Bir axşam
otağına sehrli bir
güc gələ,
Qayıdasan keçmişə -
otuz bir il əvvələ...
Hovxura əllərini isti iyun havası,
Toxuna yanağına ötən
günün ziyası...
Ömrün dar köynəyindən
otuz bir ilmə düşə,
Sancaqtutmaz saçların
yenə belinə düşə...
Haradasa kimsə də
həsrətindən sarala,
Qəlbin
təlatümündən gözlər
yuxusuz qala...
Şirin
ola sevgidən
çəkdiyin çilə
belə,
Könlün zərif gül
kimi bir də açıla bilə...
Məhəbbətli ürəyin, kədərsiz başın
ola,
Nə ola bir dəfə də on yeddi yaşın ola!
AY
İŞIĞI QUCAQLAYIB GECƏNİ...
Ay işığı qucaqlayıb
gecəni...
Tilsimdəyəm, istəyim yox tərpənəm.
Ayaqüstə seyr edirəm küçəni,
Hamı
yatıb, oyaq qalan
bir mənəm...
Bax, yenə də ruhum uçur yanına,
Bircə anda gəlib sənə çatıram.
Sığal çəkib avazıyan
saçına
Xəyalını qucaqlayıb yatıram...
İntizaram, nəfəsini bir
duyam,
Aylar ötsə
yenə yada düşmərəm.
El-aləmin sirdaşıyam,
dostuyam,
Nədəndirsə təkcə sənə düşmənəm.
Kaş əlimi arzulara uzatsam,
Qoymasam ki, ümidlərim yıxıla,
Dilək
tutub dəryalara çöp atsam -
Bu ayrılıq gəldiyitək
yox ola!
KİMİN HİCRAN PAYIYAM?!
“Mən onsuz da bu dünyadan
deyiləm”,
Xoşbəxtliyin bir gecəlik ayıyam.
Nə istədim - uzaq gəzdi, dolandı,
Bəxt oxunun gərilməmiş yayıyam.
Kədər daşıb, qismət
məndən arlanıb,
Yoxsul ümid
həsrətimdən varlanıb.
Yar bağında yollar-izlər
qarlanıb...
Ayrılığın sanki əkiz tayıyam.
Yazan hanı... bu nağılın yox ardı!
Qışdan özgə kim qapımı çalardı?
Mən olmasam qürbət kimə qalardı...
Görən, Allah, kimin
hicran payıyam?!
SƏNƏ
GƏLƏN YOLU NİŞAN VER MƏNƏ
Sənə gələn yolu
nişan ver mənə,
Qıyma ki, ürəyim sıxıla, gəlim.
Bu yol can alsa da,
can atım yenə,
Qoy elə yıxıla-yıxıla gəlim.
Ay tutsun əlimdən yoldaş yerinə,
Küləklər ətrimi qovub gətirsin.
Bir vüsal diləyək günün birinə
Hicranın bağrını ovub
gətirsin!..
Məni
qucaq açan bahara dön sən,
Aradan fəsillər
ötməmiş kimi.
Keçmişdən yol alıb keç bu günümdən
Gəncliyin qoxusu itməmiş
kimi!
...Sənin olduğun yer əzizdir mənə,
Döndər bu aləmi nağıla,
gəlim.
Yollar
can alsa da, can atım yenə,
Lap elə bu dünya
dağıla, gəlim!
MÖVLUDA
“Darıxsan zəng elə”
K.N.
Darıxanda zəng elə,
Səbəb oldu, olmadı.
Dolub-boşaldı ürək,
Sənin
yerin dolmadı!
Yazıq
sən uçan bina
Donub qaldı
yerində.
O gündən yoxdu adın
Evsizlər dəftərində.
Yazmadığın kitab da
Kölgəsini sürüyür...
Dərd
böyüdür oğlunu
-
Uşaqlar tez böyüyür.
Hələ istidi yerin,
Arada bir güman var,
Bir gün üşüyəcəklər
Səndən tez soyuyanlar.
Bir də, unutdum deyəm,
Borcların da silindi.
Daha azadsan yəqin,
Öz başın,
öz əlindi.
Xəbər almaq istəsən
Mən də ki, elə-belə...
Darıxıram, bilirsən,
Arada-bir
zəng elə!
19.03.17.
lll
Elman Tovuza
Ay dostum, şeir bişir
Bircə
qab, bircə fincan,
Ürəyimiz bulanıb
Alaçiy misralardan.
Hədəflərin pul bibər,
Gülüşün kişmiş olsun.
Sözlərin hər vaxtkıtək
Yaxşıca bişmiş olsun.
Elə vur xallarını -
Ətirli, dadlı olsun.
Misralar daha coşğun,
Daha inadlı
olsun.
Duyğuların xətrinə
Unut azar-bezarı;
Yoxsa bütün naşılar
Açıb şeir bazarı.
Sənə gələn dərd-bəla
Düşmənə, yada gəlsin.
Əsirgəmə ilhamı -
Ağzımız dada gəlsin.
Aç
şair süfrəsini,
Xəyallara dal bir az...
Sonra götür qələmi
Bu gecə bir şeir
yaz!
10.04.17.
BƏXTİN
QÜRBƏT ADLI SÜRGÜNLƏRİNDƏ...
Başını dik tutub elə yaşa ki,
Hər kəs səndəkini dəfinə bilsin!
Nə dostlar üzülsün çətinliyinə,
Nə də ki, düşmənlər
sevinə bilsin.
Ağrıyan belini əymədən
yeri
Nə qədər gəlsə də üstünə həyat,
Yorğunluq sıxsa da çiyinlərindən
Ağrı-acıları misralara at.
Qamqalaq edərək arzularını
Yolunda od çatsa
xəbis adamlar,
Yansa da ayağın, şux tut özünü
Elə bilsinlər
ki, qanadların var.
Həsrətin əliylə qapa
gözünü
Məhəbbət zamansız qismət olanda.
Şaxtaya, borana şeirlər
oxu
Bir günəş
nuruna həsrət olanda.
İsti
yaşlarını görən
olmasın
Qəmli günlərində, dar günlərində.
Desinlər, necə də xoşbəxt yaşayır
Bəxtin qürbət adlı sürgünlərində.
Həmişə ulduz ol, həmişə parla,
Arxanca sürünsün qoy acıdillər!
Başını dik tut ki, şair ömrünün
Dəhşət olduğunu düşünməsinlər!
MƏNİM
MARAQLI İNSANIM
Görəsən, indi hardadır
Mənim maraqlı insanım?
Hər fəsildə yaz gözləyən,
Həmişə haqlı insanım?
Yəqin
yenə gileylənir
Küləkli boz havalardan,
Yenə
qaçır söz üstündə
Düşən yersiz davalardan?
Yenə də mahnı dinləmir,
Susur sükan arxasında,
Yenə sürür həyatını
Od ilə su arasında?
Yenə donub yalanlardan,
Qalın geyinir əynini,
Onun olmayan dünyada
İtmiş sayır əməyini?
Yenə qatıb-qarışdırır
Nisgilini zarafatla,
Hələ də barışa bilmir
Onu üzən boş həyatla?
Görəsən, hardadır indi
Mənim maraqlı insanım?
Hər yerdə düzlük axtaran
Əliçıraqlı insanım?..
Afaq ŞIXLI
525-ci
qəzet.- 2017.- 24 iyun.- S.24.