Nümunəvi Hərbi Orkestr qadınları konsertlə təbrik etib

 

Martın 7-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin estrada heyəti 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, estrada heyəti Əməkdar İncəsənət Xadimi, mayor Rüfət Axundzadənin bədii rəhbərliyi ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərini səsləndirib. Konsertdə "Azərbaycanım", "Sizə salam gətirmişəm", "Mehribanım", "Azərbaycan", "Pəncərəmə", "Demirəm", "İncə belli", "Can Qarabağ", "Anamız Azərbaycan", həmçinin "Gypsy Kings" repertuarından "Bamboleo", "Shakatak" repertuarından "Invitations" digər əsərlər təqdim olunub.

Konsert proqramı maraqla qarşılanıb.

Sonra Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin baş dirijoru, general-mayor Yusif Axundzadə 8 Mart- Beynəlxalq Qadınlar Gününün əhəmiyyətindən söz açaraq bildirib ki, hər bir qadının ailədə cəmiyyətdə öz yeri var onlara qayğı göstərmək hər birimizin borcudur. Qadınlar həm ailənin, həm cəmiyyətin bərabərhüquqlu üzvləridir.

Sonda bir qrup qadına hədiyyələr təqdim olunub.

 

525-ci qəzet.- 2017.- 8 mart.- S.7.