Məmməd Mustafayevin
"Adsız" sərgisi
Fevralı 28-də Müasir İncəsənət
Muzeyində Əməkdar
rəssam Məmməd
Mustafayevin "Adsız"
adlı fərdi rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər
verir ki, muzeyin direktoru Xəyyam Abdinov sərgi iştirakçılarını
salamlayaraq sərgi barədə məlumat verib.
Daha sonra görkəmli rəssamlar Fuad Salayev, Altay Sadıqzadə
çıxış edərək
bildiriblər ki, Məmməd Mustafayev
1948-ci ildə Bakıda
anadan olub. Onun yaradıcılıq
yolu 1958-ci ildə pionerlər sarayının
nəzdində yerləşən
rəssamlıq emalatxanasında
başlayıb. İlk
təhsilini Ə.Əzimzadə
adına Rəssamlıq Məktəbində
alan fırça ustası 1974-cü ildə
Azərbaycan Dövlət
Politexnik İnstitutunun
Memarlıq fakültəsini
bitirib. O, 1968-ci ildən
Bakı, Tiflis, Moskva,
Sankt-Peterburq, Daşkənd,
Almatı, Kiyev, Minsk, Tallində keçirilən
bir çox respublika və ümumittifaq sərgilərində,
eləcə də Polşa, Varşava, Paris və Londonda təşkil olunan sərgilərdə iştirak
edib.
Daha sonra qonaqlar sərgi ilə tanış
olublar.
Qeyd edək ki, martın
28-dək davam edəcək
sərgidə rəssamın
rəngkarlıq, qrafika
və heykəltəraşlıq
janrlarında olan sənət əsərləri
təqdim olunub.
525-ci qəzet.- 2017.- 2 mart.- S.7.