UNEC-də konfrans:
"Ali təhsilin keyfiyyətinin yüksəldilməsi"
Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Təhsil Nazirliyi və Avropa İttifaqının Tvinninq layihəsi - "Ali təhsilin keyfiyyətinin yüksəldilməsi" mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, konfransın
məqsədi universitetləri
Təhsil Nazirliyinin ali təhsilin
və tədqiqatın
keyfiyyətinin yüksəldilməsi
üzrə hazırladığı
yeni planlarla tanış etməkdir. Avropa İttifaqının Tvinninq
layihəsi Azərbaycanın
üç pilot universitetində
- UNEC, Azərbaycan Dövlət
Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində həyata keçirilib.
Keyfiyyət qiymətləndirmələri
vasitəsilə Avropa
standartlarını və
təlimatlarını sınaqdan
keçirməklə, keyfiyyətin yüksəldilməsi
istiqamətində iş
aparılıb.
Avropa İttifaqının
Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Malena Mard layihənin önəmini vurğulayıb. O bildirib
ki, "Ali təhsil sisteminin Avropa ali təhsil
məkanının tələblərinə
daha da uyğunlaşdırılması
məqsədilə Təhsil
Nazirliyinə dəstək
göstərilməsi" (AZ-ad-EHEA) Tvinninq layihəsi Avropa İttifaqının
ali təhsilə aid
ilk layihəsidir. Layihənin Avropa
İttifaqı ilə
Azərbaycan arasında
əlaqələri daha
da inkişaf etdirəcəyinə əminliyini
ifadə edən səfir konfransın işinə uğurlar arzulayıb.
Estoniyanın müvəqqəti işlər
vəkili İnderek Kiverik layihənin uğurla tamamlandığını
bildirib: "Bu layihə
həm də finlandiyalı və estoniyalı ekspertlər üçün azərbaycanlı
həmkarları ilə
təcrübələrini bölüşmək
üçün gözəl
fürsət idi".
Layihə rəhbərləri diqqətli
və müfəssəl
qiymətləndirmə həyata
keçirərək, yerli
kontekstə uyğunlaşdırılan
tövsiyələr verdiklərini
bildiriblər. Azərbaycanda ali təhsilin
səviyyəsindən danışaraq,
"layihə çərçivəsində
bizimlə əməkdaşlıq
edən Azərbaycan universitetlərinin məzunlarının
bacarıqları göstərdi
ki, onlar beynəlxalq layihələrdə
uğurla işləyə
bilirlər", deyə
əlavə ediblər.
Konfransda
layihə çərçivəsində
verilən tövsiyələrin
və əldə olunan nəticələrin
Azərbaycan ali
təhsilinin daha da yaxşılaşdırılması
üçün tətbiqi
məsələləri müzakirə
edilib. Keyfiyyət təminatı, beynəlxalq
mobillik və əməkdaşlıq, universitetlərin
müstəqilliyi və
Azərbaycanın ali təhsil ocaqları arasında daha sıx əməkdaşlıq
kimi vacib məsələlər müzakirə
olunub.
Konfransda Tvinninq layihəsinin ekspertləri, pilot universitetlərin
və qiymətləndirmə
qruplarının nümayəndələri
təqdimatla çıxış
ediblər. Təhsil Nazirliyi və Akkreditasiya və Nostrifikasiya İdarəsi hazırlanan qaydaları şərh edərək, ali təhsil
icması ilə fikir mübadiləsi aparılıb.
"Ali təhsil sisteminin Avropa ali
təhsil məkanının
tələblərinə daha
da uyğunlaşdırılması
məqsədi ilə Azərbaycan Respublikasının
Təhsil Nazirliyinə
dəstək göstərilməsi
üzrə" Tvinninq
layihəsinin yekun konfransı avqustun 29-da keçiriləcək.
S.QARAYEVA
525-ci qəzet 2017.- 21 iyun.- S.2.