"Xeyirlə Şərin rəqsi" kinoteatrlarda

 

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşkil etdiyi "Bizim Kino Günləri 2017" layihəsi çərçivəsində martın 2-dən etibarən Yavər Rzayevin "Xeyirlə Şərin rəqsi" bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.

"Azərbaycanfilm" kinostudiyasından AZƏRTAC-a bildirilib ki, filmin nümayişi Nizami Kino Mərkəzində, "Park Cinema" və "CinemaPlus" kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində "Azərbaycanfilm" kinostudiyasının "Facebook" səhifəsində yerləşdiriləcək.

"Xeyirlə Şərin rəqsi" bədii filmi Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Film Xalq yazıçısı Çingiz Abdullayevin "Quba kapriççiosu" povestinin motivləri əsasında çəkilib. Ekran əsərinin ssenari müəllifləri Çingiz Abdullayev Yavər Rzayev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarları Siyavuş Kərimi Emin Kərimi, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları İlqar Muradov, Məbud Məhərrəmov, Qurban İsmayılov, Şükufə Yusupova, Rasim Cəfər digərləri canlandırıblar.

 

525-ci qəzet.- 2017.- 2 mart.- S.7.