Xalq artisti Mikayıl Mirzə anılıb
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin
təşkilatçılığı ilə
Xalq Artisti Mikayıl Mirzənin anadan olmasının 70 illiyi münasibətilə
"Odlu-alovlu sənətkar" adlı
tədbir keçirilib.
Tədbir Xətai rayon
MKS-nin Mərkəzi Kitabxanasında təşkil
olunub.
Baş İdarədən
AZƏRTAC-a bildirilib ki,
tədbirdə Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar
artist Füzuli Hüseynov
və başqaları
çıxış edərək
M.Mirzənin həyat və yaradıcılığından
söz açıblar,
onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov, Lütfi Məmmədbəyov
kimi görkəmli səhnə ustalarından
dərs alan,
oynadığı rolları
təbii, inandırıcı
şəkildə tamaşaçılara
çatdıran sənətkar
emosionallığı ilə
özünəməxsus ifa
üslubuna malik idi. O, "Azərbaycanfilm"
kinostudiyasında lentə
alınan bədii filmlərdə, onlarla dram
əsərində yaddaqalan
obrazlar yaradıb.
Tədbirdə Xalq artistinin ifasında səslənən
şeirlər və yaradıcılığını əks etdirən videoslayd nümayiş olunub.
Sonda məktəblilərin ifasında
M.Mirzənin oynadığı
"Günahsız Abdulla" tamaşasından səhnəcik
nümayiş olunub, şeirlər səsləndirilib.
525-ci qəzet.- 2017.- 2 mart.- S.7.