“Azərbaycan” qəzetində parlament
hesabatları və şərhlər
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
(Əvvəli
ötən şənbə sayımızda)
Azərbaycan
Məclisi-Məbusanında 12-ci iclasın axırı
Aşurov - O sistem ki bəyani-ərz etdim düz degil. Biri də təarifəni
artırmaqdır. Deyirlər təarifi
artıraq. Bu sistem düz degildir.
Təarifi artırmaq özü-özündən sərbəst
bir məsələdir. Bu bir başqa funksiyadan asılıdır
ki, təarifi nə vəqt və nə qədər
artırmaq olar. Bunu nəzərə
almalıdır.
Təarifin artırılması heç vəqt mənfəət
verməyibdir.
Necə ki qabaqda da zərər vermişdir; ayrı cür ola da bilməz. Təarifi o vəqt artırarlar
ki, məxaric çox ola, mədaxili də
artırmaq mümkün olmaya, onu da öylə
artırmalıdır ki, rəqib sənə qalib gələməsin
və zərər çıxmasın. Bunun da
müəyyən bir sərhəddi var. Bundan ziyadə
artıranda daha möhtəkirlik oluyor. Deyirlər
ki, dəmiryolu zərər etdiginə görə
artırmağa məcburuz. Bu ona oxşar ki, bir az çox pul kəsmək üçün
maşının xodunu artıraq. Heç mədaxilin
artırılması barəsində bir söz yoxdur. Bu barədə görək mədaxili artıran, məxarici
azaldan şeylərin hankı birisi nəzərə
alınmışdır. Bən zənn
ediyorum ki, xayır bunların heç birisi nəzərə
alınmamışdır. Məsələn, dəmiryolu
ilə gedirsən, qatar həmişə təxirə
düşüyor. Vəhalonki vəqt puldur.
Burada neft sərf olunur. Hər
saatın qiyməti var. Bunu hələ bir qaidəyə
salmayıblar. Halbuki biz biliyoruz
apazdaniyanın azalmasının nə qədər əhəmiyyəti
var. Hələ bir də biletsiz adamlar gediyorlar, bu da bizim mədaxilimizdən
gediyor. Nə biliyoruz ki, təarifi
artırsaq, bunlar olmayacaqdır. Bunlara diqqət
edilsə, bəlkə heç təarifi artırmağa
lüzum görülməz. Bir də baxaq
görək yolumuz nə qədər yük apara bilər.
Bən bunun nəzərə
alındığını görmüyoram. İşlər hələ qabaqkı kibi gediyor.
Əlbəttə istibdad zamanı kibi yox,
öylə getsəydi xoşbəxt olardıq. Bən təklif edərdim ki, bu sistemdən əl
çəkərək təarifi artırmayaq. Əgər məxarici azaldacaq bir yol olmasa, mədaxili
artıracaq bir mənbə bulunmasa zərər də eləmiş
olsaq, biz təarifi artırmamalıyız. Təarifi artırmaq sağlam bir sistem degildir. Bu daha da mədaxilin azalmasına səbəb oluyor.
Yazın ki, dəmiryolu 60 milyon zərər
ediyor. Bu daha sağlam sistemdir, nəinki həm
təarifi artıraq, həm də zərər çəkək.
Məsələn, bən teleqrafda gördüm;
orada gündə 3 min manat mədaxil var idi. Sonra teleqraf
qiyməti bahalandığına görə imdi çox adam teleqraf vura bilmiyor. Ona görə
də mədaxil azalıyor. Madam ki, təarifi
artırdıqca mədaxilin azalacağını biliyoruz. Pəs nə üçün tazədən
artırıyoruz? Bən demokratiyayı da
nəzərə alaraq təklif edirəm ki, təarifi
artırmayaq, mədaxilin artmasına, məxaricin azalmasına
çalışaq və nə qədər zərər olsa
hamısını hökumət öz ayağına
götürsün.
Yusif Əhmədzadə - (Bitərəf) Dəmiryol təariflərinin
barəsində çox danışıq oldu. Hərgah bən
bilsəydim ki, bu təarif daimi olacaqdır, natiqlərin
etirazına şərik olardım. Təkrar
ərz ediyoram ki, hər hökumətdə olduğu kibi bizdə
də bu xərclər müvəqqətidir. Yoxsa daimi olsa buna heç hökumət davam edə
bilməz. Çünki qüvvədən
xaric xərclərdir. Başqa çarəsi
də yoxdur. Əminəm ki, işlər sərəncam
olandan sonra bu xərclər də olmaz. Əhali
bu məmləkətin birər üzvüdür. Onlardan artıq almaq öz-özümüzdən
artıq almaq kibidir. Amma əlac yoxdur.
Ona görə məvaciblərin
artırılması müqabilində təariflər də
müvəqqəti atırılmalıdırlar. Bu qatarlar ilə gedən sərnişinlərin əksəri
tacirlərdəndir. Çünki tacir
olduğuma görə işlərə bir qədər bələdəm.
Hərgah fəhlə qismi gediyorsa, onlar da şəxsi
işlərindən ötrü məcbur olub gediyorlar.
Onlar üçün də 3 və 4-cü sinif qatarları
var. Bir də 18 qəpiklik ətə 18 manat verən fəhlə
bir manatlıq biletə 2 manat versə bir şey itirməz. Bir bileti əksiltmək ilə füqəra və fəhlənin
işi düzəlməz. Dübarə ərz
ediyoram ki, bu da müvəqqətidir. İşlər
ümumi qaydaya düşənə qədər bu layihə qəbul
olunsun. Ticarətə qalanda zənn ediyoram
ki, tacir üçün şey bahadır, bilet bahadır,
teleqraf bahadır - bunlar bir şey degildir. Tacirlər
çalışırlar ki, mal tez gəlsin, tez mümkün
olsun, vəssəlam. Şey tez gələndə
təbiidir ki, bazarda mal çox olar, arada bir rəqabət
düşər ki, bu da şeylərin ucuzlaşmasına səbəb
olar. Bunun üçün də
yolların nizama salınmasına fikir vermək
lazımdır. Böylə olmasa dövlət
xəzinəsi zərər edəcək. Biz
də əmri-vaqe qarşısında qalıb məcburən
təarifləri artıracağız. Bən
deyərdim təriq və məabir nazirindən xahiş olunsun
gələcək üçün mədaxillərin
artmasından ötrü tədbirlər görüb yollar
göstərsin. İmdilikdə təklif
ediyoram bu layihə olduğu kibi qəbul edilsin.
Məhəmmədbəyov - (İttihad) Bən təarif
həqqində danışmaq istəmiyoram. Ancaq burası
var ki, o hökumətdə ki ordu var, onun Hilal Əhmər təşkilatı
da olmalıdır. Bən fraksiya namindən
təklif ediyoram ki, bu layihə qəbul olunsa da, olunmasa da Hilal
Əhmər nəfinə hər manata yarım qəpik vergi təyin
edilsin.
Məlikaslanov
- (Təriq və məabir naziri) Möhtərəm məbuslar!
Sizə məlumdur ki, dəmiryolu nə halda idi,
imdi nə haldadır. Biz bir tövr ilə
bu yolu düzəltmişik. İmdi yolda hərəkət
davam ediyor. Dəmiryolu barəsində
danışanda sülh vəqtindəki halı nəzərə
almamalıdır. İmdiki hal nəzərdə
tutulmalıdır. Bir zamanlar dəmiryolunda
gediş-gəliş bilmərrə mümkün degildi. Amma şimdi bu günlərdə dəmiryol hərəkəti
yoluna salınmışdır. Bən yenə
ərz ediyoram ki, təriq-məabir nəzarəti yolların
düzəlməsi barəsində hər dürlü fikir
işlədibdir. Dəmiryolunu islah etmək
üçün nəzarətdə bulunan texniklər,
iqtisadçılar çox çalışıyorlar. Amma nə qədər düzəlsə də yenə
çox zərər çəkəcəgiz. Keçən dəfə də ərz etmişdim ki,
dekabr hesabı ilə ayda 8 milyon zərər çəkiyoruz.
Möhtərəm Əhməd bəy buyurdu ki,
yanvar hesabı bizə məlum degildir, bəlkə yanvarda mədaxil
artmışdır. Bu suala cavabən bən
qabaqda demişdim ki, hələ yanvar hesabı bənə məlum
degildir. Sonra olacaqdır. Şimdi bu
xüsusda bir qədər məlumat verəyim:
Yanvarda mədaxil həqiqətən bir qədər
artmışdır. Gürcüstandakı vaqonların bir
qismi əlimizə çatmışdır, bir qismi də
ingilislər əlində Batuma və İrəvana
getmişdir. Qaytarılan vaqonların bir
qismi fəna bir haldadır. İmdi
mümkün olduqca onları düzəldiyoruz. Əvvəlki aylara nisbətən yanvarda mədaxil
bir milyon 500 min manat artıq olmuşdur. Məxaric
həqqində sərih məlumat yoxdur. Amma
deyirlər o da artmışdır.
Dekabr ayı barəsində smeta
hazırlanmışdır. Mədaxil və məxaric
bu qərar ilədir (oxuyur). Bu hesab ilə
dəmiryolu ildə 180 milyon manat zərər ediyor. Heç vəqt bu zərəri ümum cəmaət
boynuna qoymaq olmaz. Demokratik nəzərilə
də bunu edə bilmərik ki, möhtəkirlərin xərcini
kəndçilərin boynuna qoyaq. Məlumunuzdur
ki, o biri nəzarətlərdə zərər ediyorlar, məsələn
ədliyyə, daxiliyyə və qeyrə. Bir-iki
nəzarət var ki, mənfəət veriyor. Onlardan biri də təriq və məabir nəzarətidir.
Pepinov cənabları bəzi suallar veriyor ki, məsələn,
vaqonlar təmir olunsun, paravoz böylə olsun. Bu barədə
biz həmişə fikirdəyiz və iş də
görülüyor. Aşurovun buyurduğunu qəbul
etmək olmaz. Məsələn, o buyuruyor
ki, dinclik vəqtində təarif artıranda mədaxil əksiliyor.
Şimdi bunu qəbul etmək olmaz. Zira təarif o qədər artırılmıyor ki,
mədaxil böyük təfavüt etsin. Nəzərə
alınsın ki, sülh vəqti 20 manat məvacib alan bir xidmətçi şimdi 800 manat
alıyor. Dəmiryolu üçün qabaqda bir
manata alınan şey imdi 150 manata alınıyor. Amma sərnişin biletləri artırılıyor
birə 15 dəfə, həm də bu qanun müvəqqətidir.
Bir komisyon təşkil edilib, necə ki
lazımdır işlərə baxacaqdır. Özgə təariflər hazırlanaraq parlamana
idxal ediləcəkdir. Bir də Aşurov
diyor ki, vaqon təxirlə gediyor, biletsiz gedən çoxdur.
Keçən dəfə də ərz etmişəm,
yenə diyoram ki, bu fənalıqlar olmuşdur. Fəqət şimdi bunları bir qədər
düzəldiyoruz. İmdi daha mal aylar ilə
gözləmiyor. Qabaqlarda gündə 5
vaqon gəliyordu, imdi 60 vaqon gəliyor. Amma
bununla bərabər yolun zərərlərini ödəmək
başqa cür mümkün degil. Gərək
təarifi artıraq. Təarif layihəsnin
təsdiqini bir neçə gün də saxladıq. Bir qədər də artıq zərər oldu.
İmdi təvəqqe ediyoram bu gün qəbul
edəsiniz.
Rzayev - (Məruzəçi) Təariflərin
artırılması qanununa hamıdan artıq soldan etiraz
olunur. Onlar diyorlar ki, təariflərin artırılması
ilə ərzaq şeyləri bahalanacaqdır. Amma bən sübut edərəm ki, böylə
degildir. Məsələn, Poyludan Bakıya
qabaqca bir manat isə, şimdi 2 manat olsa şeyin qiymətinə
təfavüt etməz. Deyirlər ki, dəmiryolu
ilə gəlib-getmək kasıb əhali üçün
baha olacaq. Amma bən diyoram ki, bunlar
üçün 4-cü vaqon var. O da Əhməd Cövdət
əfəndinin təsvir etdigi kibi degildir. Bunlar sərnişin
qatarı ilə gediyorlar və skamyalı
və rahətdirlər. Burada demokratik əsas da
nəzərə alınmışdır. Bir
də dedilər ki, biletlər artmayıb yük təarifi
artırılsın. Gərək sərnişin
və yük təarifi hər ikisi artırılsın. Dəmiryolu həmişə mənfəət verərdi.
Amma imdi vəqtin təqazasına görə zərər
veriyor. Bunu da nəzərə
almalıdır ki, layihə qəbul edilsə, yenə zərər
tamamilə qapanmayacaq, 8 əvəzinə 5 milyon olacaqdır.
Bunu qəbul etməsək, kağız
pulları artırmağa məcbur olacağız ki, bununla da
pulun qiyməti düşüb şeylər bahalanıyor.
Kağız pul nə qədər az olsa,
şey də o qədər ucuz olar. Gərək
hökumət və parlaman cəmaət içində
kağız pulları azaltsın. Maliyyə-büdcə
komisyonu bunları nəzərdə tutaraq təarifə layihəsinin
qəbulunu təklif ediyor.
Səsə qoyulduqda qanun layihəsi komisyonun göstərdigi
kibi qəbul olunur.
“Azərbaycan”,
6 mart 1919, ¹ 130
Azərbaycan
Məclisi-Məbusanında Hərbiyyə nazirinin nitqi
Azərbaycan
ordusu təşkilatı həqqindəki qanun layihəsi
müzakirə edilərkən hərbiyyə naziri general Səməd
bəy Mehmandarov - şiddətli və sürəkli
alqışlar içində kürsiyi-xitbətə
çıxaraq şu nitqi irad ediyor:
Bən qabaqca parlamandan üzr istəməliyəm ki,
rusca danışacağam. Çox utanıyorum
ki, öz dilimi Məclisi-Məbusanda danışmaq qədər
bilmədiyimdən rusca söyləməgə məcburam.
Bu gün sizə təqdim olunan heyət və maaş
miqdarı ən vacib olan əqsamdan tərtib verilmişdir.
Bunu müzakirə edərkən şu ərz olunan mülahizələri
də nəzərdə tutmalıdır ki:
1- Cəbhədə
bulunmuş bütün zabitan ordu trəfindən onlara
verilmiş əşya, yer və başqa ləvazimati-hərbiyyə
degil, kəndi əşyalarını dəxi tamamən qeyb
etmişlər. Bu qism şeyləri yenidən
düzəltmək üçün bir manatlıq bir nəsnəyə
otuzdan yüz manata qədər pul verilməlidir.
2-
Hamıya ağır bir təsir edən bahalıq ziyadəsincə
zabitanə suyi-təsir etməkdədir. Ailələrindən
uzaq düşüb kənd və kəsəklərdə
yaşamağa məcbur olan zabitan iki ev məsarifi
təəyyüş məcburiyyətindədirlər.
3- Əskərə
təlim və ölümə kibi varmağa hazırlıq tərbiyəsi
üçün dəvət olunmuş zabitan əskər nəzərində
sahibi-nüfuz və şərəf olmalıdır. Bunun üçün zabitan yalnız irq cəhətincə
degil, zahirən dəxi əskərə hüsni-təsirbəxş
olmalıdır. Onun əlbəsəsi
daima təmiz və faxir olması vacibdir.
Zabitan əlbəsəsi üçün nə qədər
bahalı şeylər gərək olduğu hamının məlumudur.
4- Azərbaycanın
iqtidarlı və təcrübəli zabitanə ehtiyacı
ziyadədir. Müstəqil yaşayan millət
ordusuna rus ordusunda məmuriyyətdə bulunmuş
yabançı millətlərdən zabitan dəvəti məcburiyyətindəyiz.
Bu xüsusda olduqca diqqətli intixab
lazımdır.
Baş əskərlərin
ədəmi-mövcudiyyətini və əskərlik tərbiyəsi
görməmiş əhalidən əskər
toplanmasını nəzərə alırsaq, yeni ordu təşkilatı
üçün ən təcrübəli və iqtidarlı
zabitan lüzumiyyəti icab edər və bu növ iqtidarlı
və təcrübəli zabitan üçün hər bir
hökumət dairəsində artıq maaşlar məmuriyyət
mümkün olduğu üçün bunları hərbiyyə
məmuriyyətinə gətirmək və gətirib də
saxlamaq üçün artıq maaş ilə
maraqlandırmaq vacib olacaq.
5-
Əski müsəlman ərkani-hərbiyyə tərəfindən
əski qərar üzrə zabitanə beş
aydan bəri verilən maaş sentyabr ayında artıq
görünüyordu isə də hal-hazırda zabitanın zəruri
ehtiyaclarını güc ilə təmin edə bilir.
Xırda
zabitan üçün isə heç bir vəchlə bu maaş kafi olamaz. Hal-hazırda
qiymətlərin anbaan təzayüd etdigindən bu yaxın vəqtdə
maaşların azalması degil, bəlkə artması məsələsinin
qalxması möhtəməldir.
6-
Maaş alanlara maaşın azlığı daima suyi-təsir
etməkdədir və şübhə yox ki, keçirdigimiz vəziyyət
nəticəsində olan əhalinin haləti tərəddüdi
və qarışığı dəxi az
maaş alanların fəaliyyətinə dəxi suyi-təsir
edəcək.
7- Zabitanın fəaliyyəti hərb zamanında degil, təbii halda dəxi ağır bir vəziyyət içərisində keçir. Əksər ovqat nasalim mahallarda bəzən (manevrə zamanları) açıq havada, qar və yağmura baxmayaraq, bəzən ac və susuz yaşamağa məcbur olan zabitan vətən üçün afiyətləri degil, canlarını belə qurban edir. Bu da yalnız əsnayi-hərbdə degil, əksərən təbii bir zamanda dəxi böylədir, şimdiki halda əhalinin həyəcanına səbəb olan əsassız şayiələr nəticəsində əksər ovqat düçari-bəla olanlar zabitandır. Hətta onların həyati-bəşəriyyəsinə olmasa da, onların sərbəst dolanmasına oluyor.
Fövqündəki təsəvvürləri nəzərə alıb ərkani-hərbiyyə tərəfindən qərarə alınmış maaşların bu bəyannaməyə əlavə olunmuş layihə üzrə göstərilən təbəddülatı nəzərə almaq şərtilə baqi olmasına hökumətdən müsaidə istəməlidir.
İmza:
Komisyon sədri general-leytenant Şıxlinski
General mayor - Qacar
General mayor - Telexas
Üzvlər:
Miralay - Məhəmməd Mirzə
Miralay -
Ağalarov
Minbaşı
- Vəkilov
Komisyonda iştirak
edənlər:
Miralay: Səlimov
Miralay:
Serebrannikov
Ərkani-hərbiyyə
rəisi: Səlimov
(Ardı var)
Şirməmməd HÜSEYNOV
Araşdırıb toplayanı, ərəb
əlifbasından latın əlifbasına çevirəni,
ön sözün müəllifi, lüğətin tərtibçisi:
Şirməmməd Hüseynov
Transliterasiya redaktorları: professor
Şamil Vəliyev, elmi işçi Samir Xalidoğlu (Mirzəyev)
525-ci qəzet.- 2017.- 25 fevral.- S.
21.