Bəhruz Kəngərlinin 125 illiyi qeyd olunub
Bakı Şəhər Mədəniyyət
və Turizm Baş İdarəsinin təşkilatçılığı
ilə rəssam Bəhruz Kəngərlinin 125 illiyinə həsr
olunmuş tədbir-sərgi keçirilib. Tədbir 5 nömrəli uşaq incəsənət məktəbində
təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib
ki, tədbirdə Azərbaycan təsviri sənətində fərdi
yaradıcılıq üslubu
ilə böyük məktəb yaratmış
Bəhruz Kəngərlinin
sənət dünyasından
söz açılıb. Bildirilib
ki, o, cəmi 30 il yaşasa
da sənətə həsr etdiyi yeddi il ərzində
2000-dək əsər yaradıb
və təsviri sənətdə özündən
sonra zəngin irs qoyub.
Diqqətə çatdırılıb
ki, Azərbaycanda səlis dəzgah boyakarlığının, portret,
mənzərə, natürmort,
süjetli- tematik və teatr dekorasiya
janrlarının, peşəkar,
bədii peşəkar,
rəngkarlıq sənətinin
yaranması Bəhruz Kəngərlinin adı ilə bağlıdır.
Onun 1911-1913-cü illərdə
kağız üzərində
karandaşla çəkilmiş
"Azərbaycan tipləri"
adlı albomuna müxtəlif ölçülü
əsərləri - "İki
qaçqın uşaq",
"Dükanda" adlı
rəsmlər , kağız
üzərində kömürlə
işlənmiş akademik
rəsmlərdən "Apallonun
büstü", "Antik
heykəl", "Avtoportret",
"Azərbaycanlı qadın",
"Papaqlı kişinin
portreti", sulu boya ilə işlənmiş
"mənzərə" daxildir.
Tədbirdə Bəhruz Kəngərli Muzeyinin eksponatlarını
əks etdirən videoçarx nümayiş
olunub.
Sonda rəssamın əsərləri
əsasında şagirdlərin
çəkdikləri rəsmlər
sərgilənib.
525-ci qəzet.- 2017.- 2 mart.- S.7.