Xalq yazıçısı Elçindən Ramiz Məmmədzadəyə yubiley
təbriki
Azərbaycan Respublikası Baş nazirinin müavini, Xalq yazıçısı Elçin bu günlərdə 80 yaşı tamam olmuş Ramiz Məmmədzadəyə təbrik teleqramı göndərib.
Teleqramda deyilir:
"Hörmətli qələm dostum Ramiz Məmmədzadə.
Sizi, müasir ədəbiyyatımızın görkəmli nümayəndəsini anadan olmağınızın səksən illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Siz bu yubileyi şəxsiyyət kimi də,
sənətkar kimi də
alnı
açıq, üzü
ağ qarşılayırsınız. Sərfəli ömür
yaşamış xeyirxah
və sədaqətli
bir insan kimi sizin səmimiliyiniz,
sadəliyiniz, eyni zamanda vətənpərvərliyiniz
ilə poeziyanız arasında üzvi bir vəhdət var və buna
görə də sizin yaradıcılığınız
bir küll halında səmimi yaradıcılıqdır. Sizin poeziyanızda
falş yoxdur. Siz həm də əsl vətəndaş mövqeyi ilə seçilən görkəmli
bir publisistsiniz.
Sizi bir daha ürəkdən
təbrik edir, sizə yüz illiyinizi də bugünkü kimi səmimi və təzə-tər şeirlərinizlə
qarşılamağı arzulayıram".
525-ci qəzet. - 2017.- 2 mart.- S.7.