"Şair
Taleh Həmidin 65 illiyi qeyd edildi
Dünən Nizami Kino Mərkəzində
mərhum şair və publisist Taleh Həmidin 65 illik yubileyi qeyd olunub. Tədbirdə tanınmış yazarlar,
ziyalılar, şairin
ailə üzvləri,
oxucular və media nümayəndələri iştirak
ediblər.
Yubiley tədbiri
T.Həmidin həyat və yaradıcılığına
həsr olunmuş videofilmin nümayişi ilə başlanıb. Filmdə
şairin öz dilindən şeirləri səslənib, Xalq yazıçısı Elçin
Əfəndiyev, akademik
Vasim Məmmədəliyev,
professor İsrafil İsrafilov,
aktyor Yasin Qarayev, bəstəkar Eldar Mansurov mərhumla bağlı xatirələrini, düşüncələrini
bölüşüblər.
Mərasimi giriş nitqi ilə açan professor Məhərrəm Qasımlı
şairin yaradıcılığını
yüksək qiymətləndirib,
qeyd edib ki, onun poeziyası
öz kökü etibarilə yurda, torpağa bağlı idi: "Biz ta gənclik zamanımızdan,
tələbəliyimizdən birlikdə idik. Aramızda ən istedadlısı, çalışqanı məhz
Taleh Həmid idi. Onun ədəbi aləmdə
öz sözünü
deyəcəyini, adını
ədəbiyyat tariximizə
yazdıracağını ilk vaxtlardan bilirdik. Bu, belə də
oldu. O, hələ
gənc yaşlarından
Yazıçılar Birliyinin
mətbu orqanlarında,
jurnal və qəzetlərində çap
olundu, ardıcıl fəaliyyət göstərdi.
Talehin publisistikası da poeziyasından "su içmişdi".
İrəvan Dövlət Dram Teatrının
aktyorları Əhliman
Ərşadlı, Şəbnəm
Cəbrayılova, Müdvər
Nemətova şairin şeirlərini səsləndiriblər.
Xalq şairi
Nəriman Həsənzadə
Taleh Həmidin xatirəsini unudulmağa qoymadıqları üçün
tədbir təşkilatçılarına
təşəkkürünü bildirib. Qeyd edib ki, T.Həmid səlis, axıcı, sadə dili ilə bütün Azərbaycan xalqı üçün yazırdı:
"Bir zaman o, mənə pyesini təqdim etmişdi. Oxuyanda heyrətə düşdüm.
Ona görə də düşünürəm ki,
biz həm də istedadlı bir dramaturq da itirmişik.
O, ədəbiyyatımız üçün çox önəmli ədəbi irs qoyub getdi".
Professor Qəzənfər Paşayev Taleh Həmid poeziyasının,
publisistikasının heyranedici,
insanın daxili dünyasına təsir edəcək qüvvəyə
malik olduğunu deyib.
Daha sonra ədəbiyyatşünas
Məti Osmanoğlu, şair Nazim Əhmədli, Ramiz Göyüşov, Əməkdar
artist Aqşin Abdullayev, Eyvaz Həmid və başqaları çıxış
edərək T.Həmidin
yaradıcılığından, şəxsiyyətindən rəğbətlə
söz açıblar.
Sonda mərhum
şairin həyat yoldaşı İradə
Həmid çıxış
edərək tədbir
iştirakçılarına, çıxışçılara təşəkkürünü bildirib.
Şahanə
MÜŞFİQ
525- qəzet.-2017.-23 iyun.-S.7.