şabranın qədim
şəhər mədəniyyətinə
malik olduğunu göstərir. Akademiya əməkdaşları
ilə bölgə ziyalılarının, ədəbiyyat
adamlarının görüşünün
əhəmiyyətli hadisə
olduğunu nəzərə
çarpdıran akademik
İsa Həbibbəyli
səfər məqsədlərindən
birinin də Ədəbiyyat İnstitutunun
bölgələrdə ədəbiyyatın
təbliği layihəsini
davam etdirmək olduğunu bildirib. Xaqani yaradıcılığından
geniş bəhs edən akademik İsa Həbibbəyli böyük söz ustadının yaradıcılığının
öyrənilməsi və
təbliğinin Nizami
Gəncəvi adına Ədəbiyyat
İnstitutunun əsas
istiqamətlərindən biri
olduğunu diqqətə
çatdırıb. Şabran rayonunda
vaxtaşırı təşkil
edilən müxtəlif
mövzulu tədbirlərin
azərbaycançılıq işi, dövlətçiliyin
güclənməsi yolunda
uğurlu addımlar olduğunu vurğulayan akademik İsa Həbibbəyli çıxışının
sonunda elmi konfransın təşkilinə
görə rayon rəhbərliyinə
təşəkkürünü bildirib.
Konfransda Xaqani Şirvaniyə həsr edilmiş kitabların təqdimatı
keçirilib. Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin rəhbəri
Səlim Babullaoğlu
"Xaqani Şirvani.
Ərəbcə şeirləri. Filoloji tərcümə" kitabının
ərsəyə gəlməsindən
danışıb.
Qeyd edilib ki, Xaqani Şirvaninin
ərəbcə yazdığı
şeirlərin filoloji
tərcümədə oxuculara
təqdim edilən kitabın elmi məsləhətçisi akademik
İsa Həbibbəyli,
elmi redaktoru akademik Vasim Məmmədəliyevdir. Şeirlərin tərcüməçisi, ön
söz və şərhlərin müəllifi
filologiya elmləri doktoru, professor İmamverdi
Həmidovdur.
Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
direktor müavini,
professor Əlizadə Əsgərli
Ədəbiyyat İnstitutunun
nəşri olan "Ədəbiyyat məcmuəsi"nin
Xaqani Şirvaniyə həsr edilmiş xüsusi buraxılışı
haqqında geniş məruzə edib. Bildirilib ki, elmi nəşrdə
Xaqani Şirvaninin həyatı və yaradıcılığı müxtəlif
aspektlərdə elmi tədqiqata cəlb edilib.
Tədbirdə filologiya üzrə
elmlər doktoru,
professor İmamverdi Həmidovun
"Xaqaninin ərəbcə
şeirləri", filologiya
üzrə elmlər doktoru Paşa Kərimovun "Xaqaninin əsərlərinin AMEA Əlyazmalar
İnstitutunda saxlanılan
əlyazmaları", filologiya
üzrə elmlər doktoru Vaqif Yusiflinin
"Xaqani yurdunda ədəbiyyat", filologiya
üzrə fəlsəfə
doktoru Lalə Əlizadənin "Xaqani
lirikasının bədii
xüsusiyyətləri" və elmi işçi
Elnarə Zeynalovanın
"Xaqani Şirvaninin
həbsxana həyatı
və "Həbsiyyə"
şeirləri" adlı
məruzələri dinlənilib.
Elmi konfransda Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
dəvəti ilə Çindən gəlmiş
Çin Sosial Elmlər Akademiyasının
Etnik Ədəbiyyat İnstitutunun professoru Huanq Zhongxianq çıxış edib.
Türkoloq professor Huanq Zhongxianq
Ədəbiyyat İnstitutu
ilə əlaqələrindən
danışaraq Xaqani yaradıcılığının onun diqqətini cəlb etdiyini və şairin yaradıcılığı ilə
bağlı tədqiqat
aparmaq niyyətində
olduğunu bildirib.
Azərbaycan Yazıçılar Birliyinin
Şabran bölməsinin
rəhbəri Aydın
Tağıyev çıxış
edərək konfransın
əhəmiyyətindən və bu kimi
tədbirlərin bölgələrdə
ədəbiyyatın təbliğində
oynadığı mühüm
roldan danışıb.
Elmi konfransın
sonunda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bölgələrdə ədəbiyyatın
inkişafının vacibliyini
bir daha vurğulayıb.
Tədbirdə Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
əməkdaşları, AYB-nin üzvləri, şair və yazıçılar, rayon ictimaiyyətinin
nümayəndələri iştirak
ediblər.
525-ci qəzet 2017.- 21 iyun.- S.4.